Icma.az
close
up
RU
Əməkdaşlığın yeni gündəliyi

Əməkdaşlığın yeni gündəliyi

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Serbiya Azərbaycanla təmiz enerji layihələrinə hazırlaşır

İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Serbiya Baş nazirinin birinci müavini Sinişa Mali ilə keçirilən videokonfrans formatında görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, o cümlədən energetika sektorunda birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. Azərbaycanın Avropanın və Serbiyanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək dəyərləndirən Sinişa Mali bunu qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. Bildirilib ki, Azərbaycan və Serbiya arasında imzalanmış müqavilə və sənədlər müasir əməkdaşlıq gündəliyinin genişlənməsinə və potensialların reallaşdırılmasına, o cümlədən enerji sektorunda dayanıqlı təminatlara möhkəm hüquq baza yaradır.

Azərbaycan qazı hesabına...

Qeyd edək ki, Azərbaycanın müəllifi olduğu Cənub Qaz Dəhlizi koalisiyasında yer alan Avropa İttifaqı (Aİ) ölkələrindən biri kimi Serbiya ilə sıx əməkdaşlıq 2 ilə yaxındır ki, müsbət dinamika üzrə davam etməkdədir. Ölkəmizin enerji tədarükü şaxəsinə qoşulan Serbiya maye yanacaqla təchiz edilən 12-lik ölkələri sırasında ilk yerlərdən birini tutur. 2023-cü ildə Azərbaycanın Energetika Nazirliyi ilə Serbiyanın Mədənçilik və Energetika Nazirliyi, eləcə də SOCAR və “Srbijagas” arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu və qaz satışına dair Müqavilə imzalanıb. Həmin sənədlərin icrası ötən ildən təmin edilməyə başlayıb və Bolqarıstan-Serbiya İnterkonnektoru vasitəsilə Serbiyaya çatdırılması mümkün olub. Ölkəmiz Serbiyaya ilk mərhələdə illik 400  milyon kub metr qaz tədarük etsə də, nəql həcmləri artıqca yanacağın təchizatının da çoxaldılması nəzərdə tutulur. Gələcəkdə qaz tədarükünü 1 milyard kub metrə çatdırılması ilə bağlı razılaşmalar əldə edilib.

Serbiya da “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulmaq istəyir

Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində yeni tərəfdaşıdır. Belə ki, yanacağın Balkan regionuna nəqli üçün yaradılan yeni infrastrukturların və müasirləşdirilən konnektorların əlaqələndirilməsi, bir-birinə inteqrasiyasında rəsmi Belqrad xüsusi iradə göstərir. Bu səylərin nəticəsində Azərbaycan qazının digər Balkan ölkələrinə də çatdırılması mümkün olacaq. Belə ki,  Azərbaycan qazının ötürücü innektorlar vasitəsilə Bosniya-Hersoqevina və Monteneqroya çatdırılması da nəzərdə tutulur. Bu isə Azərbaycanın etibarlı enerji tərəfdaşı missiyasının genişlənməsinin və enerji təhlükəsizliyində rolunun getdikcə artmasının bariz göstəricisidir.

Serbiya ənənəvi yanacaq tədarükü ilə yanaşı, Azərbaycanın bərpa- olunan enerji mənbələrinin tədarükündə də maraqlı tərəf kimi fəallıq nümayiş etdirir. Serbiyanın mədənçilik və energetika naziri Dubravka Handanoviç bildirib ki, enerji tərəfdaşlığının müasir trendi olan “yaşıl enerji” sahəsində əlaqələrin qurulması Belqrad hökumətinin prioritetlərindən biridir. O, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsinə xüsusi maraq göstərdiklərini və həmin dəhliz vasitəsilə nəql olunacaq Azərbaycanın “yaşıl enerji” ehtiyatlarının  əldə edilməsinə maraqlarını ifadə edib.

COP29 sammitində əldə edilmiş anlaşma

Hər iki ölkənin hökumət üzvlərinin və enerji şirkətlərinin nümayəndələrinin COP29 sammiti çərçivəsində keçirilən görüşləri zamanı da müzakirələr sırasında əsas prioritet alternativ enerji proqramında birgə əməkdaşlığın qurulması ilə bağlı olub. Tərəflər arasında əldə edilmiş anlaşmaya əsasən, bərpaolunan enerjinin və “yaşıl hidrogen”in istehsalı və ötütrülməsi, gələcəkdə mayeləşdirilmiş təbii qaz (LNG) ixracı üçün xüsusi infrastruktur bazasının qurulması, SOCAR-ın Serbiyada qaz elektrik stansiyasının tikintisində iştirakı məqsədilə qarşılıqlı investisiya imkanlarının səfərbər olunması nəzərdə tutulur. Həmçinin, “yaşıl texnologiya”ların tətbiqi, karbon emissiyası, utilizasiya, elektromobillik, təmiz enerji saxlancı infrastrukturu və “yaşıl maliyyə”ləşdirmə istiqamətlərində əməkdaşlıq həyata keçiriləcək.

Bütün bunlar Azərbaycanın bərpaolunan enerji resurslarını tədarük etməklə yanaşı, Serbiyanın enerji təchizatının şaxələnməsi və təmiz enerjiyə keçidinə, “yaşıl iqtisadiyyat” quruculuğuna töhfə verməsinə səbəb olacaq.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Dekabr 2024 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri