Icma.az
close
up
RU
Əmək qabiliyyətli əhalinin dəqiq sahələr üzrə bölgüsü ilə məşğul əhalinin tam uçotu arasında uyğunsuzluq var

Əmək qabiliyyətli əhalinin dəqiq sahələr üzrə bölgüsü ilə məşğul əhalinin tam uçotu arasında uyğunsuzluq var

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda işsizlik problemi ölkənin sosial-iqtisadi gündəmində mühüm yer tutur. Bu problem təkcə statistik göstəricilərlə yox, həm də əhalinin gündəlik həyatına və sosial sabitliyə təsir edən ciddi bir məsələdir.Azərbaycanda işsizlik səviyyəsi barədə nə deyə bilərsiniz?Ən yüksək işsizlik faizi hansı sosial və yaş qrupunda müşahidə olunur?Bu göstəricinin əsas səbəbləri nələrdir və işsizlik probleminin azaldılması üçün hansı real addımlar atılmalıdır?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına iqtisadçı Pərviz Heydərov bildirib ki, işsizlik inkişaf etmiş ölkələrdə də var.

Pərviz Heydərov

“Azərbaycanda işsizlik faizinin aşağı olması fikri düzgün deyil. İşsizlik hər yerdə var. Hətta inkişaf etmiş ölkələrin özündə də işsizlik problemi mövcuddur. Elə bil ölçü yoxdur ki, inkişaf etmiş bir ölkə olaraq bu problemi tam aradan qaldırsın. Çünki bu, mümkün olan bir şey deyil. Əmək qabiliyyətli əhalinin müəyyən bir hissəsinin qeyri-məşğul olması normal və varlıq xarakteri daşıyır. Lakin bu səviyyə mümkün qədər aşağı həddə saxlanmalıdır.

İnkişaf etmiş ölkələrdə işsizlik səviyyəsi adətən 5, maksimum 6 faiz təşkil edir. Hətta bəzi ölkələrdə bu göstərici 2-3 faizdən yuxarı rəqəm qeydə alınanda bu, ciddi problem kimi qiymətləndirilir.

Azərbaycanda problem odur ki, əmək qabiliyyətli əhalinin dəqiq sayı məşğul əhalinin sayı arasında fərq ümumiyyətlə, hər iki göstərici üzrə konkret rəqəm dəqiq məlum deyil. Çünki bu sahədə dəqiq uçot aparmaq özü mümkün deyil. Son 5 ildir, 2019-cu ildən üzü bəri ölkədə biz əmək müqavilələrinin sayını birdən-birə nə qədər çox artdığını nəzərə alsaq, bu sahədə açot-uçot dəqiq hesablama mövcud olmadığını aşkar görə bilərik. Məsələn; 2019-cu ildən bu yana hansı ölkədə 5 sosial islahat paketi həyata keçirilmişdir. Nəticədə 2019-cu ildə vergi dəyişiklikləri, Vergi Məcəlləsinin 300-dən çox dəyişikliklər edilməsi nəticəsində yaranan müvafiq şəraitin hesabına gizli əmək müqavilələrinin üzə çıxarılması, araşdırılması, leqallaşdırılması prosesi getmişdir. Bu sahədə qeydə alınan rəqəm heç də ona dəlalət etmir ki, son 5 ildir bu qədər ölkədə iş yerləri açılmışdır və əmək müqavilələri sayı da məhz buna görə artmışdır, xeyr. Son 5 ildə əmək müqavilələrinin sayının artması tendensiyası heç də ölkələdə son 5 ildə göstərilən rəqəm səviyyəsində əmək müqavilələrinin əhalinin məşğulluğunda artdığına genişləndiyini sübut etmir. Yəni bunu əxz etmir, göstərmir. Bu sadəcə məşğulluğun üzə çıxarılması prosesi göstərir ki, həm bu nöqteyi nəzərdən, həm iş yerlərinin yaradılması yolu ilə biz ölkədə işsizliyin həqiqi dəqiq səviyyəsini müəyyən edə bilərik. Hal-hazırda 5 %-dən bir az yuxarı rəsmi olaraq nəzərdə tutulub ki, guya ölkədə işsizlik mövcuddur. Amma bu rəqəm o qədər də ciddi xarakter daşımır. Həqiqətən belə olsaydı, yəni ölkədə işsizlik 5 % civarında mövcud olsaydı, bu iqtisadiyyat üçün elə təhlükəli xarakter daşımazdı. Amma həqiqətdə belə deyil.

Bir daha qeyd etmək istərdim ki, əmək qabiliyyətli əhalinin dəqiq sahələr üzrə bölgüsü ilə məşğul əhalinin tam uçotu arasında ciddi uyğunsuzluq mövcuddur. Ümumilikdə, bu sahədə statistik hesabatlarda şəffaflıq və dəqiqlik problemləri var. İşsizliyin azaldılması üçün əsas addımlardan biri qeyri-rəsmi məşğulluğun leqallaşdırılması, digəri yeni iş yerlərinin yaradılmasıdır. Lakin ümumilikdə işsizliyi tamamilə aradan qaldırmaq real deyil”-deyə Pərviz Heydərov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 19 Noyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see387

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see188

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri