“Maarifçi”lər nazirlik və tabe qurumlarında əmək fəaliyyətinə başlayıblar
Qafqazinfo-dan verilən məlumata əsasən, Icma.az xəbər verir “Maarifçi”lər nazirlik və tabe qurumlarında əmək fəaliyyətinə başlayıblar.
2-ci “Maarifçi” tələbə-məzun təcrübə proqramını uğurla başa vuran 10 iştirakçı Elm və Təhsil Nazirliyi və tabe qurumları, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində köməkçi vəzifələr üzrə əmək fəaliyyətinə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, proqram Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın təşkilində məqsəd elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərməkdir.
