Icma.az
close
up
RU
Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitəsinin iclası keçirilib FOTOLAR

Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitəsinin iclası keçirilib FOTOLAR

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

ATƏT PA-nın fevralın 20-də Vyanada işinə başlayan Qış Sessiyasında İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitəsinin iclası keçirilib. Iclas ATƏT PA-nın sosial media qurumları vasitəsilə canlı yayınlanıb. SİA xəbər verir ki, İclası giriş sözü ilə açan Komitənin Sədri Azay Quliyev ölkəmizin maraqları baxımından bir neçə vacib məsələlər, o cümlədən Orta Dəhlizin strateji əhəmiyyəti, İqlim böhranı və COP29-un uğrlu nəticələri, Süni intellektin rolu və gələcək çağırışlar haqqında danışıb: “Biz tarixin mühüm bir mərhələsində görüşürük. Hazırda dünya müxtəlif böhranlar və çağırışlarla üz-üzədir. Müxtəlif regionlarda baş verən münaqişələr yalnız lokal təsirlərlə məhdudlaşmır, həm də təhlükəsizlik, iqtisadi sabitlik və sosial balansı pozur. Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı müharibə misilsiz insan iztirablarına səbəb olmaqla yanaşı, iqtisadi və ekoloji təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Bu müharibə nəticəsində bir çox ölkələrdə istehsal və yaşayış xərcləri artmış, vacib sənaye sahələri bağlanmış, bu isə sosial-iqtisadi fəsadlara gətirib çıxarmışdır”.

Orta Dəhliz- dayanıqlı və təhlükəsiz ticarət marşrutu haqqında danışan Azay Quliyev daha sonra bildirib ki, müharibə qlobal tədarük zəncirlərini pozaraq, iqtisadi sabitliyi qorumaq və fasiləsiz əlaqəni təmin etmək üçün dayanıqlı və şaxələndirilmiş ticarət yollarının zəruriliyini ön plana çıxarmışdır. Bu kontekstdə Orta Dəhliz getdikcə daha mühüm bir alternativ kimi formalaşır. Avropanı Asiya ilə Cənubi Qafqaz və Mərkəzi Asiya vasitəsilə birləşdirən bu dəhliz, pozulmuş tədarük zəncirlərinə dayanıqlı və təhlükəsiz alternativ kimi çıxış edir. Orta Dəhlizin gücləndirilməsi təkcə iqtisadi deyil, həm də enerji təhlükəsizliyi, ticarətin şaxələndirilməsi və regional sabitlik baxımından strateji əhəmiyyət daşıyır. Eyni zamanda, iqlim böhranı sürətlə dərinləşir. Ekstremal hava şəraiti insanların həyatına təsir edir, icmaları məcburi köçkün vəziyyətinə salır, iqlimlə bağlı miqrasiyanı artırır, iqtisadiyyata mənfi təsir göstərir və resurs qıtlığını daha da kəskinləşdirir. Hamımız hələ də bu ilin əvvəlində Kaliforniyada baş verən dəhşətli meşə yanğınlarının təsirli görüntülərini xatırlayırıq.
İqlim böhranı və COP29-un nəticələri Bu kontekstdə, Bakıda keçirilən COP29 Sammiti iqlim böhranına qarşı təcili tədbirlərin görülməsinin zəruriliyini bir daha vurğuladı və bir sıra əhəmiyyətli nəticələrlə yadda qaldı.

Belə ki:

* İnkişaf etmiş ölkələr 2035-ci ilə qədər illik iqlim maliyyəsini 300 milyard dollara çatdırmağı öhdəsinə götürərək əvvəlki 100 milyard dollarlıq hədəfi üç dəfə artırdı.
* Paris Sazişinin 6-cı maddəsi çərçivəsində beynəlxalq karbon bazarlarının tənzimlənməsi üçün yeni qaydalar müəyyən olundu. Bu, ölkələr arasında karbon kredit ticarətini tənzimləyən BMT-nin nəzarət etdiyi yeni bir mexanizmin yaradılmasına imkan verəcək.
* COP29 çərçivəsində “Bakı Adaptasiya Yol Xəritəsi” qəbul edildi. Bu təşəbbüs milli adaptasiya planlarının hazırlanmasını və icrasını sürətləndirmək, eləcə də iqlim təhdidlərinə qarşı dayanıqlılığı gücləndirmək məqsədini daşıyır.
Ötən il eyni zamanda ATƏT Parlament Assambleyası üçün də əlamətdar oldu. Belə ki, biz ilk dəfə olaraq COP tədbirində rəsmi iştirak etdik və parlament diplomatiyasının iqlim dəyişikliyi ilə mübarizədəki kritik rolunu vurğuladıq.
Süni intellektin rolu və gələcək çağırışlar
Qlobal çağırışlar fonunda inkişaf edən texnologiyalar, xüsusən də süni intellekt (AI), mühüm imkanlar və eyni zamanda risklər yaradır. Komitəmizin son qətnaməsində də qeyd olunduğu kimi, AI müxtəlif sahələrdə inqilabi dəyişikliklər edə, aktual problemlərə innovativ həllər təklif edə bilər. Məsələn, AI erkən xəbərdarlıq sistemləri, aqrar istehsalın optimallaşdırılması və enerji sistemlərinin səmərəliliyinin artırılması sahələrində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verə bilər. Lakin AI-nin etik, təhlükəsizlik və bərabərlik məsələləri ilə bağlı yaratdığı riskləri də nəzərə alaraq, onun idarə olunması üçün ciddi yanaşmalar tələb olunur.
Gələcək prioritetlər
Baş Komitənin əsas diqqət yetirəcəyi məsələlər:
Qarşıdakı il üçün Komitənin prioritetləri əsasən aşağıdakı məsələlərə yönələcək:
* İqlim böhranının enerji təhlükəsizliyi, su çatışmazlığı və regional sabitliyə təsiri;
* Ukraynaya dəstək;
* Miqrasiya problemlərinin idarə olunması;
* Süni intellektin yaratdığı imkanlar və risklərə uyğun siyasətlərin hazırlanması.
Bundan əlavə, iqtisadi inkişafı təşviq etmək məqsədilə çoxtərəfli əməkdaşlığın genişləndirilməsi, korrupsiya ilə mübarizə və yaxşı idarəçilik məsələləri də gündəmimizdə əsas yer tutacaq.
ATƏT PA parlament diplomatiyasının imkanlarından istifadə edərək qlobal çağırışlara davamlı və səmərəli həll yolları tapmaqda qərarlıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Fevral 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri