Elvin Yunuszadə: Bir məğlubiyyətə görə ruhdan düşsək, bizim üçün çətin olar
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
"Şamaxı" ilə oyunda pis mübarizə aparmadıq. İlk hissənin sonlarına, daha dəqiq desəm, birinci qola qədər rəqibə şans vermirdik. Bizim qol epizodundan yararlanmamağımızın da təsiri oldu".
İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az "Karvan-Yevlax"ın kapitanı Elvin Yunuszadə deyib.
Təcrübəli müdafiəçi Premyer Liqanın IV turunda "Şamaxı"ya məğlub olduqları oyunla bağlı fikirlərini bölüşüb: "Bundan sonra oyun tam çevrildi, künc zərbəsindən qol oldu. İkinci hissədə hesabı bərabərləşdirməyə çalışsaq da, təəssüf ki, olmadı. Futboldur, qələbə də olacaq, məğlubiyyət də. Bu matçı yaddan çıxarmaq lazımdır. Səhvlərdən nəticə çıxarmalıyıq. Uduzanda ruh düşkünlüyü olur. Çalışacağıq ki, özümüz özümüzü motivasiya edək. Çempionat bir oyunla bitmir, hər həftə matç var. Bir məğlubiyyətə görə ruhdan düşsək, bizim üçün çətin olar".
Qeyd edək ki, 4 turdan sonra aktivində 4 xal olan "Karvan-Yevlax" turnir cədvəlində 9-cü pillədə qərarlaşıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 15 Sentyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















