Icma.az
close
up
RU
Eltən Qədimbəyli Zərdabi mükafatı ilə təltif olundu FOTO

Eltən Qədimbəyli Zərdabi mükafatı ilə təltif olundu FOTO

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Azərbaycan Jurnalistlər Birliyi tərəfindən təsis edilmiş “Həsən bəy Zərdabi mükafatı” bu il 15 media nümayəndəsinə təqdim olunub. Mükafat alanlar arasında Qafqaz TV-nin rəhbəri, media qurucusu, sənədli filmlərin müəllifi və aparıcı Eltən Qədimbəyli də yer alıb.

Təltifi AJB sədri, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı və Əməkdar jurnalist, professor Qulu Məhərrəmli təqdim ediblər. Çıxışında Eltən Qədimbəyli bu mükafatı yalnız şəxsi uğuru kimi deyil, bölgələrdə çalışan bütün jurnalistlərin adından qəbul etdiyini bildirib. O, Zərdabi mükafatını adı və nüfuzu baxımından jurnalistikanın ən dəyərli təltiflərindən biri hesab etdiyini vurğulayıb.

Eltən Qədimbəyli 2005-ci ildən bu günə qədər Quba, Xaçmaz, Lənkəran və yenidən Qubada dörd regional televiziya kanalının qurulmasına rəhbərlik edib. Hər birində bina tikintisindən komanda formalaşdırılmasına, efir strategiyasından proqram siyasətinə qədər bütün proseslərə birbaşa rəhbərlik edib. Qurduğu televiziya kanalları sektorda mühüm uğurlara imza atıb, müxtəlif mükafatlara layiq görülüb.

O, həmçinin bir sıra populyar televiziya layihələrinin müəllifi və aparıcısıdır: “Zirvə”, “Səyyah”, “Çöldə Yaşam Öyüdləri”, “Aydınlanma Arayışı”, Türk xalqlarının ortaq yaddaş və dəyərlərini tanıdan “Törənin İzində”...

Eltən Qədimbəyli sənədli film sahəsində də fəaldır. Onun müəllifi olduğu “Bitməyən Sürgün”, “El Gücü”, “İki Dost, İki Şəhid” və “Qərbi Azərbaycan – Can Yaddaşımız” filmləri böyük maraqla qarşılanıb.

O, həmçinin mediada Türk dünyası, yumşaq güc, insan mühəndisliyi və yaradıcı iqtisadiyyat mövzularında məqalələri ilə çıxış edir, sosial şəbəkələrdə milli ruhu təşviq edən paylaşımları ilə tanınır.

Elçin Əkrəmoğlu


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 21 İyul 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see241

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see158

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri