Icma.az
close
up
RU
Azərbaycan 25 dövlətlə strateji tərəfdaşlıq münasibətlərinə malikdir

Azərbaycan 25 dövlətlə strateji tərəfdaşlıq münasibətlərinə malikdir

Modern.az saytına istinadən Icma.az xəbər verir.

İqtisadi resurslar hər bir dövlətin xarici siyasət prioritetlərinin müəyyən edilməsində həmin dövlətin coğrafi mövqeyi qədər vacibdir. Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsində hər iki faktordan məharətlə istifadə etməsinin şahidi olmuşuq.

Modern.az xəbər verir ki, bu sözləri oktyabrın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda keçirilən konfransda deputat Rizvan Nəbiyev bildirib.

“Torpaqlarımızın bir hissəsinin işğal altında olması ciddi maneələr yaradırdı. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi suverenliyimizin həm daxili siyasət, həm də beynəlxalq müstəvidə möhkəmləndirilməsi üçün daha prinsipial siyasət kursu həyata keçirir”.

O qeyd edib ki, 2023-cü ilin aprelində Laçında, Həkəri çayı üzərində dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılması buna əyani misallardan biridir.

“Beynəlxalq hüquqda daxili suverenlik və xarici suverenlik fərqləndirilir. Lakin iqtisadi müstəqillik həm daxili, həm də xarici suverenliyin möhkəmləndirilməsi üçün fundamental baza rolunu oynayır. Xarici suverenlik, həmçinin, dövlətin istədiyi iqtisadi bloklara sərbəst şəkildə daxil olması imkanlarını ehtiva edir. Bu gün Azərbaycan 25 dövlətlə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Müxtəlif dövlətlərlə yaradılan müqavilə-hüquq bazası, məsələn, sərmayələrin qarşılıqlı qorunması, ikiqat vergututmanın aradan qadırılması kimi sahələrdə imzalanan müqavilələr də iqtisadi müstəqilliyimizin möhkəmləndirilməsinə xidmət edir”- deputat vurğulayıb.

R.Nəbiyev sonda qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin sülh gündəliyində yer alan məsələlər, Azərbaycan iqtisadi resursları və nəqliyyat-loqistika infrastrukturu əsasında ölkəmizin regionda sabitləşdirici funksiyanı uğurla yerinə yetirməsinə şərait yaradır.

“Rəqəmsal İpək Yolu”, yaşıl enerjinin tranziti və ixracı kimi yeni iki və çoxtərəfli əməkdaşlıq sahələri də iqtisadi müstəqilliyimizin daha da möhkəmləndirilməsinə xidmət edir”- deputat sonda bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Oktyabr 2025 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri