Elnarə Akimova şəhidin ailəsini ziyarət etdi FOTO
Icma.az, Yenigundem portalına istinadən məlumat verir.
Milli Məclisin deputatı Elnarə Akimova şəhid ailəsini ziyarət edib.
”Yeni Gundem” xəbər verir ki, deputat Şəhid Nəsibov Elmarın ailəsinə baş çəkib anasını 8 Mart bayramı münasibətilə təbrik etdi.
Deputat Elnarə Akimova qeyd edib ki, “Sürəyya ana tək oğlunu itirib müharibədə. Elmar Nəsibov “şahin gözlü” ləqəbi ilə tanınan peşəkar snayperçi, kəşfiyyatçı, gizir olub. 2020-ci il, oktyabrın 13-də Füzuli uğrunda döyüşlərdə şəhid olub. Getdim ki, ananın yaralı qəlbinə azacıq olsa təsəlli olum. Ruhunu, könlünü azacıq da şadlandırım. Sürəyya ana oğlunun xatirələrindən, döyüş yolundan danışdı, şəkillərlə bəzədiyi bu otağın içində xatirələrə sığınıb yaşadığını bildirdi bu mərd qadın! Allah vətənimizin bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin! Onlardan geriyə kim qalıbsa başımızın tacıdır, bu yurda, bu xalqa, bu dövlətə əmanətdir!”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 08 Mart 2025 20:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















