Elnur Əliyev: Məqsəd 2030 cu ilin sonuna qədər ölkənin bütün məktəblərində metodik dəstəyi təmin etməkdir
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Hazırda müəllimlərə süni intellektlə bağlı təlimlər və müvafiq dəstək təqdim olunur".
Bunu elm və təhsil nazirinin müşaviri, Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev bu gün keçirilən “Keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfransın açılışında bildirib.
O bildirib ki, məqsəd 2030-cu ilin sonuna qədər ölkənin bütün məktəblərində metodik dəstəyin təmin edilməsinə nail olmaqdır:
“Bunun üçün müvafiq infrastrukturun formalaşdırılması, eyni zamanda nəticələri zəif olan məktəblərə xüsusi dəstək göstərilməsi planlaşdırılır”, - o qeyd edib.
Elnur Əliyev vurğulayıb ki, bu il 22 min dərs dinləməsi həyata keçirilib, 12 mindən çox müəllimə müxtəlif istiqamətlər üzrə təlimlər keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 09 Dekabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















