Icma.az
close
up
RU
Əməkdaşları iş saatından çox işlədənlər cərimələnə bilərlər AÇIQLAMA

Əməkdaşları iş saatından çox işlədənlər cərimələnə bilərlər AÇIQLAMA

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə görə, əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsi əməyin mühafizəsi qaydalarının pozulması hesab olunacaq.

Sözügedən dəyişikliyi Oxu.Az-a şərh edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib ki, qanunvericiliklə əmək mühafizəsi qaydalarını pozma cinayət məsuliyyətinə səbəb olmadıqda inzibati məsuliyyət yaradaraq, İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsinə əsasən, inzibati xəta hesab edilir və inzibati qaydada tənbeh nəzərdə tutulur:

"Bu günə qədər əməyin mühafizəsi qaydalarının pozulması beş əməldə ehtiva olunurdu: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsi, binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsi, bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmaması, işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktika xidmətinin təşkil edilməməsi və ən nəhayət, normal əmək və istirahət rejiminə riayət edilməməsi.

İXM-in 198.1.5-ci maddəsinə təklif edilən dəyişikliklə, sonuncu müddəada nəzərdə tutulur ki, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə görə də inzibati məsuliyyət müəyyən olunsun".

Deputat bildirib ki, yeni müddəaya görə, xüsusi sanksiya müəyyən edilmir və əməyin mühafizəsi qaydalarının pozulmasının digər hallarında olduğu kimi, əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə görə də beş yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Bu dəyişikliyə qədər işçinin iş vaxtından artıq işlədilməsinin əmək hüquqlarının pozulması anlamına gəlib-gəlməməsi ilə bağlı məqama aydınlıq gətirən deputat deyib ki, qanunvericiliyin əvvəlki versiyasında normal əmək və istirahət rejiminə riayət edilməməsi inzibati pozuntu hesab edilirdi və bu, eyni zamanda işçinin iş vaxtından artıq işlərə cəlb edilməsini də əhatələyirdi:

"Lakin İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə təklif edilən dəyişikliyin hüquqi müəyyənliyin təmin edilməsi və daha konkret yanaşma olması baxımından effektivliyi şübhə doğurmur. Bu mənada qanunun müvafiq maddəsinin yeni redaksiyada verilməsi mütərəqqi addım kimi səciyyələndirilməlidir".

İşçinin iş saatından artıq işlədilməsinə nəzarət məsələsinə gəlincə, bu barədə Oxu.Az-a danışan Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri, əmək məsələləri üzrə ekspert Sahib Məmmədov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2015-ci ildən bəri sahibkarlıq subyektlərində yoxlamalar apara bilmir:

"Bu baxımdan, dövlət xidmətinin işəgötürənin işçini iş saatından artıq işlətməsini müəyyənləşdirməsi çox da asan olmayacaq. Azərbaycanda bir çox müəssisələrdə işçilər müqavilələrində səkkiz saat yazılsa da, 12 saata yaxın işləyirlər. Bu, ciddi bir məsələdir. Lakin işçinin hüquqlarına hörmət edən müəssisələr də var. Neqativ halları nəzərdə alsaq, qanunda nəzərdə tutulan dəyişiklik zəruridir, lakin düşünürəm ki, onun tətbiqində problemlər olacaq. Dövlət Əmək Müfəttişliyinin bütün respublika üzrə təxminən 350 nəfər işçisi var. Onlar istəsələr də, bütün iş yerlərinə nəzarət edə bilməzlər. Dövlət xidməti indi elektron nəzarət həyata keçirir. Bəzən şikayətlər əsasında araşdırmalar da edirlər. Amma özlərinin birbaşa qəfil hansısa müəssisəyə gedib yerində yoxlama aparmaq imkanları yoxdur".

S.Məmmədovun fikrincə, bu məsələdə ən yaxşı həll yolu işəgötürən və işçi arasında münasibətlərin sosial partnyorluq səviyyəsində olmasıdır:

"İşəgötürən işçisinə qul kimi yox, partnyor kimi baxmalıdır, onun hüquqlarını təmin etməlidir. Öz imicinə hörmət edən müəssisələr bu cür neqativ hallara yol vermirlər. Nə qədər ciddi nəzarət olsa da, məncə, bu məsələdə işəgötürənin vicdanı məsələsi birinci yerdədir".

Aləmdə Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Mart 2025 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri