Elnur Məmmədov süni intellektlə 70 yaşında: Bu bir aşksa təqdim edildi
Icma.az bildirir, Azxeber.com portalına istinadən.
Sevilən müğənni Elnur Məmmədov dinləyicilərinə yeni layihəsini təqdim edib.
AZXEBER.COM xəbər verir ki, ifaçı "Bu bir aşksa" adlı növbəti mahnısını və ona çəkilən maraqlı klipini sevənlərinin ixtiyarına verib.
Musiqisi və sözləri Əli Əliyevə aid olan bəstənin mix-masterinq işlərini peşəkar musiqiçi Givi Usenaşvili həyata keçirib. Mahnının ekran həlli isə rejissor Emin Muradova həvalə olunub.
Süni intellekt texnologiyası ilə ərsəyə gələn klip maraqlı süjet xətti ilə qısa film təsiri bağışlayır. Ekran işində sevgi hissinin zamanla dəyişmədiyi fərqli obraz və hadisələr üzərindən təqdim olunur.
Layihənin ən diqqətçəkən məqamlarından biri isə Elnur Məmmədovun klipdə süni intellektin imkanları ilə 70 yaşlı obrazda təqdim edilməsidir.
Bu detal klipin əsas ideyasını – zamanın dəyişdirdiyi görünüşə baxmayaraq, sevgi hissinin dəyişmədiyini izləyiciyə ötürür.
"Bu bir aşksa” artıq bütün rəqəmsal musiqi platformalarında və sənətçinin rəsmi YouTube kanalında onlayndır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 17 Sentyabr 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















