Icma.az
close
up
RU

Elnur Məmmədov Yaponiya XİNin xüsusi nümayəndəsi ilə görüşüb

Icma.az bildirir, Apa.az portalına istinadən.

29 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasınınxarici işlər nazirinin müavini Elnur Məmmədov ölkəmizdə səfərdə olan Yaponiya Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Masaki İşikava ilə görüşüb.
Tərəflər Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin gündəliyi üzrə əməkdaşlığın müxtəlif aspektlərini müzakirə ediblər. Müzakirələr zamanı iqtisadi və ticarət əlaqələrinin, xüsusilə sənaye və enerji sahələrində əlaqələrin genişləndirilməsi, eyni zamanda humanitar sahədə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bu xüsusda, Azərbaycan Respublikası ilə Yaponiya arasında İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin rolu vurğulanıb və gələn il növbəti birgə iclasın keçirilməsinin əhəmiyyəti qeyd olunub. Azərbaycan-Yaponiya parlamentlərarası əməkdaşlığın ikitərəlimünasibətlərin inkişaf etdirilməsində mühüm rolu qeyd edilməklə qarşılıqlı səfərlərin və təmasların intensivləşdirilməsinin faydalı olacağı bildirilib.
Görüş zamanı qarşı tərəfə postmünaqişə dövrü, Azərbaycanın davamlı sülhün bərqərar olunması istiqamətində atdığı addımlar, işğaldan azad edilmiş ərazilərdə mina problemi, o cümlədən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma layihələri barədə ətraflı məlumat verilib.
Xarici işlər nazirinin müavini Elnur Məmmədov həmkarına COP29-un uğurlu təşkili, əldə edilmiş nəticələr barədə məlumat verib və COP29 Sədrliyinə göstərdiyi dəstəyə görə Yaponiya tərəfinə minnətdarlığını bildirib.

Qarşı tərəf Azərbaycanı COP29 sədrliyi, habelə tədbirin yüksək səviyyədə peşəkarlıqla təşkili və ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə səylərinin gücləndirilməsi istiqamətində liderlik səylərinə görə təbrik edib. COP29 çərçivəsində əldə olunmuş vacib razılıqların, xüsusilə İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin müəyyən olunmasının, Paris Sazişi, maliyyə institutlarının illik iqlim maliyyəsi öhdəliyi, habelə İtki və Zərərə cavab verən Fond ilə bağlı qəbul olunan mühüm qərarların əhəmiyyəti vurğulanıb, bu istiqamətdə ölkəmizin fəaliyyəti təqdir edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 Noyabr 2024 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri