Əməkdar artist vəfat etdi FOTO
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Azərbaycanın Əməkdar artisti, məşhur müğənni Raziyyə Şirinova vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat veriblər.
Qeyd edək ki, o, hələ tələbə ikən "Lalə" qızlar ansamblının, 1964-1970-ci illərdə isə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1968-ci ildə gənc muğam ustalarının respublika müsabiqəsinin qalibi adına layiq görülüb.
1980-ci ildə R.Şirinova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına solist vəzifəsinə qəbul edilib və 2005-ci ilə kimi orada çalışıb. Teatrda fəaliyyət göstərdiyi illərdə o, bir çox yaddaqalan obrazlar - "Əsli və Kərəm"də Əsli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Gəlin qayası"nda Tutu və Əmiqızı, "Leyli və Məcnun"da Məcnunun anası və s. rollarda çıxış edib.
R.Şirinova Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2006-cı ildə "Əməkdar artist" fəxri adı ilə təltif olunub.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 20 Mart 2026 08:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















