Icma.az
close
up
RU
Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı NONSENS MƏHKƏMƏ BAŞLAYIR!

Elman Rüstəmov bütün Azərbaycan vətəndaşlarına qarşı NONSENS MƏHKƏMƏ BAŞLAYIR!

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yasamal Rayon Məhkəməsində Ayşən Sultanova-Məmmədovanın sədrliyi ilə eks-baş bankir, hazırda baş nazirin müavini olan Elman Rüstəmovun adı hallanan məhkəmə prosesi uzun fasilədən sonra yenidən davam etdiriləcək.

Turkustan.az xəbər verir ki, noyabrın 27-nə təyin olunan prosesə Elman Rüstəmovun və Mərkəzi Bankın indiki rəhbərliyinin təzyiq göstərmələri iddiaları da var.

Məhkəmədə baxılan işin mahiyyəti budur ki, Elman Rüstəmov Mərkəzi Bankın sədri olarkən, 2013-cü ildə “Premium Bank” və “DekaBank”a istehlak krediti olaraq 5 milyon manat kredit verib. Məsələ burasındadır ki, bu kredit verilərkən Azərbaycan vətəndaşı Nizami Kərimovun əmlakı ondan xəbərsiz girov qoyulub!

Vətəndaş Nizami Kərimov bu qanunsuzluqdan 6 il sonra xəbər tutub. Bundan sonra Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Nizami Kərimovun əmlakı satın aldığı “Aqana Servis” Elman Rüstəmovun tikinti şirkətlərindən biridir. Şirkəti oliqarx bankirin şəriki Azad Nağıyev idarə edib.

Elə bu dələduzluq işinə görə Azad Nağıyev həbsə alınıb. Cəzaçəkmə müəssisəsindən Yasamal Məhkəməsinin hakimi Ayşən Sultanova-Məmmədovaya məktubla müraciət edən Azad Nağıyev yazıb ki, banklardan ona istehlak krediti adı ilə verilən pulları aldıqdan sonra Mərkəzi Bankın sədri olan Elman Rüstəmova ötürüb.

Eyni zamanda Nizami Kərimova məxsus əmlakla bağlı məsələyə aydınlıq gətirən Azad Nağıyev vətəndaşa məxsus əmlakı Elman Rüstəmovun göstərişi ilə sənədləri saxtalaşdırmaqla girov qoyduğunu da açıqlayıb.

Bu iş üzrə 3 il öncə Nizami Kərimovun iddiası əsasında Nəsimi Rayon Məhkəməsində hakim Natəvan Tağıyevanın sədrliyi ilə araşdırma aparılıb. 2021-ci ilin 3 sentyabr tarixində Nəsimi Məhkəməsi Nizami Kərimovun iddiasını təmin edib. Çıxarılan qətnamə ilə Bakı şəhəri, Yasamal rayonu, 558-566-cı məhəllə, L.İmanov küçəsi, ev 5 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsi üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının 11 oktyabr 2013-cü il tarixli və “Premium Bank”a 24.10.2013-cü il tarixli müraciətlərinə əsasən qeydə alınmış ipoteka yüklülüklərinə xitam verilib.

Faktiki olaraq kreditin cinayət yolu ilə götürülməsi çıxarılan qətnamə ilə sübut olunub. Elman Rüstəmovun şəriki Azad Nağıyev bu cinayətə görə uzunmüddətli həbsə məhkum olunub. Buna baxmayaraq, Elman Rüstəmov və Mərkəzi Bankın indiki rəhbərliyi Yasamal Rayon Məhkəməsinə təzyiq göstərməklə vətəndaş Nizami Kərimovun əmlakının satışa çıxarılmasına yol açacaq qərar verilməsinə nail olmağa çalışırlar. Bu isə hər bir vətəndaşın mülkiyyət hüququ üçün real təhlükə, əcəl zəngidir. /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Noyabr 2024 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri