HƏMAS silahı yerə qoymayana qədər İtaliya Fələstini tanımayacaq Meloni
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
HƏMAS ölkənin gələcəyində siyasi rolunun olmadığını etiraf edib silahı yerə qoymayana qədər İtaliya Fələstin Dövlətini tanımayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni Senatdakı çıxışında deyib.
O, ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi və Şarm əl-Şeyxdə imzalanan 20 bəndlik planın bölgə üçün müsbət bir inkişaf olduğunu bildirib.
“Bu mühüm addımı mümkün edən diplomatik səylərə görə bütün vasitəçilərə dərin minnətdarlığımızı bildiririk. Misir, Qətər və Türkiyə hökumətlərini, xüsusilə bu danılmaz uğura nail olmaq üçün fövqəladə enerji sərf edən Donald Trampı nəzərdə tuturam. Uzun müddətdən sonra Yaxın Şərqdə ədalətli və davamlı sülhün bərqərar olması üçün etibarlı bir imkan var, lakin vəziyyət hələ də kövrəkdir. Sülh planının məqsədlərinə çatmaq üçün HƏMAS keçid administrasiyasında və Fələstin Dövlətində heç bir rolunun olmayacağını qəbul etməli və tərk-silah olmalıdır. Bunlar həm də İtaliyanın Fələstin Dövlətini tanıması üçün zəruri ilkin şərtlərdir. Bu, ölkə parlamenti tərəfindən də bəyan edilib və hökumət şərtlər yerinə yetirildikdə hərəkətə keçməyə hazırdır. İtaliya bütün tərəfləri planın şərtlərinə hörmət etməyə və bu “sülh çırağı”nın təqdim etdiyi fürsətdən istifadə etməyə çağırır. Təbii ki, İtaliya üzərinə düşəni etməyə hazırdır”, - deyə Ciorcia Meloni vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 22 Oktyabr 2025 21:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















