Icma.az
close
up
RU
Əmək müqaviləsinin ləğvi və hüquqi mübahisələr: 70 ci maddənin ç bəndinin təhlili

Əmək müqaviləsinin ləğvi və hüquqi mübahisələr: 70 ci maddənin ç bəndinin təhlili

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Əmək hüququ işçi və işəgötürən arasında qarşılıqlı hüquq və vəzifələri tənzimləyən hüquq sahəsidir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərin və işəgötürənlərin hüquqlarını qorumağa yönəlmiş mükəmməl bir qanunvericilik çərçivəsi təqdim edir. Məcəllənin 70-ci maddəsi işəgötürənə əmək müqaviləsini müəyyən hallar altında ləğv etməyə imkan verir. Bu maddənin "ç" bəndi isə, işçinin öz əmək funksiyasını yerinə yetirməməsi və ya daxili intizam qaydalarını kobud şəkildə pozması halında əmək müqaviləsinin ləğv edilməsini tənzimləyir.

70-ci maddənin "ç" bəndi işçi və işəgötürən arasında necə mübahisələrə səbəb ola bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədli bildirib ki, 70-ci maddəişəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edir:

"Həmin maddənin "ç" bəndi işçinin əmək funksiyasını yerinə yetirməməsi və ya intizam qaydalarını pozması hallarında işəgötürənin əmək müqaviləsini ləğv etməsini mümkün edir. Bu halın baş verməsi üçün bir neçə şərt yerinə yetirilməlidir. Birinci növbədə, işçi üzrsüz səbəblərlə işə gəlməməli, tapşırılan vəzifələri yerinə yetirməməli və ya ümumiyyətlə fəaliyyətə qatılmamalıdır. Həmçinin, çalışan şəxs iş yerində mövcud nizam-intizam qaydalarını pozmalı, məsələn, iş vaxtını pozmalı və ya əməkdaşlarla münasibətlərdə qaydalara riayət etməməlidir. O cümlədən, işəgötürənin qanuni göstərişlərini yerinə yetirməkdən imtina etməlidir. İşəgötürən tərəfindən verilən tapşırıqların əmək müqaviləsinə uyğun olmaması bu halda əsaslı səbəb sayıla bilər".

Hüquqşünas bildirib ki, işəgötürən əmək müqaviləsini ləğv edərkən müəyyən hüquqi prosedurlara əməl etməlidir. İşçinin əmək funksiyasını yerinə yetirməməsi və ya intizam pozuntusu halında ləğv prosesi aşağıdakı addımları əhatə edir:

"Əmək müqaviləsinin ləğvi üçün işəgötürən ilk növbədə pozuntunu sənədləşdirməlidir. İşçinin əmək funksiyasını yerinə yetirməməsi və ya intizam pozuntusu haqqında rəsmi akt və izahat yazılmalıdır. Pozuntunun təkcə şifahi şəkildə qeyd olunması kifayət etmir, hər bir pozuntu müvafiq olaraq sənədləşdirilməli və arqumentləşdirilməlidir. İşəgötürən işçini pozuntu ilə bağlı yazılı şəkildə xəbərdar etməli və izahat tələb etməlidir. İşçiyə pozuntusunu düzəltmək üçün müəyyən vaxt verilməlidir. Bu mərhələ əmək qanunvericiliyinin ən mühüm hissəsidir, çünki işçinin öz səhvini düzəltməsi və ya düzgün davranması üçün şərait yaradılmalıdır. Əgər işçi pozuntularını düzəltmirsə, işəgötürən əmək müqaviləsinin ləğvini düşünə bilər. Lakin böyük müəssisələrdə bu qərar müvafiq intizam komissiyası tərəfindən təsdiq edilə bilər. İntizam komissiyası işçinin pozuntularını qiymətləndirir və son qərarı verir".

Ayxan Məmmədli: İşçi işdən çıxarılmasının əsassız olduğunu iddia edə bilər

A.Məmmədli bildirib ki, əmək müqaviləsinin ləğvi zamanı işçilərlə işəgötürənlər arasında tez-tez mübahisələr yaranır. Əsas mübahisələr, işçinin əmək funksiyasını yerinə yetirməməsi və ya intizam pozuntusu barədə işəgötürənin verdiyi qərarın düzgünlüyü ilə əlaqədardır. Bu cür mübahisələrdə müxtəlif məsələlər önə çıxır:

"İşçi işdən çıxarılmasının əsassız olduğunu iddia edə bilər. Məhkəmədə işçi əmək funksiyasını yerinə yetirdiyini və ya pozuntunun təkrarlanmadığını sübut etməyə çalışar. İşçiyə izahat vermək hüququ verilmədikdə, işçi məhkəməyə müraciət edərək işdən çıxarılma qərarının qanunsuz olduğunu irəli sürə bilər. O cümlədən, fəaliyyət göstərən şəxs işəgötürənin verdiyi göstərişlərin qeyri-qanuni olduğunu və ya əmək müqaviləsinə zidd olduğunu iddia edə bilər. Əgər işəgötürən prosedurları düzgün yerinə yetirməmişsə, məhkəmə işçinin bərpası ilə bağlı qərar verə bilər. Azərbaycan məhkəmə təcrübəsi göstərir ki, işçilər bu bəndə əsaslanaraq işdən çıxarılmalara qarşı iddialar qaldırırlar. Məhkəmələr isə bəzi hallarda işçinin lehinə qərar verə bilərlər".

Hüquqşünas işəgötürən və işçilərə tövsiyələr də verib. Həmsöhbətimiz deyib ki, işəgötürən əmək müqaviləsini ləğv etməzdən əvvəl bütün hüquqi prosedurlara əməl etməli, işçinin pozuntularını sənədləşdirmək və arqumentləşdirməli, ona izahat verməli, işdən çıxarılma qərarının əsassız olmadığına əmin olmaq:

"O cümlədən, işçilər əmək funksiyasını düzgün yerinə yetirmək və işəgötürənin qanuni göstərişlərinə əməl etmək, işdən çıxarılma barədə qərarın əsassız olduğunu düşünürsə, izahat yazmaq və mübahisəni sənədləşdirmək, son olaraq, əmək hüquqlarını müdafiə etmək üçün məhkəməyə və ya Əmək Müfəttişliyi Xidmətinə müraciət etməklə bağlı hüquqlarını bilməlidir. Əmək müqaviləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğvi ciddi hüquqi məsələdir. İşəgötürənlər bu qərarı qəbul etmədən əvvəl hüquqi prosedurları düzgün yerinə yetirməli, işçilər isə öz hüquqlarını qorumaq üçün qanuni mübarizə aparmalıdırlar. Əmək münasibətlərində hər iki tərəfin hüquq və vəzifələrinə uyğun hərəkət etməsi, sağlam və düzgün bir iş mühitinin yaranmasına səbəb olur".

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Mart 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri