Icma.az
close
up
RU
“Elvin Matiasdan daha etibarlı müdafiəçidi”

“Elvin Matiasdan daha etibarlı müdafiəçidi”

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

“Neftçi” ötən həftə daha iki transfer reallaşdırdı.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar” “Sumqayıt”dan Samir Abasova çox yaxşı tanış olan Murad Xaçayevlə Elvin Bədəlovu “rənglərinə bağladı”.
Etiraf etmək lazımdı ki, bu keçidlər heç də birmənalı qarşılanmayıb. Bəzi mütəxəssislər belə düşünür ki, Muradla Elvin çempionluğa oynayacaq komandanı gücləndirəsi potensiala malik deyil. Biz bu məsələ ətrafında Aslan Kərimovla danışdıq:

“Əslində transferlərə baxsaq, deməzdim ki, bu oyunçular “Qarabağ”a qalib gəlməkdən ötrü kifayət edəcək. Mövqelərə baxanda hesab edirəm ki, bu oyunçular hələ ki həlledici oyunçular deyil. Digər tərəfdən, anlayışla qarşılamaq lazımdı. Çünki hər bir məşqçi özünün tanıdığı, bildiyi, xasiyyətinə bələd olduğu oyunçularla yola çıxmaq istəyər. Elvin Bədəlov milli komandanın oyunçusudu. Top səviyyəli komandalarla qarşılaşarkən hansı çətinliklərlə üzləşəcəyini deyə bilmərəm, amma yalnız bu oyunçularla da kifayətlənməyəcəklər. Məncə, Elvin Yuri Matiasdan daha etibarlı müdafiəçidi. Xaçayev dayaq yarımmüdafiəsində də oynayır, mərkəzdə də. Düşünürəm ki, bu oyunçular həlledici fiqur deyil. Samir Abasovun yığdığı komandada, əlbəttə, başqa transferlər də olacaq. Çünki mövqeleri də həlledici mövqe deyil. Yalnız Elvin haqda deyə bilərəm ki, məncə, Yuridən müdafiədə daha inamlı təsir bağışlayır. Hə, bəlkə də Matias künc zərbələrində, hücum zamanı cinah asmalarında Elvindən effektli ola bilər, amma ümumilikdə götürsək, Bədəlov daha etibarlıdı. Ona görə Samir Abasovun bu transferi başadüşüləndi. Tanıdığı, bildiyi oyunçulardı, bunlara güvənir. Bir daha təkrar edirəm ki, “bu iki oyunçunu aldım, bundan sonra çempion olacam” demək düzgün deyil. Hələ ki “Neftçi”nin açıq mövqeləri də çoxdu. Ən azı sivri ucda oynayan hücumçu mövqeyi də qalır, oyun quran - ortada oynayan oyunçu mövqeyi də. Cinahlarda birəbir aldatmağı, keçməyi bacaran oyunçular lazımdı. Bəlkə də transfer ediblər, ya siyahılarında kimsə var, amma azı üç-dörd oyunçuya da ehtiyac duyurlar”.

MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 İyul 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri