Icma.az
close
up
RU
Elman Məmmədov: “Suriya kimi vacib strateji mövqeyi olan bir ölkədə səfirliyimizin fəaliyyət göstərməsi vacibdir”

Elman Məmmədov: “Suriya kimi vacib strateji mövqeyi olan bir ölkədə səfirliyimizin fəaliyyət göstərməsi vacibdir”

Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.

“Dünyada təhlükəsiz dövlətlər azdır. Bir çox dövlətlərdə səfirliklərimiz, konsulluqlarımız, diaspor təşkilatlarımız var və onların həmin dövlətlərdə olmalarına problem yaradan qüvvələr, təhlükələr az deyil. Dövlətin daxili məsələlərinə qarışmağa çalışırlar. Məsələn, Fransa. Söhbət Fransa xalqından yox, ölkəni idarə edən ermənipərəst, elə özünün də mənşəyi erməni olan Makron komandasından gedir. Fransada da səfirliyimiz üçün vaxtaşırı problemlər yaradırlar. Başqa ölkələrdə də həmçinin. Suriyada isə hələ tam stabillik yaranmayıb, yeni hakimiyyətə gəlmiş qüvvələrdir. Təbii ki, Suriyada terrorçu dəstələri də, başqa dövlətlərin hərbi bazaları da, kontingentləri də var. Müəyyən toqquşmalar hələ olacaq, amma Azərbaycan dövləti və səfirliyimizin əməkdaşları bu təhlükələrin hamısını nəzərə almaqla, təhlükəsizliyi təmin etməklə səfirliyimizin fəaliyyət göstərməsi vacib idi”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

Deputat bildirib ki, uzun müddətdən sonra Suriyada səfirliyimizin fəaliyyətə başlaması sevindirici haldır: “Əsəd rejiminin bizə qarşı olan xoşagəlməz münasibətləri sona yetdi. İndi Suriyada inkişaf başlayır. Yeni dövlətin fəaliyyətə başlaması Suriya ilə münasibətlərimizin normallaşmasına səbəb olan şərtlərdən biridir. Azərbaycan Suriyada bugünkü vəziyyətlə bağlı bəyanat verdi, cənab Prezident də mövqeyini bildirdi ki, biz Suriyaya bütün istiqamətlərdə kömək etməyə hazırıq, yeni yaranan dövlət bərqarar olsun, inkişaf etsin. Yaxın Şərqdə Suriya kimi vacib strateji mövqeyi olan bir ölkədə səfirliyimizin fəaliyyət göstərməsi vacibdir və biz bunu etdik”.

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://pravda.az
archiveBu xəbər 18 Fevral 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see237

İran hücumun olacağını bilirdi? Hədəf Xameneidir, yaxın günlərdə...

13 İyun 2025 08:15see168

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see143

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see137

Müharibə ANONSU: Yaxın saatlarda İsrail İrana hücum edən bilər 3 PLAN

12 İyun 2025 09:46see136

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see133

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see132

Tehranın şimal qərbində partlayış baş verdi

13 İyun 2025 20:53see129

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see128

İsrail İranda bir sıra təxribat əməliyyatları həyata keçirdi Axios

13 İyun 2025 06:55see126

SON DƏQİQƏ: İranın vurulan əsas nüvə obyektinin peyk görüntüləri yayıldı FOTO KONKRET

13 İyun 2025 16:29see124

Azərbaycan şahmatçısının Münhendə dördüncü qələbəsi

12 İyun 2025 10:25see123

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see119

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see119

Çindən olan 92 yaşlı nənə hər gün 200 təkan edir...

12 İyun 2025 23:07see119

Beynəlxalq Əmək Təşkilatı: dünyada 137 milyon uşaq əməyə cəlb olunub

12 İyun 2025 08:41see119

Fransa şirkəti ilə alüminium sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

12 İyun 2025 22:19see118

G7 liderləri fikir ayrılığı səbəbindən sammitdən sonra ayrı ayrı bəyanatlar verəcəklər

13 İyun 2025 01:28see118

Gələcəkdə yazılmış kitab

12 İyun 2025 09:16see116

ABŞ də nazirə sual vermək istəyən senatora güc tətbiq edildi

13 İyun 2025 02:49see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri