Elşad Miri: Allah bizdən birinci inanmağı yox, bilməyimizi istəyir
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qapqara" verilişinin yeni buraxılışının qonağı ilahiyyatçı Elşad Miri olub.
Elşad Miri: "Allah bizdən birinci inanmağı yox, bilməyimizi istəyir"
O, namazın mahiyyətindən söz açıb:
"Allah "Qurani-Kərim"də, sadəcə, "namaz qılın" demir, onu düzgün şəkildə yerinə yetirməyi əmr edir. Çünki "Quran"a nəzər yetirəndə müşriklərin də namaz qılmalarından bəhs edildiyini görürük. Yəni o dövrdə Məhəmməd peyğəmbər yeni bir ibadət növü gətirmədi, mövcud olanı islah etdi. Başqa sözlə desək, yanlışları aradan qaldıraraq insanlara düzgün formada çatdırdı".
İlahiyyatçı həmçinin "Ağıl və vəhy toqquşanda hansını qurban verərsiniz?" sualına aydınlıq gətirib. O bildirib ki, ağıl ilə vəhyin toqquşması mümkün deyil:
"Çünki vəhyi göndərən də, insanı yaradan da Allahdır. Əgər burada ziddiyyət görürüksə, bu bizim hələ başa düşmədiyimiz məqamların olmasından irəli gəlir. Yəni araşdırmalı olduğumuz məsələlər var. Biz çox vaxt bunlara cavab tapa bilmədiyimiz üçün "inanmaq lazımdır" deyirik. Amma Allah bizdən birinci inanmağı yox, bilməyimizi istəyir".
Baxış sayı:62
Bu xəbər 18 Yanvar 2026 01:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















