Icma.az
close
up
RU
Əməkdar memar: Tədqiqatlar nəticəsində artıq 44 abidə dövlətin mühafizə olunan abidələr siyahısına daxil edilib

Əməkdar memar: Tədqiqatlar nəticəsində artıq 44 abidə dövlətin mühafizə olunan abidələr siyahısına daxil edilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 iyul, AZƏRTAC

Son illər ərzində ölkəmizdə memarlıq irsinin qorunması sahəsində mühüm addımlar atılıb. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə tarixi abidələrin tədqiqi və qorunması istiqamətində sistemli işlər görülür. Həmin ərazilərdə genişmiqyaslı araşdırmalar aparılıb, minalardan təmizlənmiş ərazilərə baxış keçirilib və kifayət qədər məlumat toplanıb. Bu tədqiqatlar nəticəsində artıq 44 abidə dövlətin mühafizə olunan abidələr siyahısına daxil edilib. Bu, çox mühüm və tarixi əhəmiyyətli bir addımdır. Eyni zamanda, bu sahədə fəaliyyət göstərən ekspert komissiyası yaradılıb və hazırda intensiv rejimdə fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Əməkdar memar Gülçöhrə Məmmədova parlamentin Mədəniyyət komitəsinin bu gün keçirilən ictimai dinləməsində çıxışı zamanı səsləndirib.

G.Məmmədova qeyd edib ki, ekspert komissiyası tərəfindən 100-dən çox abidəyə baxış keçirilib, o cümlədən tamamilə dağıdılmış, yerində olmayan memarlıq nümunələri də nəzərdən keçirilir və onların bərpası ilə bağlı müzakirələr aparılır: “Bu prosesdə ictimai iştirakçılığın təmin olunması vacibdir. Tarixi abidələrin bərpası olduqca həssas məsələdir. Bir memar müasir binanın layihəsini verə bilər və əgər nəticə uğursuz alınarsa, həmin binanı dəyişmək mümkündür. Lakin tarixi abidə ilə bu yanaşma tətbiq oluna bilməz, onun yerini heç nə ilə əvəz etmək mümkün deyil. Bu səbəbdən bərpa layihələrinin hazırlanması zamanı müəyyən baxışlar keçirilməli, müxtəlif peşəkar və ictimai rəy nəzərə alınmalıdır. Memarlıq irsinin bərpası sahəsində şəffaf, elmi əsaslara söykənən və ictimaiyyətin iştirakı ilə aparılan proseslər Azərbaycanın milli kimliyinin və tarixinin qorunmasında mühüm rol oynayır. Bu, həm də xalqımızın tarixi yaddaşının yenidən dirçəldilməsi deməkdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri