Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Elman Nəsirov: Avropa qəzəbindən ağlayır Qərb dünyasının əvvəlki bütövlüyü daha yoxdur SÖHBƏT

Elman Nəsirov: Avropa qəzəbindən ağlayır Qərb dünyasının əvvəlki bütövlüyü daha yoxdur SÖHBƏT

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Münxen Təhlükəsizlik Konfransı hər il dünya miqyasında təhlükəsizlik məsələlərini müzakirə edən ən mühüm tədbirlərdən biri kimi tanınır. Bu il 61-ci dəfə təşkil olunan konfrans, xüsusilə ABŞ-nin yeni administrasiyasının Avropa ilə münasibətlərinə dair verdiyi mesajlarla diqqət çəkdi. Trampın rəhbərliyi altında ABŞ-nin dünya siyasətindəki yerini, Avropa İttifaqı ilə əlaqələrini və Ukrayna müharibəsi ilə bağlı mövqeyini izah edən çıxışlar, qitə daxilində narahatlıq və təəccüb doğurdu. Konfransda verilən bəyanatlar, xüsusilə Avropa və ABŞ arasında yeni dövrün başlandığını və Qərb dünyasının əvvəlki bütövlüyünün artıq sona çatdığını göstərdi. 


Mövzu ilə bağlı politoloq Elman Nəsirov Sherg.az-a Münxen Təhlükəsizlik Konfransında ön plana çıxan bəzi mühüm məqamlardan və onların Avropada yaratdığı təsirlərdən danışıb:


-Münxen Təhlükəsizlik Konfransında Kriştof Xoysqen ABŞ-nin yeni administrasiyasına dair ifadələri, xüsusilə Trampın rəhbərliyi altındakı siyasətə dair vurğuları, Avropada necə bir reaksiya doğurdur?

-Sayca 61-ci Münxen Təhlükəsizlik Konfransı sözün həqiqi mənasında tarixi əhəmiyyət kəsb edən bir tədbir oldu. Təsadüfü deyil ki, Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqen bu konfransı Avropa üçün "qorxulu yuxu" adlandırdı. Amma onun əsaslandırması elə də yerinə düşməyib. K.Xoysqenin sözlərinə görə Trampın rəhbərliyi altında sanki ABŞ başqa planetdə yaşayır. Hətta o bir az da irəli gedib söylədi ki, Respublikaçı senatorlar da prezidentlərindən qorxduqları üçün ictimaiyyət qarşısında çıxış edərkən çox diqqətli olduqlarını müşahidə etdik. 


-Kriştof Xoysqen Respublikaçı senatorlar deyərkən tam olaraq kimi nəzərdə tuturdu?

-Yəqin ki, o Respublikaçı senatorlar ifadəsi işlədərkən daha çox söhbət məhz ABŞ-nin vitse-prezidenti D.Vensdən gedirdi. Nəzərə alsaq ki, ABŞ-nin qanunverciliyinə görə vitse-prezident həm də senatın sədri vəzifəsindədir. Görünən odur ki, D.Vensi vitse-prezident, ABŞ-nin ikinci şəxsi kimi yox, məhz senator kimi təqdim etmək ona daha çox sərf edib.


-Vensin Münxen Təhlükəsizlik Konfransında etdiyi çıxışda Avropa İttifaqına dair kəskin ifadələri və Kriştof Xoysqenin ağlaması, ABŞ-nin yeni administrasiyasının Avropa ilə münasibətlərində nə kimi dərin dəyişikliklərə işarə edir? Bu çıxışın Avropa siyasətçiləri üzərində necə bir təsir yaratdığı düşünülə bilər?

-Kriştof Xoysqen çıxışının sonunu göz yaşları ilə yekunlaşdırdı. Yəni Avropa ağlayır, Avropa sevincindən yox, qəzəbindən, qorxusundan, həyəcandan ağlayır. Çünki Vens-ABŞ-nin ikinci şəxsi bu, konfransda elə bir tarixi çıxış etdi ki, indi Avropanın çox saylı iri miqyaslı məmurlarının kürkünə birə düşüb. Onun işlətdiyi bir ifadə Avropa İttifaqına olan ABŞ-nin yeni adminstrasiyanın münasibəti idi və konkret faktlara, arqumentlərə söykənən əsaslandırılmış çox kəskin bir ifadə idi. 


-Vensin Avropanın öz içindən gələn təhlükələrə dair söylədikləri, xüsusən də demokratiya və onun müdafiəsinə dair iradları, Avropa İttifaqının gələcək siyasətində necə bir dönüşə səbəb ola bilər?

-Vens söylədi ki, Qərb üçün ən böyük təhlükə  nə Rusiya, nə Çin, nə də ki, üçüncü bir başqa dövlətdən gəlir. Ona təhlükə elə Avropanın öz içindən gəlir. Çünki ABŞ-nin də paylaşdığı bir sıra fundamental dəyərlərdən Avropa özü uzaqlaşmaqdadır. İlk növbədə söhbət demokratiyadan və onun müdafiəsindən gedir. Söylədilər ki, bu dəyərləri Avropa daha qoruya bilmir, ondan uzaqlaşır. Vens Avropa İttifaqının keçmiş xarici məsələlər üzrə komissarı Joze Boorelin adını çəkmədi, lakin onun fikrinə istinad olaraq sevinərək söylədi ki, Ruminiyada keçirilən seçkilərin nəticələri ləğv edildi. 


-Vensin Almaniyadakı parlament seçkiləri ilə bağlı qeyd etdiyi fikirlər və Rusiyanın seçkilərə təsir etməsi məsələsi haqqında nə düşünürsünüz? 

-Ruminiyada keçirilən seçkilərə Rusiyanın təsiri olmuşdu. O həm də bildirdi ki, rəqəmsal təsir vasitələrindən istifadə etməklə oxşar təcrübədən Almaniyada keçirilən seçkilərdə də istifadə etmək olar. Nəzərə alsaq ki, fevralın 23-də Almaniyada da parlament seçkiləridir. Bunu misal gətirən Vens söylədi ki, əgər Rusiya bir neçə yüz milyon dollar xərcləməklə seçkilərin nəticələrinə təsir göstərə bilirsə, deməli həmin demokratiyanın özü əvvəldən möhkəm deyilmiş. Bu son dərəcə ciddi ittihamdır. Həm də faktlara söykənən bir ittihamdır. Qeyd etdi ki, amerikanlar bundan şokdadılar və bizim üçün belə dəyərlər sistemi yoxdur, demokratiya hər şeydən öncədir.


-Vensin, ABŞ müdafiə naziri Pit Heqsetin və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqun Ukrayna müharibəsini dayandırmaq çağırışları, ABŞ-nin yeni administrasiyasının Rusiya ilə əlaqələrinə dair hansı mesajları verir? Avropa İttifaqı da bu prosesə qatıla bilərmi?

-Sonrakı davranışlarında həm Vens, həm ABŞ-nin müdafiə naziri Pit Heqsat, həm də ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi K.Kelloq öz çıxışlarında açıq şəkildə vurğuladılar ki, Ukrayna müharibəsini dayandırmaq lazımdır. Bu ilk növbədə Trampın mövqeyidir. Bu prosesdə ABŞ, Rusiya yaxından iştirak edəcək. 

Prosesdə Avropa İttifaqının iştirakı nəzərdə tutulmur. Ukrayna isə bu prosesə qatıla bilər. 


-Trampın Avropa İttifaqına olan etibarını itirməsi ABŞ-Avropa İttifaqı münasibətlərinə necə təsir edəcək?

-İndidən söyləmək olar ki, ABŞ-Avropa İttifaqı münasibətlərində yeni dövr başlayacaq. Qərb dünyasının əvvəlki bütövlüyü daha yoxdur. Tramp üçün Avropa İttifaqı deyil, Avropanın ayrı-ayrı ölkələri ilə iki tərəfli münasibətlər prioritet məsələdir. Trampın Avropa İttifaqının yüksək rütbəli məmurlarına heç bir etibarı qalmayıb. Həm də o fərqindədir ki, onaların hamısı birlikdə məhz Trampın rəqibinin prezident seçkilərində qalib gəlməsi üçün əllərindən gələn hər şeyi etmişdilər. Buna görə də Trampın onlara qarşı müəyyən qisas hissləri də var. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Fevral 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri