Icma.az
close
up
RU
Əməkdar jurnalist Bahəddin Həzi: İş elə gətirdi ki, həmin cinayəti törədənlər hamısı həbs edildi Foto

Əməkdar jurnalist Bahəddin Həzi: İş elə gətirdi ki, həmin cinayəti törədənlər hamısı həbs edildi Foto

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Martın 23-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natavan klubu”nda əməkdar jurnalist, yazıçı-publisist, "Bizimyol.info" saytının təsisçisi və baş direktoru Bahəddin Həzinin tələbələrlə görüşü baş tutub.

Əməkdar jurnalist görüşdə tələbələri salamladıqdan sonra bildirib ki, gənclərlə işləmək insana ayrı bir zövq verir: “Biz keçmişik, siz də gələcək. Biz bu görüşlə bir nöqtədə birləşmişik. İllər əvvəl mənə universitetdə müəllim kimi işləmək təklifi gəlmişdi. Mən cəsarət edə bilmədim. Düşündüm ki, az-çox yazsam da, müəllim kimi çalışa bilmərəm. İndi hər dəfə gənclərlə görüşdükdə düşünürəm ki, həmin təklifi qəbul etməməklə çox böyük səhv etmişəm. Çünki gənclərlə işləmək insana ayrı bir zövq verir. Özüm haqqında xüsusi danışmağı sevmirəm. Mən də sizin kimi tələbə olmuşam”.

Bahəddin Həzi tələbələrə tövsiyəsi zamanı bildirib ki, dərsdən, böyükdən, vergidən və seçkidən qaçan millət heç vaxt uğur qazana bilmir.

Görüş daha sonra sual-cavab formatında davam edib. Tələbələrdən biri “tanınmış, məşhur insanların reytinq xatirinə yalandan ölüm xəbərlərini yaymaq insanların psixologiyasına təsir edirmi?”, - deyə sual ünvanlayıb.

Yazıçı-publisist sualı cavablayan zaman, dinamitin yaradıcısını nümunə göstərib: “Alfred Nobel əvvəl İsveçdə yaşayırdı və öz biznesi var idi. Dağ-mədən işlərində qayaları partlatmaq üçün dinamiti kəşf etmişdi. Lakin sonradan dinamiti hərbçilər müharibədə kütləvi qırğın üçün istifadə etdilər. Nobel bir gün qəzetlərdən birini oxuyub görmüşdü ki, özü haqqında “Ölüm kralı öldü” başlıqlı yazı dərc olunub. Bu yazı Alfted Nobelə çox pis təsir etmişdi ki, bu qədər iş görüb, qurub, yaradıb, amma ona “ölüm kralı” deyirlər. Demək istədiyim odur ki, hər bir insana belə bir hal təsir edir. İş yoldaşlarıma hər zaman deyirəm ki, yazmamışdan əvvəl həmin insanın yerinə özünüzü qoyun və düşünün ki, siz olsanız, buna necə reksiya verərdiniz?”

Bahəddin Həzinin tələbələrlə görüşü / Foto: Nərgiz, Bizimyol.info

Zalda əyləşən digər bir tələbə, Bahəddin Həzinin bir müddət hərbi jurnalistika sahəsində çalışmasına toxunub və o zaman hansı hissləri keçirdiyini soruşub. Əməkdar jurnalist cavabında qeyd edib ki, onun hərbi jurnalist kimi çalışmağı, elə məhz Qarabağ torpaqlarından olmağı ilə əlaqədardır.

“Mən həmin dövlərdə redaktor müavini çalışırdım. Müharibə zamanı ezamiyyət götürüb müharibə zonalarına yollanırdım. Bir sirr açmaq istəyirəm ki, həmin vaxtlarda Qax, Balakən, Zaqatala bölgələrinə ezamiyyət yazdırırdım, lakin cəbhəyə yollanırdım. Bunun səbəbi isə həyat yoldaşımın hədsiz çox narahatlıq keçirməsi idi. Gəlib Bakıdan qoz, fındıq alıb evə aparırdım ki, həqiqətən də Zaqataladan, Qaxdan gəldiyimə inandıra bilim. Həmin vaxtlarda Tərtərdən Ağdərəyə getdikdə mühasirəyə düşmüşdük. Komandir bizə dedi ki, hərə bir gülləni öz üçün saxlasın. Mən də birini özümə saxladım. Həmin an insan ölümlə üz-üzə olur. Maraqlıdır ki, insan həmin anda o qədər sakit olur ki, bunu rahatlıqla qəbul edir. O hadisədən sonra artıq ölümdən qorxmuram. Hətta cəbhədə olan zaman bir əsgər möhkəm yaralanmışdı və o, huşunu itirməsin, beyni məşğul olsun deyə mən onun üçün mahnı da oxumuşdum. Həmin dövrdə dəhşətli hadisələrə şahid olmuşdum”.

Digər bir tələbə,“Hər bir yaradıcı insanın həyatında sarsıdıcı hadisə olur. Bəziləri bundan güc alır, bəziləri isə yola davam etmək istəmir. Sizin həyatınızda belə bir hadisə baş veribmi?”, - deyə sual ünvanlayıb.

“Dəfələrlə belə sarsıdıcı hadisələrdən keçmişəm. Amma ən ağır hadisə 2006-cı ildə olub. Onun nəticəsində ağır fiziki zədələr almışam. İş elə gətirdi ki, həmin cinayəti törədənlər hamısı həbs edildi. Hətta həmin hadisənin icraçısı, əsas adamlardan biri həbs edildikdən çox qısa müddət sonra kamerasında özünü asıb intihar etdi. İlahi ədalət hər zaman öz yerini tutur.

Biz dərd ələyi kimiyik. Bütün dərdlər süzülüb gedir, lakin izi qalır. Həmin hadisə zamanı mən xəstəxanada yatırdım və ayılanda dedilər ki, yuxuda sayıqlayırmışam. Demişəm ki, İmişlidə dəmiryolçular 8 aydı maaş almır. Jurnalistika belədir ki, tanımadığın, görmədiyin və heç görməyəcəyin insanların da problemlərini özündən keçirirsən, yaşayırsan və yazırsan. Bu sənəti biz özümüz könüllü seçmişik və şikayət etməyə də haqqımız yoxdur”.

Bahəddin Həzi qeyd edib ki, tələbələrə hər zaman mütaliəyə çox vaxt ayırmağı məsləhət görür: “Oxuduğumuz hər şey yadımızda qalmır, amma bu bizim məntiqimizi cilalayır, söz ehtiyatımızı artırır. Bədii əsərlərdə müxtəlif həyat situatsiyaları var. İnsan çətin vəziyyətə düşükdə beyin emal edir və düzgün çıxış yolunu qarşımıza qoyur”.

Bahəddin Həzinin tələbələrlə görüşü / Foto: Nərgiz, Bizimyol.info

Sonda tələbələrə Bahəddin Həzinin “Göyün cazibə qüvvəsi” kitabı təqdim edilib və xatirə şəkli çəkdirilib.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 May 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri