Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Elm və təhsil sahəsində QADINLARIN ROLU: Problemlər və həll yolları MÜSAHİBƏ

Elm və təhsil sahəsində QADINLARIN ROLU: Problemlər və həll yolları MÜSAHİBƏ

Yenicag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

11 fevralda elm sahəsində qadınların və qızların gücünü qeyd etdiyimiz bir gündür.

Bu münasibətlə, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Yenicag.az-a verdiyi müsahibədə qadınların elm və təhsil sahəsindəki iştirakını artırmaq üçün təhsil sistemində və cəmiyyətdə hansı dəyişikliklərə ehtiyac olduğunu müzakirə etdik.

– Elmin bəy, elm və təhsil sahəsində qadınların iştirakını artırmaq üçün təhsil sistemində hansı dəyişikliklərə ehtiyac var?

– Düşünürəm ki, Azərbaycanda istər elm, istərsə də təhsil sahəsində qadınların iştirak aktivliyi yüksək səviyyədədir və bu tendensiya ildən ilə daha da artır. Bu, təkcə kəmiyyət deyil, həm də keyfiyyət müstəvisində özünü göstərir. Məsələn ötən il ali məktəblərə imtahan verənləri 50,42%-i oğlan, 49,52%-i isə qızlar olub. Kəmiyyət etibarilə aralarında cüzi fərq olsa da, keyfiyyət parametrinə, yəni universitetlərə qəbulolma, üstəlik, ortalama bal göstəricisinə daha çox sahib olmada da qızlar oğlanları xeyli qabaqlayır. Elm və təhsildə qadınların iştirak faizi hazırda kişiləri xeyli qabaqlamadadır.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,9 faizi, orta ixtisas təhsil müəssisələrində 81,3 faizi, ali təhsil müəssisələrində 57,4 faizi, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,6 faizini, orta ixtisas təhsili müəssisələri tələbələrinin 61,9 faizini, ali təhsil müəssisələri tələbələrinin isə yarısını qızlar təşkil edir.

Həmçinin, qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 59,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,2 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,1 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.

Deməli, bu istiqamətdə hər hansı problematik nöqtəyə rast gəlinmir. Sadəcə, kəmiyyət və keyfiyyət çoxluğu ilə paralel olaraq, xanımların elm və təhsildə idarəçilikdə iştirakının təminatı nisbətən zəifdir. Hazırda AMEA-nın tabeliyində olan elmi qurumların, eləcə də ETN nəzdindəki elmi tədqiqat institutlarının, həmçinin ali məktəb rektorlarının yalnız bir neçəsi qadındır. Elm və təhsildə idarəçilik aspektindən də xanımların faiz nisbətinin artırılmasına hazırda ciddi ehtiyac vardır.

– Qadınların təhsildə uğurlu olmasını təmin etmək üçün hansı təşəbbüslər daha təsirli ola bilər?

– ETN tabeliyində fəaliyyət göstərən Təhsilin İnkişafı Fondu bir neçə ildir ki, qızların təhsildə uğurlu olmaları üçün müxtəlif layihələr həyata keçirir. “Gənc qızların təhsilinə dəstək” layihəsi artıq 4-cü ildir ki, davam edir. Layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi və nəzarəti altında həyata keçirilir. Adından da göründüyü kimi, bu layihə çərçivəsində indiyədək 100-dən çox xanımın təhsil almasına şərait yaradılıb. Həmçinin, “Hənifə Məlikova – Zərdabi adına qızların təhsilində dəstək” təqaüd proqramının da adını çəkə bilərik. Eləcə də “Zərif mühəndislər”, “Parla” kimi sosial təhsil layihələrini də unuda bilmərik. Amma bu kimi işlərin sistemli şəkildə həyata keçirilməsi çox vacibdir. Qızların xüsusən də xarici ölkələrdə ali təhsil almalarına dəstək üçün ayrıca proqramın olmasına xüsusi ehtiyac vardır.

– Azərbaycanda elmi tədqiqat və innovasiya sahəsində qadınların rolu necə gücləndirilə bilər?

– Elmi tədqiqat və innovasiya sahəsində qadınların rolunun artırılmasına ciddi ehtiyac vardır. Bununla bağlı xüsusi proqramların hazırlanması, “Zərif mühəndislər” formatında spesifik layihələrin həyata keçirilməsi lazımdır. Məsələn, sırf xanımlardan ibarət iştirakçılar arasında startapların qəbulu və onların dəyərləndirilməsini həyata keçirmək çox vacibdir.

Həmçinin, qadınların mühəndislik, informasiya texnologiyaları, texniki sahələrdə daha intensiv təhsilə cəlbi üçün xüsusi proqramlar yaradılmalıdır. Universitet daxilində bu istiqamətlərdə təhsil alan xanımlara hesablanmış təqaüdlər və mentorluq proqramları təşkil edilə bilər. Eləcə də, rəsmi dövlət qurumları və özəl təsisatlar qadınların innovasiya mühitində iştirakını artırmaq üçün xüsusi təşəbbüslər həyata keçirə bilər. Bu, qadınların startaplar yaratması və innovativ layihələrdə iştirak etməsi üçün dəstək verən mühitin formalaşmasına kömək edəcəkdir.

Qadınların elmi tədqiqatlara və innovasiyalara cəlb edilməsi üçün media tərəfindən maarifləndirmə işlərinin də aparılması çox vacibdir. İctimaiyyətin maarifləndirilməsi bu istiqamətdə çox ciddi faydalara gətirib çıxarar. Qadınların elmi nailiyyətləri və innovativ ideyaları haqqında məlumatların yayılması, onların rolunu daha görünən edəcəkdir. Bu, həmçinin gənc qızların elmi sahələrə marağını artırar.

– Elm və texnologiya sahəsində qadınların qarşısına çıxan əsas maneələr hansılardır və bu maneələri aşmaq üçün hansı addımlar atılmalıdır?

– Qadınların elm və texnologiya sahəsində qarşılarına çıxan əsas maneələri bir neçə qrupa bölmək olar. Birinci səbəb təbii ki, mental yanaşma və cəmiyyətdaxili stereotiplərdi. Elmi və texnoloji fəaliyyət qadından daha sərbəst iş rejimi, asudə tədqiqatçılıq saatı, eləcə də xüsusi fiziki, zehni və psixoloji fədakarlıq tələb etdiyindən valideynlər qız övladlarının bu istiqamətdə inkişaf etməsinə əngəl yaradıblar. Bu səbəbdən də bizdə xanımlar daha çox pedaqoji və humanitar istiqamətə yönəlmiş, sırf metodiki və nəzəri aspektdən fəaliyyət proqramı ilə qane olublar. Elm və texnologiya sahəsində həm də bu səbəbdən hələ də oğlanların kəmiyyət və keyfiyyət faizini daha üstün görürük.

Digər səbəblərə isə misal olaraq bunları göstərə bilərik: Maliyyə resurslarının əskikliyi- Qadınların elmi tədqiqatlar aparması üçün lazım olan maliyyə dəstəyi və resursların çatışmazlığı, onların layihələrini həyata keçirmələrini əngəlləyib. Sırf bu istiqamətdə hər hansı sosial təhsil layihəsi, eləcə də yalnız xanımlara şamil olunan innovativ inkişaf üçün təqaüd proqramlarının təsisinə xüsusi ehtiyac var. Bu layihələr xüsusilə startaplar və innovativ layihələr üçün daha da əhəmiyyətlidir.

Daha bir səbəb: qızların oğlanlara nisbətdə şəbəkələşmə imkanlarının azlığı: Yerli mühitdə qadınların elmi tədqiqat və innovasiya sahəsində daha az şəbəkələşmə imkanlarına malik olmaları, onların müvafiq əlaqələr qurmasını və təcrübə mübadiləsi etməsini çətinləşdirir. Bu, onların karyeralarında irəliləmələrini əngəlləyir.

– Qızların STEAM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) sahələrində təhsil alması üçün hansı strategiyalar mövcuddur?

– Azərbaycanda fəaliyyət göstərən STEAM mərkəzlərində, eləcə də ayrı-ayrı məktəblərdəki STEAM siniflərində qız şagirdlərin sayı oğlanlardan heç də geri qalmır. Tədris göstəriciləri isə bəzi hallarda hətta oğlanları xeyli üstələyir də. Yəni, məsələnin məktəb dövrünü əhatə edən birinci mərhələsində heç bir problem yoxdur. Məsələnin, ali təhsil dövrü, ondan sonrakı etapları nəzərdə tutulan növbəti mərhələlərində isə təbii ki, müəyyən mental, maliyyə və s. səbəblər var ki, orada xanımlar STEAM istiqamətli irəliləyişlərə çox da nail ola bilmirlər. Təəssüf ki, bu istiqamətdə hər hansı xüsusi strategiya yoxdu. Amma xanımların iradə və məqsədliliyi düşünürəm ki, burada ən yaxşı strategiya rolunu oynaya bilər.

Məsimə Məmmədova

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:398
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 11 Fevral 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see388

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see371

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see309

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see304

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see303

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see297

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see289

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see233

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see230

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see229

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see224

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see222

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see220

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see205

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see203

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see197

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see195

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see177

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see172

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri