Elza Seyidcahan: “Alnım açıq, üzüm ağdır. Çox xoşbəxtəm ki, satılmadım...”
Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.
“Vacib deyil ki, bizə əmr versinlər. İnsanı sərbəst buraxmaq o demək deyil ki, bütün qanunları pozmalısan. “Sənətçi” deyəndə artıq ürəyim bulanmaq dərəcəsinə gəlir. Biz onlara aid deyilik. Alnım açıq, üzüm ağdır. Çox xoşbəxtəm ki, satılmadım. Heç vaxt da satılmaram”.
Pravda.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Gün ortası” verilişində deyib.
“Yalandan pula görə kimisə tərifləyirlər. O da pulla gəlib özünü bu sənətə dürtdü. Yamaq kimi... Gəlin, bu yamağı düzəldək. Pulunu, villasını, maşınını göstərir. Bir gün gedər bu gözəllik, sənə də qalmaz. İnsanın nə qədər var-dövləti olsa da, sonda həyatda gördüyü iş qalır. Qarşıdan “Son zəng” gəlir. Deməyim, nə edim? “Son zəng” tədbirlərində “Ağ çiçəyim” mahnısını oxuyuram. Şagirdlər “ç№ hərfini düzgün demirlər. “K”, “g”, “ç”, “c”, “z”, “s” - altı hərf bizdə artıq uçuruma gedir. “C” ilə danışan uşaqlar ali məktəbi də elə bitirirlər. Sonra da gəlib müğənni olurlar. Mən onların qüsurlarını deyəndə təşəkkür edirlər ki, indiyə qədər nə valideynlərimiz, nə də müəllimlərimiz bunu deməyib. Valideyni qınamıram. Deyək ki, evdədir, savadı yoxdur. Bəs bəzi müəllimlərimiz? Ay müəllimlər, niyə əlifbamızın hərflərini uşaqlara düzgün öyrətmirsiniz? Bəs o uşaq məktəbə gedəndə on kilo çantanı niyə daşıyır?” — o bildirib.
Tomris


