Əməkdar incəsənət xadimi Oruc Qurbanovun doğum günüdür
Icma.az, Olke.az saytına istinadən bildirir.
Oruc Qurbanov 24 iyul 1949-cu ildə Bakı şəhərində anadan olub.
Orta təhsilini Bakıdakı 8 saylı internat məktəbində alıb. Daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" ixtisasını bitirib. 1979–1980-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyinin göndərişi ilə Moskvada görkəmli rejissor Anatoli Efrosun rəhbərliyi altında Ali Teatr Rejissorluğu kursunda təhsil alıb. Həmçinin Sankt-Peterburqdakı Lensovet Teatrında və Moskvanın Malaya Bronnaya Teatrında təcrübə keçib.
1970-ci illərdən etibarən teatr sahəsində fəaliyyətə başlayan Oruc Qurbanov müxtəlif illərdə Lənkəran, Sumqayıt və digər dövlət teatrlarında rejissor və baş rejissor vəzifələrində çalışıb. O, ömrünün son illərində də Lənkəran Dövlət Dram Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib.
Rejissor 1994-cü ildə Xocalı soyqırımına həsr olunmuş "Haray" bədii filminə quruluş verib. Bundan başqa, Heydər Əliyevə həsr edilmiş "Haqqa doğru" televiziya filminin müəllifi və rejissoru olub, onlarla teatr tamaşası, radio və televiziya layihəsinə imza atıb.
Oruc Qurbanov teatrla yanaşı, ədəbiyyat və dramaturgiya sahəsində də məhsuldar fəaliyyət göstərib. O, on iki cildlik roman və povestlərin, eləcə də tarixi və müasir mövzulu çoxsaylı dram əsərlərinin müəllifidir. 2005-ci ildə Mir Cəlal Paşayevin "Dirilən adam" romanı əsasında hazırladığı eyniadlı tamaşa böyük maraqla qarşılanıb və 2006-cı ildə ona "Qızıl Dərviş" mükafatı qazandırıb.
2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. O, müxtəlif illərdə Prezident mükafatçısı da olub.
Oruc Qurbanov 23 dekabr 2022-ci ildə, 73 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
Baxış sayı:117
Bu xəbər 24 İyul 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















