Icma.az
close
up
RU
Elnarə Akimova şəhid Elmar Nəsibovun anasını ziyarət etdi (FOTO)

Elnarə Akimova şəhid Elmar Nəsibovun anasını ziyarət etdi (FOTO)

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, filologiya elmləri doktoru Elnarə Akimova Müəllimlər Günü münasibətilə şəhid gizir Elmar Nəsibovun anası, uzun illər riyaziyyat müəllimi kimi fəaliyyət göstərmiş Sürəyya Nəsibovanı ziyarət edib.

Görüş zamanı Elnarə Akimova Sürəyya ananı Müəllimlər Günü münasibətilə təbrik edib, onun həyat yoluna, müəllimlik fəaliyyətinə və şəhid oğlu ilə bağlı xatirələrinə hörmətlə yanaşdığını bildirib. Deputat qeyd edib ki, Vətən uğrunda canından keçən övladların anaları xalqımızın mənəvi dayağı, dövlətimizin mənəvi rəmzləridir.

"Gözünün ağı-qarası olan bircə oğlunu Vətən yolunda itirən Sürəyya ananın qəlbinə az da olsa təsəlli ola bildimsə, nə xoş mənə. Bu torpaq uğrunda can verən hər bir şəhidin ailəsi bizim üçün əzizdir. Onlardan geriyə qalan hər bir ana, hər bir ailə dövlətimizin, millətimizin əmanətidir,” – deyə Elnarə Akimova vurğulayıb.

Söhbət zamanı Sürəyya ana şəhid oğlu Elmar Nəsibovun döyüş yolundan danışıb. Onun sözlərinə görə, Elmar "şahin gözlü” ləqəbi ilə tanınan peşəkar snayper və kəşfiyyatçı olub, 2020-ci il oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Ana həmçinin bildirib ki, övladının xatirəsini yaşatmaq onun üçün həm qürur, həm də həyatın mənasıdır:

"Oğlumun şəkilləri ilə bəzədiyim bu otaqda onun xatirələrinə sığınıb yaşayıram. Hər baxdığım şəkil mənimlə danışır, sanki ‘ana, mən burdayam’ deyir.”

Deputat görüşün sonunda qeyd edib ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu istiqamətdə aparılan işlər daim davam etdiriləcək:

"Biz şəhidlərimizin adını uca tutmaqla, onların ruhuna sayğı göstərməklə həm də gələcək nəsillərə vətənpərvərlik nümunəsi göstəririk.”

Sonda Elnarə Akimova Sürəyya anaya səmimi söhbət və qəbul üçün təşəkkür edib, ona möhkəm can sağlığı və mənəvi güc arzulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Oktyabr 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see760

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see157

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see138

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri