Icma.az
close
up
RU
Elm və Təhsil Nazirliyinin tabeliyində ixtisaslaşmış 8 institut və 2 yeni elmi müəssisə yaradılacaq

Elm və Təhsil Nazirliyinin tabeliyində ixtisaslaşmış 8 institut və 2 yeni elmi müəssisə yaradılacaq

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkə başçısının “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq sərəncamına əsasən, nazirliyin tabeliyində olan bir sıra elmi-tədqiqat institutlarının struktur baxımından optimallaşdırılması nəzərdə tutulur.

Gununsesi.info xəbər verir ki, elmi idarəetmənin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edən, institutlararası əməkdaşlığın gücləndirilməsi baxımından mühüm strateji sənəd olan Sərəncam əsasında oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdirilərək ixtisaslaşmış 8 institut – Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlər və Molekulyar Biologiya institutları yaradılacaq. Eyni zamanda müasir elmi infrastruktur və beynəlxalq standartlara cavab verən 2 yeni elmi müəssisə formalaşdırılacaq.

Bəzi elmi-tədqiqat institutları isə regionlarda fəaliyyət göstərən dövlət universitetlərinin tabeliyinə veriləcək ki, bu da elm və təhsilin inteqrasiyasını daha da gücləndirilməsinə xidmət edəcək. Əlavə olaraq, artıq fəaliyyət effektivliyi zəif olan bəzi elmi-istehsalat birliklərinin fəaliyyətinə xitam veriləcək.

İslahat xarakteri daşıyan Sərəncam çərçivəsində əməkdaşların sosial rifahı, həyat səviyyəsi və elmi yaradıcılığı üçün daha yaxşı şəraitin yaradılması əsas prioritetlərdəndir. Burada əsas məqsəd elmi müəssisələrin fəaliyyətinin effektivliyini artırmaq, dövlət büdcəsindən səmərəli istifadəni təmin etmək, idarəetməni sadələşdirmək və alimlərin əməyinin daha yüksək səviyyədə qiymətləndirilməsini həyata keçirməkdir. Eyni zamanda gənc alimlərin və tədqiqatçıların dəstəklənməsi, regionlarda elmi potensialın artırılması, təhsillə elmin sintezinin gücləndirilməsi islahatın əsas hədəfləri sırasındadır.

Bildiririk ki, struktur dəyişiklikləri tədqiqat mühitinin təkmilləşdirilməsinə, elmi nəticələrin tətbiqyönümlü olmasına və beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə imkan verəcək.

Müəssisələrin publik-hüquqi şəxs statusunda yaradılması nəticəsində alternativ maliyyələşmə mexanizmlərinin istifadəsinə şərait yaradılacaq, elmi resurslardan daha səmərəli istifadə ediləcək, gənc tədqiqatçılar üçün daha əlçatan və müasir infrastruktur formalaşacaq, həmçinin elmin cəmiyyətlə daha yaxından inteqrasiyası təmin olunacaq.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi Sərəncamdan irəli gələn məsələlərin icrasının təmin edilməsi, yeni institutların fəaliyyətinin düzgün təşkili və elmi mühitin daha da inkişaf etdirilməsi üçün bütün zəruri addımları atacaq.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Aprel 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Analitik baxış verilişində Əbu Dabi görüşü müzakirə edilib

11 İyul 2025 01:24see199

Tokayevdən rüsumların tətbiqi ilə bağlı Trampa CAVAB

10 İyul 2025 13:13see165

“Komedixana”nın aktrisasının ailəsində sevincli GÜN FOTO

10 İyul 2025 16:25see148

Taksilərə nəzarət artırılır Süni intellektin rolu nədən ibarət olacaq?

11 İyul 2025 01:36see125

Bakıya karbon qazını udan süni “ağac” lazımdır?

10 İyul 2025 16:22see124

Afranı Saraçoğlunu seriala çəkmək baha başa gəldi

10 İyul 2025 13:28see123

Cica “Qarabağ”dan ayrıldı yeni klubu da məlumdur

10 İyul 2025 21:14see122

Hacı Əliyev: Çalışıram ki, Azərbaycan güləşi daim zirvələrdə olsun AÇIQLAMA

10 İyul 2025 16:25see122

Bugünkü döyüşü uduzduq, amma hələ müharibəni uduzmamışıq Sabah ın baş məşqçisi

10 İyul 2025 23:02see119

ABŞ da aqrar proqramlarda irq və cinsiyyət amilləri artıq nəzərə alınmayacaq

10 İyul 2025 16:26see119

Sabah dan güclüyük Riera

11 İyul 2025 01:40see118

Bu, xərçəng riskini 40 % azaldır

10 İyul 2025 16:09see116

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see115

Ermənistanda terror aktına hazırlıq: 7 nəfər saxlanılıb Hədəfdə siyasətçilər olub

10 İyul 2025 14:12see115

12 oldular, bəy! “Kəpəz”dən daha bir lider getdi

11 İyul 2025 01:03see112

Rza Cəfərovun “Dinamo”ya keçidi baş tutmadı EKSKLÜZİV

10 İyul 2025 10:02see112

Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu Dabi görüşü uğurlu olub

10 İyul 2025 23:51see111

İranlı rəsmidən Trampa təhdid: “Dron onu vura bilər”

10 İyul 2025 21:09see111

Çempionlar Liqasında ilk oyunların NƏTİCƏLƏRİ

10 İyul 2025 09:10see109

Erməni yepiskop universitetdən qovuldu

10 İyul 2025 20:45see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri