Elvin Toralın ilin ən yaxşı futbolçusu seçilməsindən danışdı bəs özü kimi qalib görür?
Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
"Futbol+"in ilin ən yaxşı futbolçusunu müəyyənləşdirən ənənəvi sorğusunda "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev ikinci oldu. O, ümummilli sorğunun qalibi Toral Bayramovdan 45 xal geri qaldı.
Hər halda, həm Toral, həm də Elvin ötən ilin ən parlaq futbolçuları siyahısındadı və çoxu birincilik uğrunda mübarizədə məhz onları favorit sayırdı. Elə sorğumuzun rekordçusu, altıqat qalibi Rəşad Sadıqov da belə düşünürdü.
Bəs Cəfərquliyev nəticəni necə dəyərləndirir? 2-ci yeri tutan futbolçunun təəssüratı necədi?
"Köhlən atlar"ın müdafiəçisi "Football-plus.az"ın sualını belə cavabladı:
"Hamıya təşəkkür edirəm. Mənə səs verənlərə, dəstək olanlara "çox sağ olun" deyirəm. Əlimdən gələni edəcəm ki, mənə inananları, ümid bəsləyənləri yanıltmayım. Şans həmişə var. Bilirəm ki, hər şey özümdən asılıdı. Daha çox çalışmaq lazımdı və bunu edəcəm. Nəticələrə gəlincə, kim qalib gəlibsə, mən də onu qalib görürəm. Toralı təbrik edirəm".
Xatırladaq ki, sorğuda 3-cü yeri Mahir Emreli tutub.
KƏNAN BAHADIR
Baxış sayı:82
Bu xəbər 03 Yanvar 2025 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















