Icma.az
close
up
RU
Əməkhaqqı sistemi DƏYİŞİR

Əməkhaqqı sistemi DƏYİŞİR

Icma.az bildirir, Azpost portalına istinadən.

Son zamanlar saatlıq əməkhaqqı barədə ciddi müzakirələr gedir. Hətta bununla bağlı müvafiq qanunvericilik bazası da hazırlanır. Bununla bağlı Əmək Məcəlləsində müvafiq düzəlişlər təklif edilib. Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid olacağı gözlənilir.

Bəs, saatlıq əməkhaqqını zəruri edən səbəblər hansılardır? Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Aytac Qurbanova deyir ki, Əmək Məcəlləsinə ediləcək bu dəyişiklik ölkəmizdə əmək münasibətlərinin müasir tələblərə uyğunlaşdırılması və işçilərin hüquqlarının daha effektiv qorunması məqsədi daşıyır:

“Bu qayda ilk növbədə hamilə və evdar qadınlar üçün yeni imkanlar açacaq. Məlumdur ki, hamilə qadın 8-9 saat dayanmadan işləyə bilməz. Amma hər kəs kimi belə qadınların da işə, pula ehtiyacı var. Başqa bir nümunə: Təkbaşına 3 uşağa baxan işçi üçün standart 9:00–18:00 iş rejimi fiziki və sosial baxımdan qeyri-mümkündür. Yeni dəyişiklik bu cür işçilərə uyğunlaşdırılmış rejim təklif edilməsini təşviq edəcək. Ona görə də saatlıq əməkhaqqı sisteminin tətbiqi vacibdir.

Bu sistem, xüsusilə qeyri-standart və mövsümi işlərdə daha ədalətli əməkhaqqı tətbiqinə imkan verəcək.

Əmək müqaviləsində saatlıq əməkhaqqı məbləği göstəriləcək, iş vaxtının uçotu dəqiq aparılacaq. Minimum saatlıq əməkhaqqı səviyyəsi müəyyən olunacaq, hansı ki, hazırda Azərbaycanda bu göstərici mövcud deyil. Beləliklə, işçi yalnız işlədiyi saatlar üzrə əməkhaqqı alacaq ki, bu da qeyri-müntəzəm işlər üçün əlverişli olacaq.

Mövsümi işlərdə, qısamüddətli layihələrdə və servis sahəsində şəffaflıq artacaq. İşəgötürənlərin iş yükünü optimal planlaşdırması mümkün olacaq. Tutaq ki, restoran və ya pərakəndə satış sahəsində işçi ayda yalnız 10 gün işləyir. Bu halda aylıq əməkhaqqı təyin etmək qeyri-real olur. Saatlıq əməkhaqqı bu problemi aradan qaldırır və əmək münasibətlərini rəsmi müstəviyə keçirir”.

Müsahibimiz əlavə edib ki, yeni qayda yeniyetmələrə də əlavə imkanlar açır:

“Sirr deyil ki, yeniyetmə və gənclər müxtəlif ticarət və iaşə obyektlərində çalışırlar. Onlar üçün tətbiq edilən iş saatı ümumi iş saatından çox zaman az olur. Amma qanunvericilkdəki boşluq imkan verir ki, işəgötürən belə işçilərə daha az əmək haqqı müəyyən etsin. Əmək Məcəlləsinə edilən dəyişiklik bu boşluğu da aradan qaldıracaq. Saatamuz çalışan insanlar daha yaxşı əmək haqqı alacaqlar”

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://azpost.info
archiveBu xəbər 21 May 2025 08:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see522

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see431

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see350

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see317

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see297

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see292

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see283

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see283

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see235

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see222

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see217

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see216

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see215

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see214

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see213

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see209

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see202

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see185

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri