Icma.az
close
up
RU
Saatlının Mollavazlı və Bəylər kəndləri içməli su ilə təmin olunub

Saatlının Mollavazlı və Bəylər kəndləri içməli su ilə təmin olunub

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması işlərinin davamı olaraq, Saatlı rayonunun Mollavazlı və Bəylər kəndlərində içməli su layihəsinin açılış mərasimi keçirilib.

Bu barədə "APA-Economics"ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Tədbirdə ADSEA sədrinin müavini İlham Bayramov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Bildirilib ki, hazırda bir çox bölgələrdə əhalinin içməli və suvarma suyu ilə təminatı istiqamətində böyük layihələr icra olunur. Bu layihələr növbəti illərdə də davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayan əhalinin dayanıqlı və keyfiyyətli içməli, eləcə də suvarma suyu ilə təmin olunmasıdır.

Məlumat verilib ki, Saatlı rayonu, Mollavazlı və Bəylər kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədi ilə şəhərin mövcud su təchizatı sisteminin imkanlarından istifadə etməklə kənddaxili şəbəkə sistemi inşa edilib. Mollavazlı kəndinin mövcud su şəbəkəsinin genişləndirilməsi məqsədilə uzunluğu 7 km su şəbəkəsi inşa olunub və ümumilikdə abonentlərin sayı 350-yə çatdırılıb.
Eyni zamanda Bəylər kəndində də uzunluğu 4 km su şəbəkəsi inşa olunub və ümumilikdə abonentlərin sayı 296 çatdırılıb. Ümumilikdə hər iki kənd üzrə əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədi ilə hər bir abonent su sayğacları ilə təchiz edilib. Layihə çərçivəsində Mollavazlı və Bəylər kəndi üzrə 3790 nəfər əhali mərkəzləşdirilmiş su təchizatı sistemi ilə təchiz edilib.

Qeyd edək ki, Saatlı şəhərinin mövcud su təchizatı sistemi Kür Su Təmizləyici Qurğusundan magistral su kəmərləri vasitəsilə təmin olunur. Şəhərin 11.7 km olan magistral su kəməri, 136 km olan daxili paylayıcı şəbəkə, 1 meydançada həcmi 2x5000 m3 olan su anbarlar kompleksi və 1 ədəd mərkəzi su nasos stansiyası istismar olunur. Şəhərin ümumi abonent sayı 4498, kənd abonentinin sayı isə
1281 təşkil edir. Ümumi olaraq 5779 abonentə xidmət göstərilir. Rayon üzrə 11 yaşayış məntəqəsinə mərkəzləşmiş su təchizat xidməti göstərilir. Həmçinin 26 kənddə modul tipli içməli su təmizləyici qurğular olmaqla bulaqlar vasitəsilə su təminatı həyata keçirilir.
2026-cı il ərzində layihənin davamı olaraq rayonun Əlisoltanlı, Potubəyli kəndlərində mərkəzləşdirilmiş su şəbəkəsinin və sayğacların quraşdırılması işləri və həmçinin su təminatı zəif olan Nabat və Çolpı kəndlərinin su təminatı məqsədilə 2026-2027-ci illərdə su təchizatı sisteminin layihə sənədlərinin hazırlanması və tikintisi işlərinin icrası planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Dekabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri