Icma.az
close
up
RU
Əməkdar artist İçərişəhərdə parkinq məhdudiyyətindən narazıdır: Avtomobillərimizi harada saxlayaq?

Əməkdar artist İçərişəhərdə parkinq məhdudiyyətindən narazıdır: Avtomobillərimizi harada saxlayaq?

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda, İçərişəhər ərazisinə girişdə avtomobil parkı ilə bağlı ciddi məhdudiyyətlər tətbiq olunması ərazidə yaşayanların narazılığına səbəb olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, əməkdar artist Mübariz Həmidov bununla bağlı müraciət ünvanlayıb.

O qeyd edib ki, Səbail rayonu, Neftçilər prospekti, 5B və Vəli Məmmədov küçəsi, 22 ünvanlarının sakinləri avtomobillərini yaşadıqları ərazidə park etməkdə çətinlik çəkirlər.

"İçərişəhərə girişdə avtomobil parkı ilə bağlı ciddi məhdudiyyətlər tətbiq olunub. Əvvəllər 10-15 avtomobilin park edildiyi ərazilərdə indi yalnız dörd-beş avtomobilin dayanmasına icazə verilir. Məhz bu səbəbdən Dövlət Yol Polisi (DYP) əməkdaşları həmin ərazidə mütəmadi reydlər keçirərək, parklanma qaydalarını pozan sürücülərə 80 manat məbləğində cərimə və 2 bal tətbiq edirlər", - deyə şikayətdə bildirilib.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, görülən bu tədbirlərin əsas məqsədi İçərişəhərdə nəqliyyatın təhlükəsizliyini təmin etmək və oxşar halların təkrar baş verməsinin qarşısını almaq, habelə həm piyadaların, həm də sürücülərin rahat hərəkətini qorumaqdır.

"İçərişəhər ərazisində müşahidə olunan əsas problemlərdən biri bəzi sürücülərin nəqliyyat vasitələrini ikinci və digər sıralarda, həmçinin dayanmanın qadağan olunduğu yerlərdə, yolayrıclarında saxlamaqla, birtərəfli yollarda hərəkət istiqamətinin əksinə hərəkət etməklə nəqliyyatın və piyadaların hərəkətinə maneə yaradılması ilə bağlıdır.

"Bu cür qayda pozuntuları ərazidə nəqliyyatın hərəkətini çətinləşdirir, piyadaların təhlükəsizliyinə və tarixi məkanda gündəlik hərəkət rahatlığına mənfi təsir göstərir. Sürücülərə dəfələrlə şifahi xəbərdarlıqlar edilsə də, həmin hallar, təəssüf ki, davam edib.

Mövcud vəziyyətin aradan qaldırılması məqsədilə DYP tərəfindən müvafiq tədbirlər həyata keçirilərək ərazidə nəzarət tədbirləri gücləndirilib, qaydaları pozan nəqliyyat vasitələri barəsində inzibati tədbirlər görülüb", - deyə məlumatda vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 22 Avqust 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstanda etiraz dalğası çevrilişin elementlərini meydana gətirə bilər ŞƏRH

07 Oktyabr 2025 18:20see283

Namiq Qaraçuxurludan səmimi status FOTO

06 Oktyabr 2025 17:58see210

Adnanın həbsindən sonra onların da başı dərddə Böyük əməliyyat başlayır?

06 Oktyabr 2025 20:34see154

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see151

Azərbaycan bu toplantıdan ən çox faydalananlardan biri olacaq

07 Oktyabr 2025 10:36see145

Bakı yenidən qurulur Söküntü olacaq

08 Oktyabr 2025 00:14see144

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see143

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see142

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see132

Keşiş olmaq istəyirdi, QOVULDU: məşhur rejissorun həyatı haqqında yeni film

06 Oktyabr 2025 17:42see131

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

07 Oktyabr 2025 18:36see131

Yeni qlobal gücə doğru inamlı addımlar Şərh

06 Oktyabr 2025 16:52see129

Şəmkirdə 40 yaşlı qadın öldü Əri saxlanıldı

06 Oktyabr 2025 21:11see128

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see127

Manat əmanəti hansı bankda sərfəli deyil? ADLAR

07 Oktyabr 2025 23:52see125

Azərbaycan şahmatçılarının 2025 ci il şahmat üzrə Dünya Kubokundakı rəqibləri bəlli olub

07 Oktyabr 2025 02:31see123

Mütəxəssisdən xəbərdarlıq: Qrip peyvəndi ağır fəsadların qarşısını alır

06 Oktyabr 2025 17:46see123

Mavi İşığ ın 600 min vergi borcu var

06 Oktyabr 2025 23:50see122

Qərbi Azərbaycan Xronikası: Ruslar Cənubi Qafqaza daxil olandan sonra xalqımız dəfələrlə deportasiya olunub

07 Oktyabr 2025 02:00see121

Makron pis vəziyyətə düşdü Parlamenti buraxır

08 Oktyabr 2025 06:15see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri