Icma.az
close
up
RU
Teatrlarımızın 2026 cı il planında nələr var...

Teatrlarımızın 2026 cı il planında nələr var...

Icma.az, 525.az portalına istinadən məlumat verir.

2026-cı ilin ilk ongünlüyünün tamamında sənətsevər oxucularımızı Azərbaycan teatrlarının bu il üçün planları ilə tanış etməkdən ötrü üzümüzü ölkənin səhnə kollektivlərinə çevirdik.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı dedi ki, yanvarın sonlarında Şota Rustaveli adına Gürcüstan Milli Teatrının baş rejissoru, tanınmış rejissor və bəstəkar David Sakvarelidzenin quruluşunda V.Şekspirin "Kral Lir" faciəsi əsasında eyniadlı tamaşanın məşqləri başlanacaq: "Tamaşa Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyinə benefis olaraq hazırlanacaq. Səhnə əsərində teatrın bir çox tanınmış simaları iştirak edəcəklər. Tamaşanın premyerası aprel ayına nəzərdə tutulub".

Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmovun quruluşunda Cəfər Cabbarlının "Aydın" əsərinin premyerası fevralın sonu-martın əvvəllərinə planlaşdırılır: "Teatrımızın memorandum imzaladığı türkdilli dövlətlərin milli teatrlarının rəhbərlərinin iştirakı ilə martın 10-da Milli Teatr Günü qeyd ediləcək və milli kimlik, milli özünüdərk mövzusunda yeni tamaşa təqdim olunacaq. Bu tamaşa ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək".

Digər memorandum əsasında Çinin məşhur dramaturqu Lyu Şuqanın "Ölünün diriləri ziyarət etməsi" əsəri əsasında hazırlanmış tamaşanın məşqləri yaxın aylarda başlayacaq. Bu tamaşanın da 2026-cı ilin ilk yarısında təhvil verilməsi planlaşdırılır.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında 2026-cı ilin ilk premyerası "Neft bumu hamıya gülümsəyir" ilə gerçəkləşəcək. Teatrın mətbuat katibi Samirə Əşrəf bildirdi ki, səhnə əsəri Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 iliyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında hazırlanıb.

İkinci premyera Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan "Hacı Qara", növbəti tamaşa isə Qoqolun "Evlənmə" əsəri əsasında Elşad Rəhimzadənin quruluş verdiyi "Evlənmə" olacaq. Teatrın repertuarında, hər zaman olduğu kimi, bu il də uşaq tamaşalarına geniş yer veriləcək. Məşhur milyonçu Murtuza Muxtarovun həyatından bəhs edən əsərin sifarişi verilib. Yaxın gələcəkdə tamaşaçılarımız bu əsəri də teatrımızın səhnəsində görə biləcəklər".

Sumqayıt Dövlət Dram Teatrının mətbuat katibi Turan Etibaroğlu bildirdi ki, yeni ilin ilk premyerasına hazırlıq gedir: "Yanvarın 23-də dünya dramaturgiyasının görkəmli nümayəndəsi Molyerin "Jorj Danden, yaxud Aldanmış ər" əsəri əsasında səhnələşdirilən "Aldanmış ər" komediyası təqdim olunacaq. Mirzəağa Atəşin "Şərəfin sandığı" pyesi əsasında "Gəlinlərin savaşı" adlı yeni komediya tamaşasının məşqləri davam edir".

Teatr növbəti ay qardaş Türkiyədə keçiriləcək I Beynəlxalq Solo Fest Mono Tamaşalar Festivalında Ülviyyə Heydərovanın müəllifi olduğu "Pələng" mono tamaşası ilə ölkəmizi təmsil edəcək.

Bakı Uşaq və Gənclər Teatrının ədəbi-dram hissə müdiri Leyla Həşimovanın sözlərinə görə, bu teatr yanvar ayına iki tamaşanın premyerasını nəzərdə tutub. Onlardan biri "Dovşanın evi"dir (müəllif Arzu Soltan, quruluşçu rejissor İntiqam Soltan). Aygün Həsənoğlunun müəllifi olduğu "Zaman maşını" adlı əsərə isə Mehman Piriyev və Rauf Hüseynli quruluş verib.

Teatrda bu mövsüm "Atan ruslardır" (müəllif və rejissor İntiqam Soltan), "Axirətdən gələn zəng" (müəllif Hüseynbala Mirələmov, rejissor Ağalar İdrisoğlu), "Pişiklər və şirlər" (müəllif və rejissor İlhamə Əhmədova), narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Həyatla oyun" (müəllif Arzu Soltan, rejissor İntiqam Soltan) tamaşaları da hazırlanır. 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmovanın açıqlamasından öyrəndik ki, 2025-ci il Kukla Teatrı üçün məhsuldar, yaddaqalan, repertuar və festival proqramına görə çox zəngin bir il olub: "2026-cı ilə də böyük yaradıcılıq planları ilə başlamışıq. Bu da təsadüfi deyil. Çünki teatrımız özünün yubileyini - 95 illiyini qeyd edəcək. Bu mənada rəngarəng tədbir və  tamaşa planımız var. İl ərzində Solmaz Amanovanın "Turac və sehrli daraq" (rejissor Səidə Haqverdiyeva), Dmitri Boqoslovskinin "Səyyah" (rejissor Anar Məmmədov), Abdulla Şaiqin "Danışan gəlincik" (rejissor Müşfiq Əliyev), Şarl Perronun "Yatmış gözəl" (rejissor Anar Məmmədov) tamaşaları hazır olacaq. Dəvətli rejissorların quruluşunda daha 3 tamaşa da nəzərdə tutulub. Qastrol və festivallar baxımından da 2026-nın teatrımız üçün yaddaqalan və məhsuldar bir il olacağına inanırıq".

Şahanə MÜŞFİQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:408
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Yanvar 2026 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see360

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see352

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see321

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see312

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see297

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see281

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see280

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see262

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see251

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see246

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see245

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see236

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see224

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see219

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see207

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see193

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see188

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri