Icma.az
close
up
RU
Bilik və bacarığı yüksək bakalavrlar magistrlardan daha yaxşı maaş ala bilirlər Ramin Nurəliyev

Bilik və bacarığı yüksək bakalavrlar magistrlardan daha yaxşı maaş ala bilirlər Ramin Nurəliyev

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Magistratura imtahanının 2-ci cəhdi ötən həftələrdə keçirilib. Nəticələr elan olunduqdan sonra ümumi statistika müəyyənləşəcək və bakalavrların magistratura ixtisasları üzrə ixtisas seçimi həyata keçiriləcək. Magistraturanın hansı üstünlükləri var? Beynəlxalq təcrübəyə baxdıqda, əlbəttə, magistr dərəcəsinin bakalavr dərəcəsindən bir üst pillədə olduğu müəyyəndir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev magistratura təhsilinin əhəmiyyətindən danışarkən bildirdi.

Onun sözlərinə görə, beynəlxalq təcrübədə magistrlara daha çox üstünlük verilir:

"Magistraturanı bitirənlərin bilik və bacarıqlarının daha yaxşı olduğu təyin edilir. Amma bizdə əmək fəaliyyətinə diqqət yetirdiyimiz təqdirdə, dövlət qulluğunda magistrə önəm verilir. Amma özəl sektorda hansısa bakalavr və magistr müqayisə olunduğu təqdirdə, bakalavrın bilik və bacarığı magistrdən üstündürsə, məsələn, İT sahəsində işəgötürən bakalavrın bilik səviyyəsini üstün görürsə, magistr dərəcəsinə diqqət etmədən bakalavr olan, bilik və bacarığı yetərli olanı əmək sahəsinə cəlb edir. Əmək haqqını müqayisə etdikdə bakalavr ilə magistr bitirənin maaşı arasında ciddi bir fərq yoxdur. Xüsusilə özəl sektorda elə də fərq yoxdur. Bilik və bacarığı yüksək bakalavrlar magistrlardan daha yaxşı maaş ala bilirlər".

Təhsil eksperti qeyd eydi ki, özəl sektorda magistr dərəcəsinin əhəmiyyəti yox kimidir.

"Magistr dərəcəsi daha çox ali təhsil müəssisələrində ixtisası üzrə işləmək istəyənlərin arzusudur. Hansısa şəxs ali təhsil müəssisəsində müəllim kimi fəaliyyət göstərmək istəyirsə, əlbəttə ki, magistr dərəcəsi almalıdır. Doktorantura oxuyub, müdafiə etməlidir. Amma başqa üstünlük əmək bazarında yox kimidir. Oğlan bakalavrların bir qisminin hərbi xidmətdən müəyyən möhlət ala bilmək üçün magistraturaya qəbul olduqları daha aşkardır. Feysbuk səhifəmizdə sorğu vermişdik və magistr bitirənlər özləri bildirirdilər ki, fayda görməyiblər. Əgər hansısa bakalavr əmək fəaliyyətinə başlayacaqsa, magistr oxumağının heç bir faydası olmaya bilər. Gənclərimiz bu məsələyə xüsusi diqqət ayırmalıdır. Tələbə 2 il magistraturada oxuduğu müddətdə əmək fəaliyyətinə başlayıb, daha çox staj yığa bilər. Magistr oxuyanların müəyyən bir plan üzrə hərəkət etməsini arzulayıram. Hazırda magistratura bitirən minlərlə gəncimiz var ki, əmək fəaliyyəti ilə məşğul olur və magistr onun üçün bir əhəmiyyət kəsb etmir".

R.Nurəliyev bildirdi ki, magistr imtahanında düşən sualların və ya fənlərin müqayisəsinə baxdıqda ciddi problemlər var.

"Məntiq, informatika, xarici dil imtahanı keçirilir. Hansısa humanitar ixtisas bitirən şəxs bu fənlərdən imtahan verməlidir. Bu böyük nöqsandır. Düşünürəm ki, Dövlət İmtahan Mərkəzi magistratura qəbul imtahanı formatında dəyişiklik etməlidir. İmtahanda dəqiq fənn məzunları humanitar fənn məzunlarına nisbətdə daha yüksək nəticə əldə edir. Magistratura əlbəttə, faydalıdır. Bəzi gənclərimiz var ki, magistratura təhsili alıb və ya alır, amma nəticə görmür. Bunu istifadə etmirsənsə, 2 il vaxt niyə ayırırsan? Gənclərə səslənirəm, magistratura istiqaməti üzrə işinizi quracaqsınızsa, vaxtınızı və pulunuzu bu istiqamətdə xərcləyə bilərsiniz", - deyə müsahibimiz fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:378
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 May 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri