Icma.az
close
up
RU
Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş ikicildlik kitabının təqdimatı keçirilib

Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş ikicildlik kitabının təqdimatı keçirilib

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Dekabrın 15-də Azərbaycan Milli Kitabxanasında Xalq yazıçısı, yazıçı-publisist, ictimai xadim Elmira Axundovanın Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimat mərasimi keçirilib.

525.az xəbər verir ki, bu barədə Milli Kitabxanadan məlumat verilib.

Bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, dahi şəxsiyyətin Vətən qarşısında xidmətlərindən, Azərbaycan tarixində oynadığı əvəzsiz roldan bəhs edən kitablar çoxdur və onların heç biri bir-birini təkrarlamır. Həmin kitabların bir çoxunun təqdimatı məhz Milli Kitabxanada keçirilib.

Natiq bildirib ki, Elmira Axundova Ulu Öndər haqqında uzun illər ərzində gördüklərini, eşitdiklərini qələmə alıb, onunla çalışdığı illərdə aldığı müsahibələrdən ibarət çox sayda kitablar yazıb. Artıq bir neçə dildə çap olunmuş kitabın Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan dilində nəşr edildiyini, ikicildliyin I cildində Ulu Öndərin həyatının müxtəlif mərhələlərinin əks olunduğunu, II cildində isə görkəmli şəxsiyyətlərin, ziyalıların onun haqqında müsahibələrinin, söhbətlərinin yer aldığını vurğulayıb.

Görkəmli heykəltaraş, Xalq rəssamı, akademik Ömər Eldarov yaxından tanıdığı və uzun illər dostluq etdiyi dahi siyasi xadimin şəxsiyyətinə xas olan yaddaqalan keyfiyyətlərindən danışıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu Ulu Öndərlə 10 il çiyin-çiyinə çalışdığını vurğulayıb, onun mədəniyyətin bütün sahələrinə olan marağından danışıb. Hakimiyyətinin hər iki dövründə mədəniyyət, incəsənət xadimlərinə xüsusi diqqət edən Ulu Öndərin dövlət xadimi olaraq mədəniyyəti necə dərindən bildiyini söyləyən natiq onun haqqında günlərlə danışmağın mümkünlüyünü diqqətə çatdırıb.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Ulu Öndər Heydər Əliyevin son dərəcə səmimi, mülayim insan olduğunu, onunla bir neçə dəfə ünsiyyətdə olduğunu qeyd edib. Akademik kitabda Ulu Öndərə yaxın olan, Azərbaycan mədəniyyətinin daşıyıcıları hesab edilən şəxsiyyətlərin müsahibələrinin yer almasına baxmayaraq, Elmira xanımın həm də bu təkmil, mükəmməl kitabın müəllifi olduğunu bildirib.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov müəllifə Ulu Öndərin zəngin irsini araşdıraraq təbliğ etdiyinə, onun mədəniyyətə verdiyi dəyəri geniş izah etdiyinə görə təşəkkür edib. O, I cildin daha çox tədqiqatlar əsasında qurulduğunu, Ulu Öndərin həyatının müxtəlif mərhələlərini əks etdirdiyini, II cildin isə söhbətlərdən ibarət olduğunu söyləyib. Kitabı oxuyarkən Ulu Öndərin bir çox maraqlı tezislərinə rast gəldiyini qeyd edən nazir müavini “Ziyalılar xalqın milli sərvətidir” tezisini diqqətə çatdırıb. O, Mədəniyyət Nazirliyinin Elmira Axundova ilə əməkdaşlığından danışıb, yeni kitabların nəşrinin nəzərdə tutulduğunu vurğulayıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva söyləyib ki, təqdimatına toplaşılan kitab olduqca dəyərlidir, çünki kitabda Azərbaycan tarixinin Ulu Öndərlə bağlı olan dövründən bəhs edilir. Ulu Öndərin Azərbaycan mədəniyyətini dövlətçiliyimizin əsaslarından biri hesab etdiyini vurğulayan Milli Məclisin deputatı Ümummilli Liderin mədəniyyətimizin bütün sahələrində izlərinin, töhfələrinin olduğunu, mədəniyyətə xüsusi qayğı və diqqətlə yanaşdığını bildirib, onunla bağlı çoxsaylı xatirələrinin olduğunu söyləyib.

Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın yaxın dostu, tanınmış jurnalist Mixail Qusman Heydər Əliyevi bütün dövrlərin dahi şəxsiyyətlərindən biri adlandırıb. Heydər Əliyevin bütün həyatının ölkəyə və onun gələcəyinə həsr olunduğunu, öz xalqı üçün yaşadığını söyləyən natiq Azərbaycanı faciələrdən qurtarmış, xilas etmiş bu dahi şəxsiyyətin xatirəsinin əziz olduğunu qeyd edib. O bildirib ki, kitabın müəllifi olan Elmira xanım uzun illərdir ki, Heydər Əliyevlə bağlı kitablar yazır və bu kitablar olduqca dəyərlidir.

Tədbirin davamında Xalq artisti, Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlov, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli çıxış ediblər.

Elmira Axundova Ulu Öndərlə bağlı xoş xatirələrini bölüşərək sözügedən nəşrin işıq üzü görməsinə görə Mədəniyyət Nazirliyinə, tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Kitabxananın rəhbərliyinə və bütün qonaqlara təşəkkürünü bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Dekabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see522

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see243

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see237

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see236

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see222

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see221

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see220

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see219

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see208

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see200

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see198

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see195

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see195

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see189

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see170

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see166

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see165

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see158

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see153

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri