Icma.az
close
up
RU
Menu

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

İsrail və HƏMAS arasında tarixi razılaşma...

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

Tramp Harvarda 30 gün vaxt verdi

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

Kreml Ukrayna ilə bağlı şərtlərini açıqladı: Zəmanət verilməlidir

Elşən Qafarov: “Təhsil sistemini qeyri peşəkarlar və qeyri ciddi insanlar idarə edirlər...”

Elşən Qafarov: “Təhsil sistemini qeyri peşəkarlar və qeyri ciddi insanlar idarə edirlər...”

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Lisey və gimnaziyaların bir qisminə mərkəzləşdirilmiş qaydada bir neçə ildir, imtahan keçirilir. Əvvəla, bu mexanizmin özü problemlidir, çünki lisey və gimnaziyalar ayrı-ayrı istiqamətlər üzrə olan təmayüllərə uyğun təşkil olunur. Fizika, riyaziyyat, informatika, kimya-biologiya, təbiət, humanitar təmayüllü və s. İmtahanın eyni qaydada salınması və toplanan bala uyğun olaraq Komissiyasının şagirdin topladığı bala görə hansı təmayüllü istiqamət üzrə lisey və ya gimnaziyada təhsil alacağını müəyyən etməsi qəbuledilməzdir. İkincisi, lisey və gimnaziyalar ümumorta və tam orta təhsil səviyyəsi üzrə qurulur. 5-11-ci sinifləri əhatə edir. Artıq iki ildir, 9-cu sinifə qəbul dayandırılmışdı. 5, 6 və 8-ci siniflərə qəbulun ləğv edilməsi, yalnız 6-cı siniflər üzrə qəbulun aparılması qərarının sənəd qəbuluna bir həftə, imtahana isə 20 gün qalmış açıqlanması yolverilməzdir. Bu, bir daha təhsil sisteminin qeyri-peşəkarlar və qeyri-ciddi insanlar tərəfindən idarə olunmasının təzahürüdür. Bunu başqa cür şərh etmək mümkün deyil”.

Bu sözləri Pravda.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyib.

“Əvvəla, 5-ci sinifə sənəd verəcək məktəblilər 4-cü sinifdə oxuyan 10 yaşlı uşaqlardır. 6-cı sinifə sənəd verənlər isə 11 yaşlı... Bu uşaqlar bir-iki ildən artıq müddətdə xüsusi proqramlar vasitəsilə üç fənn üzrə hazırlaşıblar. Bu qərarı ən azından oktyabrda elan etmək olardı ki, növbəti il lisey və gimnaziyalara qəbul olmayacaq. Bu şəkildə dəyişiklər aparmağa, yeni qaydaların imtahan ərəfəsində elan olunmasına artıq adət etmişik. Təkrar edirəm, çünki təhsil sistemi qeyri-peşəkar və qeyri-ciddi insanlar tərəfindən idarə olunur. Belə insanların qəbul etdikləri qərar, təbii ki, bu olacaq. Artıq heç nə etmək mümkün deyil. Bir də utanmadan elan edirlər ki, “biz 5-ci sinifə qəbulu buna görə ləğv etmişik ki, istedad imtahanı beynəlxalq təcrübədə məhz 12 yaşdan götürülür”. Yalan deyirlər. Doğrudan da, bunların pedaqogikadan, istedadlı uşaqla iş təcrübəsindən anlayışları varsa, yaxşı bilməli idilər ki, istedadlı uşaqlarla işin təşkili 3-6 yaşdan, yəni erkən yaş dövründən başlayır. İkincisi, qaydaları dəyişəcəkdilərsə, bir həftə, hətta on gün bundan öncəyə qədər niyə hər şagirdbaşına qiyməti 12 manatdan olan sınaq imtahanları təşkil edirdilər? Axı qaydaların dəyişəcəyini bilirdilər... Bilmirdilərsə, axşam yatıb, səhər oyanıb yeni qaydalar elan etmək məhz qeyri-ciddilik, qeyri-peşəkarlığın nümunəsidir. İl boyu hər həftə həmin uşaqlar üçün 12 manat ödənişlə sınaq imtahanı təşkilinin adı nədir? Çox təəsüf edirik ki, təhsil sistemində hər şey bərbaddır. Hara baxırsan, bərbaddır. İstedadlı uşaqların seçimində də problem var. Bir az nəticələr var idi, amma son illər bu da sürətlə aşağı düşdü. Reallıq budur ki, hər şey pul qazanmağın üzərinə düşür. Təhsilə bazar gözü ilə baxılır. Bu da öz acı nəticələrini verməkdədir”, — o bildirib.

Aytəkin Qardaşova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://pravda.az
archiveBu xəbər 28 May 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

29 May 2025 16:23see157

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see129

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see124

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see124

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see120

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see119

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see117

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see114

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

29 May 2025 16:23see113

Paşinyan kilsələri tikinti tullantıları ilə dolu anbarla müqayisə edir

29 May 2025 15:10see113

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see113

Sosioloq: Getdikcə sırf əyləncə üçün yaşayan insanların sayı artır

29 May 2025 15:22see112

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see112

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see111

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see111

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see111

Kreml Ukrayna ilə bağlı şərtlərini açıqladı: Zəmanət verilməlidir

29 May 2025 13:21see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri