Elnur Məmmədov EPAS ın İdarə Heyətinin Bürosuna üzv seçilib
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransanın Strasburq şəhərində Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişinin (EPAS) İdarə Heyətinin 19-cu iclası keçirilib.
İdman.biz xəbər verir ki, Azərbaycanı bu tədbirdə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov təmsil edib.
Tədbirdə Avropa ölkələrinin idman sahəsində məsul vəzifə daşıyan nümayəndələri iştirak ediblər. İclasda Elnur Məmmədov növbəti iki il müddətinə EPAS-ın İdarə Heyətinin Bürosuna üzv seçilib.
Tədbir zamanı növbəti illər üçün strategiya və idmanda inklüzivlik, təhlükəsizlik məsələləri, idmanla bağlı konvensiyalar və digər mövzular ətrafında müzakirələr aparılıb.
İdman.biz
Baxış sayı:81
Bu xəbər 16 May 2025 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















