Icma.az
close
up
RU
Elmi məlumatlara əsaslanan palma yağı haqqında 10 fakt

Elmi məlumatlara əsaslanan palma yağı haqqında 10 fakt

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Palma yağı uzun illərdir müzakirələrin mərkəzində yer alır. Lakin elmi araşdırmalar bu təbii yağın cəmiyyət arasında bilinən fikirlərdən daha fərqli xüsusiyyətlərə sahib olduğunu ortaya qoyur. Budur, palma yağı ilə bağlı elmi faktlara əsaslanan 10 mühüm məlumat və onun sağlamlığa təsirləri:

1. Pis xolesterolu artırmaz, yaxşı xolesterolu yüksəldər
Bəzi mənbələr palma yağını xolesterolu artıran yağ kimi tanıtsa da bu doğru deyil. Tədqiqatlara görə, palma yağı qanımızdakı yaxşı xolesterolu (HDL) əhəmiyyətli dərəcədə artırır. Bu isə damarları qoruyan və bədəndəki pis xolesterolun (LDL) miqdarını azaltmağa kömək edən faydalı bir molekuldur. Palma yağı, ümumi pis xolesterol səviyyəsi üzərində isə məhdud təsir göstərir.

2. Ürək sağlamlığı üçün uyğundur
Palma yağının maye forması ürək-damar sisteminə zərər vermir. Elmi tədqiqatlar göstərir ki, bu yağ qan dəyərləri üzərində mənfi təsir göstərmir. Əksinə, qanda laxtalanmanı artıran göstəriciləri yüksəltmir və ürək üçün faydalı birləşmələrin səviyyəsini artıraraq qan dövranını dəstəkləyir.

3. Uzun müddət toxluq hissi yaradır
Palma yağı yeməkdən sonra orqanizmdə tokluq hissini artıran hormonların ifrazını dəstəkləyir. Bu da insanın özünü daha uzun müddət tox hiss etməsinə səbəb olur. Tədqiqatlar göstərir ki, palma yağı yeməkdən sonra yaranan ani aclıq hissini azaldaraq lazımsız qəlyanaltıların qarşısını ala bilər.

4. E vitamini ilə zəngindir və dərini qidalandırır
Palma yağı E vitamininin xüsusi növləri ilə zəngindir. Bu maddələr hüceyrələri qoruyur, dəri sağlamlığını dəstəkləyir və yaşlanmaya qarşı təsir göstərir. Xüsusilə tokotrienol adlı E vitamini növü güclü antioksidant təsirə malikdir və bir çox kosmetik məhsulda istifadə edilir.

Tokotrienollar, bədəni iltihab və sərbəst radikalların yaratdığı zərərlərdən qoruyur, pis xolesterolun azalmasına, diyabetin tənzimlənməsinə, hətta Alzheimer xəstəliyindən qorunmağa kömək edə bilər.

5. A vitamini çatışmazlığına qarşı effektivdir
Qırmızı palma yağı karotenoid baxımından dünyanın ən zəngin A vitamini mənbələrindən biridir. Xüsusilə böyümə çağındakı uşaqlar və hamilə qadınlar üçün faydalı olan bu yağ, gecə korluğu və anemiya kimi A vitamini çatışmazlığı ilə bağlı problemlərin qarşısını almaqda kömək edir.

6. Xərçənglə mübarizədə potensial dəstək verir
Palma yağındakı bəzi qidalandırıcı maddələr orqanizmi zərərli təsirlərdən qoruyur. Araşdırmalar bu maddələrin immun sistemini gücləndirdiyini, hüceyrələrə zərər verən stres faktorlarını azaltdığını göstərib. Bu isə bədəni xərçəng kimi xəstəliklərə qarşı daha dayanıqlı edə bilər.

7. Beyin sağlamlığını dəstəkləyir
Palma yağında olan müəyyən maddələr beyin və qaraciyər kimi həssas orqanları qoruyur. Bu maddələr asanlıqla sorulur və hüceyrələri zədələnməyə qarşı müdafiə edir. Xüsusi üsullarla işlənmiş palma yağı daha güclü qoruyucu təsir göstərir.

8. Bədəndəki iltihablarla mübarizə aparır
Heyvanlar üzərində aparılan araşdırmalar palma yağının oynaq iltihabını (artrit) və astma kimi xroniki iltihabi xəstəlikləri azaltdığını göstərir. İltihabı azaldaraq immun sistemini balansda saxlayır.

9. Qan laxtalanmasının qarşısını ala bilər
Palma yağı qanın laxtalanmasına səbəb olan maddələri artırmır. Əksinə, qan dövranını yaxşılaşdıran və damar sağlamlığını dəstəkləyən maddələrin səviyyəsini yüksəltməsi müşahidə olunub. Bu da ürək-damar sağlamlığı üçün faydalıdır.

10. Bişirmə üçün uyğundur
Palma yağı yüksək tüstülənmə nöqtəsinə malikdir, yəni yüksək temperaturda bişirildikdə stabil qalır və qida dəyərlərini qoruyur. Uzunmüddətli istifadə zamanı da toksik maddələrə çevrilmir. Toksikoloji araşdırmalar palma yağının insan sağlamlığı üçün təhlükəsiz olduğunu təsdiqləyib.

Palma yağı ətrafında yaranan mənfi fikirlərin əksinə olaraq, doğru miqdarda və keyfiyyətli formada istifadə edildikdə həm sağlamlığa faydalı, həm də müxtəlif sahələrdə istifadə edilə bilən təbii və güclü bir yağdır.

Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 İyul 2025 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see312

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see247

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see176

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri