Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak etdi FOTOLAR
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
İyunun 13-də elm və təhsil naziri Emin Əmrullayev Gəncə şəhəri Məhəmməd Hadi adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən “Son zəng” tədbirində iştirak edib.
Moderator.az xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
“Son zəng” tədbiri Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev məzunları təbrik edərək bildirib ki, “Son zəng” məktəb həyatının başa çatması ilə yanaşı, gənclərin həyatında yeni və məsuliyyətli mərhələnin başlanğıcını ifadə edir. Nazir qeyd edib ki, bugünkü məzunlar gələcəyin tələbələri, mütəxəssisləri və ölkənin inkişafına töhfə verəcək vətəndaşlarıdır. Emin Əmrullayev məzunlara gələcək həyat yollarında düzgün seçimlər etməyi və cəmiyyət üçün faydalı vətəndaş kimi yetişməyi arzulayıb.
Nazir həmçinin şagirdlərlə səmimi söhbət apararaq onların gələcək təhsil və karyera planları ilə maraqlanıb.
Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məzunları təbrik edərək onlara gələcək həyat yollarında uğurlar arzulayıb, ölkənin inkişafında savadlı və vətənpərvər gənclərin rolunu vurğulayıb.
Rəsmi hissədən sonra şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar, musiqi və rəqs nömrələri təqdim olunub. Tədbir məzunlarla xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:194
Bu xəbər 13 İyun 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















