Elnur Əliyev: Bu gün rəqəmsal iqtisadiyyat ölkəmizin əsas istiqamətlərdəndir
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 25 aprel, AZƏRTAC
2020-2024-cü illər ərzində respublikamızın müxtəlif bölgələrində fəaliyyət göstərən sənaye zonalarında investisiya portfeli 1 milyard manatdan çox olan 96 sahibkarlıq subyekti yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Konstitusiya və Suverenlik: Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda çıxışı zamanı iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.
Onun sözlərinə görə, qeyd edilən dövr ərzində 29 müəssisə fəaliyyətə başlayıb ki, bu da əlavə iş yerlərinin yaradılmasına şərait yaradıb.
“Bu gün rəqəmsal iqtisadiyyat ölkəmizin əsas istiqamətlərdəndir. Gələcəyin tələblərinə uyğun olaraq biznes strategiyaları, insan resursları inkişaf edir. Müasir texnologiyalardan istifadə, məhsul və xidmətlərdə yenilikçi yanaşmaların tətbiqi mühümdür. Bu kontekstdə gənc sahibkarların təşəbbüslərini dəstəkləmək, bizneslərini böyütmək üçün imkanlar yaratmaq iqtisadi artımıza daha çox töhfə verə bilər. Azad olunmuş ərazilərimizdə iş adamları biznes fəaliyyəti üçün yaradılmış imkanlardan yararlanırlar. Artıq bir neçə ildir yaradılmasına baxmayaraq, Ağdam Sənaye Parkı ölkədə sənaye parkları arasında ikincidir. Burada istehsal olunan məhsullar yerli bazara, eyni zamanda xaricə ixrac oluna bilər”, - deyən nazir müavini iş adamlarını bu fürsətdən lazımınca istifadə etməyə, təşəbbüslə çıxış etməyə dəvət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 25 Aprel 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















