Icma.az
close
up
RU
Məktəblilər arasında pnevmoniya sürətlə yayılır XƏBƏRDARLIQ

Məktəblilər arasında pnevmoniya sürətlə yayılır XƏBƏRDARLIQ

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Pnevmoniyaya yoluxma dinamikasında ciddi artım müşahidə olunur. Xəstəliyə, əsasən, məktəb və daha kiçik yaşlarında uşaqlar yoluxurlar.  

Adi qrip kimi başlayan simptomlar cəmi bir neçə gün ərzində ağır pnevmoniyaya çevrilə bilər.

Həkim-infeksionist Əminə İsmixanova Modern.az – a açıqlamasında bildirib ki, pnevmoniya ağciyər toxumasının iltihabi xəstəliyidir. Yüngül, orta və ağır formada keçə bilər və bütün yaş qruplarında rast gəlinir:

“Son zamanlar uşaqlarda daha çox rast gəlindiyi üçün bu haqda daha geniş danışmaq istərdim. Ən riskli yaş qrupları 0–2 yaş (xüsusilə 6 ayadək körpələr), 2–5 yaş və məktəbəqədər dövrlərdir. Lakin biz daha çox pnevmoniya məktəb yaşlı uşaqlarda müşahidə edirik. Buna səbəb kollektiv faktorudur. Uşaqlar sinifdə sıx təmasda olurlar, qapalı məkanda uzun müddət qalırlar və asanlıqla virus, bakteriyalara yoluxurlar. Bu da pnevmoniyanın yayılmasını artırır. Pnevmoniyanın mənşəyi bakterial, viral, atipik və aspirasiondur. 

Məktəb yaşlı uşaqlarda məhz atipik daha çox müşahidə olunur. (Mycoplasma pneumoniae,Chlamydia pneumoniae) Bu tip pnevmoniyalar yavaş başlanır. Uzun sürən quru öskürəklə davam edir. Çox vaxt “adi soyuqdəymə” kimi qiymətləndirilir. Nəticədə gec diaqnoz qoyulur və pnevmoniya artıq formalaşmış olur.

Uşaqlarda pnevmoniyanın əsas əlamətləri hərarət (bəzən çox yüksək), sürətli və çətin nəfəsalma, bəzən kürək və sinədə ağrı, davamlı öskürək. halsızlıq, iştahasızlıqdır. Körpələrdə əmmənin azalması, inildəmə müşahidə edilir. Müalicəsi isə səbəbə yönəlik aparılır. Burada əsas onu bilmək lazımdır ki, pnevmoniyaya səbəb tək bakteriyalar deyil, ona görə də antibiotik istifadəsi bu hallarda effekt verməyə bilər".

Həkimin sözlərinə görə, əgər hərarət 5 gündən çox davam edirsə, öskürək davamlı müşahidə olunursa, nəfəs darlığı yaranarsa mütləq xəstə müayinə olunmalıdır.

"Pnevmoniyadan qorunmaq üçün profilaktik tədbir kimi peyvəndlər (pnevmakok, Hib, qrip və s.) mütləqdir. Uşaqların siqaret tüstüsündən qorunması, qapalı məkanların tez-tez havalandırılması, körpələrin ana südü ilə qidalanması mühümdür.

Uşaqlarda pnevmoniya erkən aşkarlanarsa, tam sağalan xəstəlikdir. Lakin gecikmiş hallarda ağırlaşmalar və hətta həyati risk yarada bilər. Valideynlər uzun sürən öskürək və nəfəs darlığını ciddiyə almalı və özbaşına heç bir dərmandan istifadə etməməlidirlər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Dekabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see324

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see305

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see279

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see268

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see264

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see241

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see241

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see238

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see227

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see222

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see216

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see215

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see209

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see200

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see199

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see197

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see196

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see186

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see182

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri