Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Elmi poeziya idrak forması kimi Əli Şirin Şükürlü yazır

Elmi poeziya idrak forması kimi Əli Şirin Şükürlü yazır

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

(elmi-suprematist poeziya haqqında esse)

     Elmi yoxsa  intellektual poeziya?! ...

   Elmi Poeziya: Elmi poeziya anlayışı ədəbiyyatın elitar, maraqlı və mübahisəli istiqamətlərindən biridir. Bu sahə poeziyanı yalnız estetik zövq və emosional təsir vasitəsi kimi deyil, həm də elmi idrakın bədii forması kimi təqdim edir.

      René Ghilin nəzəriyyəsi: Fransız şairi René Ghil (1862–1925) elmi poeziyanın nəzəri əsasını  1887-ci ildə yazdığı (bəzi mənbələrdə 1885-cı və 1886-ci il göstərilir) "Traité du Verbe" ("Söz haqqında traktat") əsərində qoymuşdur. Əsər elmi poeziyanın nəzəri əsaslandırılması, həmçinin bu kontekstə uyğun poetik nümunələrdən ibarətdir. Həm də nəzəriyyəçi olaraq şair tərəfindən XİX əsrin sonunda nəzəri əsasları verilən Elmi poeziya nəzəriyyəsi – poeziyanı yalnız emosional ifadə vasitəsi deyil, həm də  elmi idrakın bədii forması kimi təqdim edir. Bu nəzəriyyə elmi poeziyanın əsas mənbəyinin rasional idrak – elmi dünyagörüş olduğunu əsaslandırır.       Tibb mütəxəssisi Klod Bernardın tədqiqatlarını oxuduqdan sonra Emil Zola "Eksperimental roman" toplusunu nəşr etdirir. Rene Gil bu topluya analoji olaraq poeziyada elmi yanaşmanı, elmi metodikanı müdafiə etməyə başlayır və 1887-ci ildə onun "Söz haqqında traktat" kitabının ilk nəşri çap olunur. Şair Artur Rembonun şeirdəki hər sait səsin özünəməxsus rəngə malik olduğu mülahizəsi əsasında qurduğu sistemə, eləcə də Herman Helmholtzun "Səs təəssüratları" haqqında elmi konsepsiyasına əsaslanaraq, o hesab edir ki, fransız samit səslərinin də öz obrazları vardır (məsələn, r və u səsləri truba, fleyta və klarnet haqqında düşünməyə vadar edir). Beləliklə,  nəzəriyyəçi şair poeziyanı səs, rəng və elmi idrakın sintezi olaraq təqdim edir:      Sözlər səs və rəng,     Truba və fleytaların qovuşması,     Elm və poeziyanın harmoniyası,     Düşüncənin mahnıya çevrildiyi yer.       Və yaxud:  

    Əşyaların Musiqisi! Skripkaların ahəngdar səsindən

    Həyat ağrı və minlərlə səhvi ilə keçib süzülür

    Lap qədim zamanlardan Ədəd və Səsin

    Tanrı qisməti kimi  qovuşduğu İdrak nuruna.

 

    Poeziya haqqında Gilin elmi-fəlsəfi nəzəriyyəsini praktik nümunələrlə zənginləşdirən şairlərdən biri isə bu konsepsiyaya elə həmin dövrdə heyranlıqla yanaşan rus yazıçı Valeri Bryusov (1873 – 1924)  idi (Kvant dünyası, N ölçü və s. poetik nümunələr):

    Bəlkə də bu elektronlar

    Hər biri beş qitədən ibarət dünyadır,

    İncəsənət, bilik, müharibələr, taxt-taclar isə

    qırx əsrin yaddaşıdır!

    Yaxud bəlkə də hər atom

    Yüz planetdən ibarət bir Kainatdır;

     Burda olanlar orada sıxılmış həcmdə,

     Orda amma burda olmayanlar da var. (Kvant dünyası)

      Bryusov, Gil konsepsiyasına istinadən poeziya və elmi bir-birini tamamlayan sahələr kimi dəyərləndirir. Onun fikrincə, elmi idrak poeziyanı dərinləşdirdiyi kimi, poeziya da elmə inkişaf üçün yeni istiqamətlər bəxş etməlidir.

       Umumiyyətlə, elmi poeziyanın digər bir çox paradiqmaları da elm və poeziyanın sintezini  bir sistem olaraq qəbul edir; birinin dəqiq nəticə əldə etmək, digərini isə bu təcrübələrin poetik dil vasitəsilə yeni konstruksiyada ifadəsi olaraq əsaslandırmağa cəhd edir. Bu məqamda Haydegerin də mənanın dil vasitəsilə ifadəsi haqqında fikri sanki təsdiqini tapmış olur. Filosof-şairə görə, dil “varlığın evi” olaraq onun sirlərini qoruyur və bir çox sualların cavabını məhz onda tapmaq olar; bunun ifadəsi isə insənət, xüsusilə poeziyadır.

        Bir sözlə, elmi poeziya konsepsiyasının idrak kontekstində əsas funksiyalarından biri – poeziyanın da elm kimi dünyanı anlamaq perspektividir.  

     ...Artıq XXI əsrdə - təxminən 130 il sonra...  

     Əli Şirin Şükürlü. Ədəbi suprematizm (intellektual poeziya haqqında nəzəriyyə) ....

mən nə üçün elmi poeziya ilə bağlı əsəri: Ədəbi suprematizmi intellektual (məhz elmi deyil) poeziya haqqında nəzəriyyə adlandırdım. Çünki təqdim etdiyim model  (Eİ – FD – BT: elmi informasiya – fəlsəfi düşüncə - bədii təfəkkür komponentlərinin formalaşdırdığı model) elmi faktlarla yanaşı, mədəniyyətin digər qolları olan fəlsəfi sistemlərə, dini dünyagörüşə (teoloji sistemlərə) və incəsənətə xas faktların, həmçinin metafizik paradiqmaların da bədii yaradıcılıqda (məhz təkcə poeziyada deyil, bədii yaradıcılığın digər növlərində də tətbiqi nəzərdə tutulur) transformasiyası konsepsiyasına əsaslanır.

   Bu nəzəriyyə əsaslandırmağa çalışır ki, idrak poeziyasının yaranması əsas iki zəmin üzərində baş verir: bədii mətn yaratmaq qabiliyyəti (bədii təfəkkür) və elmi-fəlsəfi təfəkkür. Bu iki amilin hesabına formalaşan elmi-bədii təfəkkürün funksionallığı intellektual mətnlərin yaranmasına səbəb olur. Bu məsələ bəzən yanlış anlaşıla bilər; elmi faktları müəyyən çərçivəyə salıb şeir nümunəsi kimi qələmə vermək intellektual şeir yaratmaq deyil. O ən yaxşı halda əksəriyyətə məlum elmi informasiyanı yenidən sadalamaq olacaq ki, bu halda bədii mətndən söhbət gedə bilməz. Başlıca şərt elmi faktlarla (əsasən, elmi faktların fəlsəfəsi ilə) hadisə (mövzu) arasında adekvatlığı müəyyən edib, mövzunun bədii həllinə nail olmaqdır. İntellektual bədii mətnlər elmi faktlarla, onların fəlsəfəsi ilə hadisə arasında qarşılıqlı uyğunluq sayəsində yaranmalıdır (https://anl.az/el/Kitab/2020/06/cd/Azf-311457.pdf).

Xoşbəxt  bilet

(tələbələrimə)

Neçənci çıxarırsan qutudan bileti çıxar,

istər birinci, istər sonuncu, fərqi yox, Tutu,

qələbə şansı eyni.

Təsadüf  yoxdu  həyatda – demişdim axı.

Təsadüf – bilməzliyin və biliyin məhsulu, Tutu.

Təzad alınsa da həqiqət budu:

təsadüf  - çünki bilmirik, həm də

bilirik bilmirik və öyrənirik.

Yolu - riyazi modellər:

təsadüfi hadisələr, təsadüfi proseslər...

Modelin biri “Markov prosesi” –

manqurt  proses deyərdik ona –

sistem hər an unudur keçmişi:

“Yaşasın gələcək, əlvida keçmiş!”

Maraqlı idi, həm də həyati – düzdü,

“xoşbəxt bilet” axtaran ağıllı Tutu.

Evlər sıra-sıra əzəmətli,

maşınlar ard-arda bahalı,

adamlar yan-yana ümidli.

İstər qabağa düş,istər geri qal,

udmaq şansı bərabər,

uduzmaq şansı da elə.

Təsadüf  yoxdu, hər şey nizamlı  –

demişdim axı.

“Yaxşı bilet”ehtimalı,

istər birinci çək bileti, istər sonuncu, dəyişmir, eyni -

yadındadı,Tutu?

Yadındadı - qapalı qutu. Unutmusan ?

Onda gəl təzədən başlayaq:

Qutuda 25 bilet, 5-i “yaxşı”dı,

cəmisi beşi. Qutu...

Xatırladın, özün həll edərsən? -

Nə yaxşı, Tutu!

    Bu nəzəriyyə elmi poeziyanı müasir mərhələdə yeni fəlsəfi və elmi müstəviyə daşıyaraq, Azərbaycan poeziyasını qlobal intellektual ədəbiyyat kontekstinə çıxarmaq potensialına malikdir. Məqsəd: Poeziyanı yalnız duyğu və təsvirlə deyil, elmi informasiya, fəlsəfi düşüncə və bədii təfəkkür komponentlərinin formalaşdırdığı model əsasında ideya və konseptual dərinliklə qurmaqdır. Burada poeziya elmi informasiya, fəlsəfi düşüncə və bədii təfəkkürün sintezidir. Bu nəzəriyyəyə görə, poeziya təkcə hissi idraka – duyğulara söykənən emosinal ifadəyə deyil, həm də rasional idraka əsaslanmalıdır. 

     Elmi poeziya və intellektual poeziya:

            (elmi-suprematist kontekst)

    Elmi pöoeziya və Ədəbi suprematizmi fərqləndirən əsas xüsusiyyət metodoloji yanaşmadır. Elmi poeziya nəzəriyyəsi səs, rəng və elmin harmoniyası olaraq təqdim olunur. Əsas məqsədi poeziyanı bu harmoniya sayəsində dünya dərkində universal dilə çevirməkdir. Ədəbi suprematizm sanki elmi poeziyanın sərhədlərini genişləndirir: Mədəniyyətin bütün istiqamətlərinin, həmçinin metafizik mülahizələrin elmi informasiya, fəlsəfi düşüncə və bədii təfəkkür komponentlərinin formalaşdırdığı model əsasında bədii yaradıcılıqda transformasiya metodikasını təklif edir. Lakin hər iki konsepsiya elmi informasiyaya, elmi faktlara, elmi mülahizələrə əsaslanır. Bu mənada onları bir-birinin tərkib hissəsi kimi deyil, bir sistem olaraq perspektivi önəmlidir: elmi-suprematist paradiqma.

      Elmi-suprematist paradiqma (manifest):

      Fikrin elmi-fəlsəfi-bədii laboratoriyasıdır.

      Bədii sözün yalnız hissi deyil, həm də intellektual gücünü ortaya qoyur.

      Bədii əsər həm də elmi ideya daşıyıcısıdır.

      Estetik zövq mənbəyi olmaqla yanaşı, düşünməyə, analiz etməyə, yeni mənalar yaratmağa   çağırışdır.

      Elit olaraq daha çox düşünməyi, iformativliyi, mənanı sevənlərin yoludur.

      Sözün azadlığı, fikrin dərinliyi, düşüncənin estetikasıdır.

      İdrakınız işıqlı olsun!   

     P.S. Sintez: İki yanaşma birləşəndə şeir həm abstrakt estetik gücə, həm də rasional dərinliyə sahib olur. Poeziya formanın mütləq azadlığı və elmi-fəlsəfi qanunauyğunluq ilə zənginləşir.

            ... – 08.05.2026

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://adalet.az
archiveBu xəbər 08 May 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see618

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see434

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see320

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see307

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see255

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see236

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see227

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see225

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see207

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see206

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see204

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see198

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see193

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see188

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see180

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see180

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see177

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see171

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see169

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri