Icma.az
close
up
RU
Elman Nəsirov: “Top Rusiya tərəfdədir”

Elman Nəsirov: “Top Rusiya tərəfdədir”

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

“Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı keçirilmiş reydlər mahiyyəti etibarilə cinayət tərkiblidir, Rusiya və Azərbaycanın strateji müttəfiqlik münasibətlərinin xarakterinə daban-dabana ziddir. Bu, ikitərəfli münasibətlərimizdə son günlər çox ciddi siyasi, diplomatik böhrana səbəb olub. Azəraycan dövləti, ictimaiyyəti bu məsələ ilə bağlı haqlı ədalətli səsini qaldırıb. Azərbaycan cəmiyyətinin etirazı bəllidir. İctimaiyyətin narahatlığı açıq şəkildə ifadə olunub. Azərbaycanın müvafiq dövlət qurumları da etirazlarını ifadə edib, konkret addımlara imza atıblar. Münasibətlərdə gərginlik hələ də qorunub-saxlanmaqdadır. Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova müsahibəsində qeyd etdi ki, Azərbaycan və Rusiya arasında ənənəvi dostluq münasibətləri var. Hətta bəzən üçüncü tərəflər yaranmış reallıqdan öz mənafeləri üçün istifadə etmək istəyirlər, biz Azərbaycanla dostluq münasibətlərinin qorunub-saxlanılmasında maraqlıyıq. Çox gözəl, bəs dostluq münasibətlərinə xələl gətirən addımları kim atıb? Rusiya. Vəziyyətin tragikomikliyi bundadır ki, hadisəni ayrı-ayrı cinayətkar elementlər, ünsürlər, kriminal aləmin təmsilçiləri deyil, kriminogen aləmlə, cinayətkarlarla mübarizə aparmalı olan orqanların özləri ediblər”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, Yekaterinburqda törədilən cinayəti Rusiyanın Federal Təhlükəsizlik Xidməti, OMON, polis birlikdə həyata keçiriblər: “Polisin funksiyası öz vətəndaşının təhlükəsizliyini təmin etməkdir. Biz isə əksini görürük, vətəndaşların təhlükəsizliyi üçün problemlər yaradan bir quruma çevrilib. Həm də Rusiya tərəfdən cəfəng iddialarla çıxış etməyə başlayıblar ki, qətlə yetirilən azərbaycanlı və digər saxlanılan şəxslər Rusiya vətəndaşlarıdırlar, bu, Rusiyanın daxili işidir. Xeyr, belə bir şey yoxdur. Gəlin yerlərimizi dəyişək. Analoji hadisə Azərbaycanda baş versəydi, rus əsilli Azərbaycan vətəndaşlarına qarşı analoji cinayət törədilsəydi, rəsmi Moskva deyəcəkdi ki, Bakının daxili işidir? Belə yanaşacaqdınız? Gəlin, riyakar olmayaq, hər şeyi öz adı ilə söyləyək. Ən qorxulu cəhət budur ki, hazırda Rusiyanın dövlət qurumlarının leksikonuna “etnocinayətkarlıq” ifadəsi düşüb. Heç cinayətkarlığın da “etno”su olur? Heç onun dini, milləti, irqi olur? Cinayətkar hər yerdə cinayətkardır. Onlarla koordinasiyalı mübarizə olmalıdır. Belə çıxır ki, eyni cinayəti Rusiya işləsə yaxşıdır, qeyri-rus etsə, pisdir? “Etnocinyaətkarlıq” kimi cəfəng terminologiyanın mahiyyəti bundan ibarətdir. Azərbaycanın müvafiq dövlət qurumları çox prinsipial və qətiyyətli mövqe ortaya qoyublar. Hiss olunur ki, bu mövqe qarşısında Rusiya tərəfdə müəyyən mənada yumşalma elementləri görülməkdədir. İstəyirik ki, Rusiya tərəfi 2024-cü ilin 25 dekabrında mülki təyyarəmizin vurulması ilə bağlı açdığı cinayət işi sona yetirilsin, cinayətkarlar cəzalandırılsın, azərbaycanlı deputatın deportasiyasını təşkil edənlər müvafiq məsuliyyətə cəlb edilsin, Azərbaycana qarşı kiberhücumlar təşkil etmiş şəxslər tapılsın və cəzalansın. Həmçinin Yekaterinburqda baş vermiş müdhiş cinayət əməli ilə bağlı konkret şəxslər, “poqonlu”  cinayətkarlar cəzalandırılsın. Bundan sonra ikitərəfli münasibətlərin yumşaldılması istiqamətində addımlar atıla, Azərbaycan dövləti, cəmiyyəti, ictimaiyyəti də razı qala bilər. Hər şey Rusiyadan asılıdır. Top Rusiya tərəfdədir”.

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://pravda.az
archiveBu xəbər 04 İyul 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan diasporunun lideri sərbəst buraxılıb (Yenilənib)

02 İyul 2025 16:19see234

Qəzzada 60 gün...

03 İyul 2025 08:15see121

Ersin Tatar: Türk dünyası sülh və müstəqilliyi birgə qorumalıdır

02 İyul 2025 23:22see119

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see119

Makron digər Aİ liderlərini qabaqlamağa tələsir

03 İyul 2025 07:52see119

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

02 İyul 2025 21:50see119

2000 ci illərin mikro şortları yenidən modaya dönəcək...

03 İyul 2025 01:09see118

Abşeron rayonunda güclü yanğın Onlarla hektar ərazi alov içindədir (VİDEO) KONKRET

02 İyul 2025 23:48see117

"Qurdlar vadisi"nin məşhur aktyoru vəfat etdi

03 İyul 2025 01:43see117

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see116

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see116

Mərkəzi Elmi Kitabxana 2025 ci ilin altı ayı üzrə hesabat verib

02 İyul 2025 18:28see116

İki qəsəbədə qaz təchizatı dayandırılacaq

03 İyul 2025 09:12see114

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see114

Meladzenin Yurmala konsertində qalmaqal olub

03 İyul 2025 08:23see114

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see114

İzmir meriyasının keçmiş müxalifət işçiləri korrupsiya ittihamı ilə saxlanılıb

03 İyul 2025 07:40see114

31 il ötdü...

03 İyul 2025 07:57see112

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see112

Almaniya Talibanla razılığa gəlmək niyyətindədir

03 İyul 2025 11:51see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri