Icma.az
close
up
RU
Elm üçün 120 il ərzində itkin sayılan dovşan geri qayıtdı

Elm üçün 120 il ərzində itkin sayılan dovşan geri qayıtdı

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Meksikanın cənubunda yaquarların izlənməsi məqsədilə quraşdırılan fototraplar gözlənilməz bir kadrı qeydə alıb: kiçik bir dovşan.

Qaynarinfo "Daily Galaxy”ə istinadən xəbər verir ki, ilk baxışdan o, adi gəmiriciyə bənzəsə də, tədqiqatçılar diqqətlə baxdıqca heyrətləri artıb. Bu, sadəcə bir dovşan deyil, 120 il əvvəl nəsli tükənmiş sayılan "omiltemi dovşanı”dır. Bu kəşf çoxdan unudulmuş bir növün dramatik qayıdışını simvolizə edib və təbiətin mühafizəsi elminə yeni bir səhifə açıb.

Məlumata görə, "omiltemi dovşanı”nın son təsdiqlənmiş müşahidəsi 1904-cü ilə aiddir. İndi isə bioloqlar Fernando Ruis-Qutyerres və Xose Alberto Almasan-Katalan üçün bu hadisə əsl möcüzəyə çevrilib. Onlar əslində yaquarların davranışını öyrənmək üçün fototraplar quraşdırmışdılar.

"Görüntüləri görəndə çox çaşdıq. O, digər heyvanlarla müqayisədə çox balaca idi", deyə Ruis-Qutyerres bildirib və əvvəlcə bunun başqa bir növ ola biləcəyini düşündüklərini əlavə edib.

Fototraplarda boz-qəhvəyi tükləri və kiçik qara quyruğu olan gənc bir dovşan təsvir edilib. O, bölgədə məlum olan heç bir növə bənzəmirdi ki, bu da bioloqların marağını və həyəcanını artırıb.

Tarixi qeydlər və ekspert rəyini araşdırdıqdan sonra alimlər nəticələrini təsdiqləyiblər. Ekoloq Almasan-Katalan bildirib ki, kadrlarda görünən heyvan doğrudan da çətin müşahidə olunan "omiltemi dovşanı”dır.

Lakin bu təkrar kəşfə baxmayaraq, omiltemi dovşanının gələcəyi hələ də qeyri-müəyyəndir. Onun yaşayış mühiti həm məhduddur, həm də davamlı təhlükə altındadır.

Meksikanın Ətraf Mühit Nazirliyi bu növü yox olma təhlükəsi ilə üzləşənlər sırasında təsnif edir. Omiltemi dovşanı əsasən dağlıq iynəyarpaqlı meşələrdə yaşayır və tənha, gecə həyat tərzi onu xüsusilə həssas edir. Ruis-Qutyerresin sözlərinə görə, azsaylı populyasiyaya malik bu növ sağ qalmaq uğrunda ciddi mübarizə aparır.

Samir

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri