Əmək və əhalinin sosial müdafiəsi naziri Naftalanda vətəndaşların müraciətini dinləyib FOTOLAR
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Naftalan şəhərində həmin şəhərin və Goranboy rayonunun sakinlərinin müraciətini dinləyib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, əvvəlcə A.Əliyev və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailəsi üzvləri və müharibə veteranları da olub.
Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib.
Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 28 Fevral 2025 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















