Icma.az
close
up
RU
Menu

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

Bakıda və bölgələrdə işıq sönəcək

Elm siyasəti və milli elmi elita

Elm siyasəti və milli elmi elita

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

III MƏQALƏ

Elita

“Elita” sözü fransızcada “ən yaxşıları”, “seçilmişlər”, latıncada isə “seçirəm” mənalarını verir. Adətən, “elita” dedikdə “seçilmiş qrup” və ya “seçilmiş təbəqə” nəzərdə tutulur. Yəni, bu terminin kollektiv mövcudolma məsələsinə daha çox aidiyyəti vardır. Sosiologiyada və politologiyada elita cəmiyyətin ən nüfuzlu, imtiyazlı, təsirli xüsusiyyətlərə malik olan və özəl təşkilati keyfiyyətlərə sahib “insanlar qrupu” kimi dərk edilir. Alimlər elitanın əsas olaraq siyasi, iqtisadi, hərbi, informasion, inzibati, elmi və ideoloji növlərini ayırırlar.

Beləliklə, qısa olaraq elita hər hansı cəmiyyətin və ya millətin ən yaxşı (seçilmiş) nümayəndələrinin imtiyazlı, təsirli, nüfuzlu xüsusi qrupudur. Elita müxtəlif sferalarda – siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə, elm və incəsənətdə formalaşa bilər. Elm tarixində elitanı V.Pareto, Q.Mosk və R.Mixelsonun sistemli araşdırdıqları haqqında fikir vardır. Onlar elitanı, adətən, iki qrupa bölürlər – idarəedən (hakim) elita və kontrelita (idarəedilən, lakin hakim olmağa can atan qrup). Əslində, bu məsələni müxtəlif aspektlərdə çox sayda alim araşdırmışdır.

İntellektual elita

“Bilik elitası” (knowledge elite) elm, təhsil və KİV sahəsində yüksək statusa malik qrupdan təşkil olunur. Macar alimi P.Tamaşın fikrincə, “bilik elitası” cəmiyyətdə rəmzlər, mədəniyyət, dəyərlər, miflər sisteminin formalaşmasına nəzarət edirlər ki, onun əsasında ortaq ideoloji xətt müəyyənləşir. Bununla ictimai şüur stimullaşdırılır və strateji məqsədlərə nail olmaq üçün toplum səfərbər edilir. “İntellektual elita” “bilik elitası”na sinonim kimi bir sıra ölkələrdə (məsələn, Rusiyada) işlədilir. Bütün hallarda bilik elitası (və ya intellektual elita) dövlətin elm siyasətinin formalaşmasına ciddi təsir edir.

Milli elita

Milli elita hər bir millətin tərkibində ictimai həyatın bütün tərəflərinə daha fəal təsir edən qrupdur. Cəmiyyət elitanın milli olmasını bir növ sifariş etməlidir. Bu, elmi olaraq, özlüyündə mürəkkəb prosesdir və təhlili xüsusi yanaşma tələb edir.

Azərbaycan xalqı keçən əsrin 90-cı illərində Heydər Əliyevi hakimiyyətə dəvət etməklə ilk növbədə ölkənin ləyaqət və peşəkarlıqla idarəsində ciddi marağının olduğunu nümayiş etdirmişdir.

Bu prinsip elitanın bütün növlərinə aid edilməlidir. Toplum iqtisadiyyat, siyasi həyat, elm, mədəniyyət və digər sferaların layiqli inkişafı naminə milli elitanın formalaşmasında maraqlı olmalıdır. Onu da vurğulayaq ki, milli elitada var-dövlət toplamaq və xüsusi imtiyaza sahib olmaq istəyənlər hər bir cəmiyyətdə mövcud olur. Bundan sığortalanmağın xüsusi mexanizmləri də nəticəverici işləməlidir. Belə olmasa, milli birliyə təhlükə yarana bilər. Deməli, milli elitanın formalaşmasında institutlaşma prosesinin yeri və rolu ayrıcadır.

Milli elitanın institutlaşması

“İnstitutlaşma” hər bir cəmiyyət və dövlət üçün strateji məsələdir. O, latınca “institutum” sözündəndir və “müəssisə” deməkdir. Substantiv və funksional olaraq institutlaşma yeni, epizodik sosial praktikaların, yenilik və təsəvvürlərin dayanıqlı, uzun müddət fəaliyyət göstərə bilən sosial struktura çevrilməsidir. Bu prosesin yekun formalaşma növü sosial institutlardır. İnstitutlaşma mövcud olanın təkmilləşməsi, onun dəyişməsi və ya yenisinin yaradılması üsulu ilə baş verə bilər. Onun üçün mühüm tələblərdən biri cəmiyyətin bu cür dəyişmələri dərk etməsi və ona tələbatının yaranması ilə bağlıdır.

Məsələn, xalq yığıncaqlarının parlamentə çevrilməsi bu tələbdən qaynaqlanır. Bununla cəmiyyət ənənəvi toplanma üsullarının əvəzinə, dövlətin idarə edilməsində mühüm rol oynayan qanunvericilik qanadının formalaşmasını “sifariş edir”. O baxımdan Azərbaycan xalqının XX əsrin ikinci onilliyində demokratik respublikanın parlamentini yaratmaqla böyük tarixi addım atmışdır!

Milli institutlaşma, hər şeydən öncə, bir prosesdir, statik və ya fiksasiya olunmuş sosial hadisə deyildir. Ona normalar, dəyərlər və institusional strukturlar daxildir. İnstitusional strukturlar təşkilatları, adətləri və qanunları əhatə edir. İnstitutlaşma o zaman milli olur ki, normaları, dəyərləri və institusional strukturları milli özşüurun ayrılmaz hissəsinə çevrilirlər və bu keyfiyyətdə ictimai davranışa təsir edirlər. Milli institutlaşma milli özşüurun tərkibi kimi milli ideya ilə sıx bağlıdır. O cümlədən, milli ideyanın reallaşmasında milli institutlaşma çox ciddi rol oynayır. Dolayısı ilə milli elmi elitanın formalaşması milli ideyanın həyata keçməsində prinsipial yeri və rolu olan faktordur. Bu məntiq daxilində “milli elmi elita” anlayışına baxaq.

Milli elmi elita

Milli elmi elita ölkə elmi və texnologiyasına ən çox töhfə vermiş, hazırda həmin töhfəni verən və gələcəkdə verəcək alimlər (ziyalılar) qrupudur. Onlar yüksək peşəkarlıq, kompetensiya və avtoritetə malik ən yaxşı elm və təhsil sferasının nümayəndələrindən formalaşır.

Bunlardan başqa, elmi ədəbiyyatda milli elmi elitanın formalaşmasında elmin institutlaşmasının böyük rol oynadığı ayrıca vurğulanır. Elmin institutlaşması akademiyaların, universitetlərin, elmi camiənin və başqa elmi müəssisələrin yaranması formasında reallaşır. Daha geniş kontekstdə bu proses alimlərin fəaliyyətini tənzimləyən sosial dəyərlər və normalar sisteminin formalaşması kimi təsəvvür edilir. Bizim üçün məsələnin məhz bu tərəfi çox önəmlidir. Bununla bağlı dünya təcrübəsində kifayət qədər fakt və onlar haqqında elmi fikirlər mövcuddur.

Beləliklə, milli elmi elitanın formalaşmasında yaradıcılıqla elmi idarəetmənin, fəaliyyətin institutlaşması həlledici rol oynayır. Burada dövlət üçün başlıca məsələ milli elitanı ölkənin marağı daxilində optimal model üzrə formalaşdırmaq kursunu seçməkdən ibarətdir. Burada isə təcrübə, ənənə və yeniliyin sintezi problemi meydana çıxır. Həmin sırada milli elmi elitanın formalaşmasının təşkilati aspektində sistemin təşkil edilməsinə, yaxud özünütəşkilinə üstünlük verilməsi seçimi çox aktuallaşır. Birinci seçim milli elmi elitanın kənardan formalaşdırılmasına aparır. İkinci seçim isə ölkənin elmi mühitinin elə özünüinkişafetdirən, özünütəşkiledən sistem halına gətirilməsidir ki, ilk təkandan sonra həmin sistem özünü təkrar-təkrar yaradır, yəni zaman-məkan kontinuumunda daim özünü reaktuallaşdırır. Birinci seçim dayanıqlı mühit yarada bilir, lakin ona gələcək inkişaf potensialı verə bilmir. İkinci seçim isə həssas faktorları avtomatik aktuallaşdırmaqla və onlar arasında nisbətin dinamikasını yeniləşməyə istiqamətləndirməklə harmonik inkişafı təmin edir.

AMEA-nın yeniləşmə kursu və strateji inkişaf konsepsiyasının substantiv və funksional aspektlərinin sintezi göstərir ki, təşkilat ikinci seçimə üstünlük vermişdir. Problemin bu tərəfi üzərində bir qədər geniş dayanaq.

Elmi varislik və təşkilati yenilik

AMEA rəbbərliyi təşkilatın ölkənin strateji inkişaf kursu çərçivəsində yeniləşməsinin bazasında ulu öndər Heydər Əliyevin dövlət-elm-cəmiyyət münasibətlərini tənzimləyən mükəmməl kursunu görür. Təşkilatın rəhbəri bu barədə dəfələrlə elmi əsaslandırma ilə bəhs etmişdir. AMEA bu məsələyə elmi yaradıcılıqla elmi fəaliyyətin institutlaşması aspektlərinin vəhdətində baxır. Əsas məqamlardan biri Ulu öndərin AMEA-ya faktiki olaraq Azərbaycan elmində tədqiqat aspektində aparıcı təşkilati struktur kimi yanaşması ilə bağlıdır. Bu anlamda Azərbaycanda milli elmi elitanın formalaşmasında AMEA aparıcı rol oynamışdır və bu ənənə davam etməlidir.

Biz nəzəri olaraq bu tezisi tam əsaslandıra bilərik, lakin o, geniş yanaşma tələb edir. Burada başlıca arqument ondan ibarətdir ki, istənilən tarixi dönəmdə, istənilən ölkədə milli elmi elitanın yeniləşməsi çoxaspektli prosesdir. Onu uğurlu aparmaq üçün mövcud elmi strukturların islahatları hazırkı sistemi tam dağıtmağa deyil, tədrici yeniləməyə istiqamətlənməlidir. Mövcud sistemin hər hansı hissəsində (məsələn, orta kəsimində) ən yaxşı ideya belə uğursuluğa aparacaq.

Məsələn, ali təhsilə kadrlar orta məktəblərdən gəlir, elmi tədqiqata isə ali məktəblərdən. Bu zəncirdə orta və ali məktəbləri tələb olunan səviyyədə yeniləşdirmədən elmi-tədqiqat səviyyəsində heç bir islahat milli elmi elita yaradılmasına xidmət etməyəcək. Deməli, AMEA-nın milli elmi elitanın formalaşmasındakı aparıcı statusu təmin edilməlidir.

Milli elmi elitanın formalaşmasının nəzəri aspektinə gəldikdə isə burada təməl tezis milli müstəqil dövlət quruculuğu ilə azərbaycançılığın daxili məntiqi və məna bağlantılarının elmi nümunəsini yaratmaq şərti ilə əlaqəlidir.

Akademiyanın Azərbaycanşünaslığın mərkəzinə çevrilməsinin təşkilatın yeniləşməsinin 7 əsas prioritetindən biri kimi müəyyən edilməsi fəlsəfəsinin bünövrəsində həmin məqam dayanır. Birinci prioritet belədir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimində ifadə olunmuş azərbaycançılıq ideyasının elmi-nəzəri və tarixi-fəlsəfi əsaslarının işlənib hazırlanması və bütün istiqamətlər üzrə həyata keçirilməsi ölkə elminin, Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında duran əsas vəzifələrdəndir. AMEA-nı ölkəmizin əsas Azərbaycanşünaslıq Mərkəzinə çevirmək bizim əsas vəzifəmizdir”.

Sosial və humanitar elmlər üçün, bu, başlıca prioritetdir. Milli elmi elita XXI əsrdə müstəqil dövlət quruculuğundan və azərbaycançılıqdan kənarda formalaşmamalıdır. Bu mövzuda silsilə məqalələrdə gətirdiyimiz ABŞ, Avropa və Rusiyaya aid olan və elm siyasətinə, elmi elitanın formalaşmasını əks etdirən başlıca müddəalar, uyğun faktlar göstərir ki, dövlətin inkişaf etməsi üçün elmi elita milli olmalıdır. Bu tezis də elm siyasətinin hansı model üzrə qurulmasından asılı deyildir. Yəni bütün hallarda uğurlu inkişaf etmək üçün elmi elita millətin, dövlətin və cəmiyyətin maraqlarına xidmət etməlidir.

Hazırda Azərbaycan üçün əsas strateji məqsəd yüksək inkişaf etmiş qüdrətli müstəqil hüquqi dövlət və yüksək rifah cəmiyyətinin formalaşmasından ibarətdir. Bu məqsədə çatmağın yolu, qətiyyən şübhə etmirik ki, elm yoludur. Bu yolun bir “sərhədi”ni müstəqil dövlətçilik, digər “sərhədi”ni isə azərbaycançılıq təşkil edir! Həmin çərçivədə dövlətin, cəmiyyətin və millətin ölkə rəhbərliyinə və dövlətçiliyə sədaqətli milli elmi elitası böyük töhfələr verə bilər. AMEA-nın strateji inkişaf konsepsiyası və Yol Xəritəsi prizmasında mənzərə bu cür görünür!

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 May 2025 01:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see259

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see243

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see240

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see231

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see231

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see225

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see224

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see221

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see218

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see218

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see216

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see216

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see211

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see200

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see199

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see196

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see191

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see191

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see186

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri