Əməkhaqqı, pensiya və sosial müavinətlərlə bağlı rəsmi açıqlama
Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qarabağa qayıdan insanlar arasında ixtisaslı kadrların hazırlanması bizim hədəfimizdir.
Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bununla bağlı Elm və Təhsil Nazirliyi ilə proqram hazırlayıblar: "Ölkə başçımız tərəfindən növbəti ildə böyük sosial islahat paketinin həyata keçiriləcəyi elan olunub. Minimum əməkhaqqı və minimum pensiya, eyni zamanda sosial ödənişlərdə artımların edilməsi, ümumilikdə pensiyaların indeksləşdirilməsi həyata keçiriləcək və bu sosial islahat paketi 3 milyona qədər insanı əhatə edəcək".

Əməkhaqqı, pensiya və müavinətlərlə bağlı MÜHÜM XƏBƏR
16 Dekabr 2024 12:05
Əməkhaqqı, pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR VİDEO
25 Dekabr 2024 00:39
Əməkhaqqı ilə bağlı rəsmi açıqlama
07 Yanvar 2025 12:55
Əməkhaqqı və pensiya ilə bağlı RƏSMİ AÇIQLAMA
19 Noyabr 2024 13:25

