Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Əməliyyatdan sonra bədənimdən çirk axmağa başladı Saxta cərrahın qurbanı a DANIŞIR

Əməliyyatdan sonra bədənimdən çirk axmağa başladı Saxta cərrahın qurbanı a DANIŞIR

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda saxta plastik cərrahlarla bağlı müzakirələr gündəmdə qalmağa davam edir. Bu “cərrahların” tələsinə düşənlər də az deyil. Sizə burun əməliyyatı olmaq üçün gedib dünyasını dəyişənlərdənmi, yoxsa bədənşəkilləndirmək üçün əməliyyat masasına uzanıb infeksiyaya yoluxmuş şəkildə oyananlardanmı danışım? Bu qədər hadisə yaşanır, amma yenə də saxtakarlar insanların həyatı ilə oynamağa davam edir. 

Lent.az-ın müsahibi saxta cərrah qurbanı olan aktrisa Mila Bekovadır. O da savadsız bir fırıldaqçının hiyləsinə düşüb. Bədənşəkilləndirmə proseduru üçün “həkim” Ülviyyə İlyasovanın qəbulunda olduqdan sonra infeksiyaya yoluxan aktrisa 1 ilə yaxındır ki, bunun əziyyətini çəkir. 

-    Mila xanım, bədənşəkilləndirmə əməliyyatı olmağa necə qərar verdiniz?

-    Ötən il fevralın əvvəlində mənə çox yaxşı bir layihədən baş rol təklifi gəldi və təcili 5-6 kq çəki atmağım xahiş olundu. Bir müddət sonra gördüm ki, özüm bu çəkini ata bilmirəm, eyni zamanda çəkiliş gününə çox az qalırdı. Bu ərəfədə İnstaqramda Ülviyyə İlyasovanın prosedurlarının reklamları qabağıma çıxırdı. Mən də maraqlanmaq üçün səhifəsinə baxdım və gördüm ki, sadəcə kosmetoloji prosedur olaraq qeyd olunub. Düşündüm ki, əməliyyat deyilsə, reabilitasiya dönəmi də olmaz və tez bir zamanda işə başlaya bilərəm. Qərar verdim ki, onun yanına gedəcəm və həmin səhifə ilə əlaqə saxladım. Mənə Nəriman Nərimanov rayonunda yerləşən Mira Dent klinikanın xəritədəki yerini göndərdilər. Bu klinikanın qapısı ilə üzbəüz yerləşən və üzərinə heç bir ad yazılmayan kabinetə daxil olduqda foyedə nəsə söz-söhbət olduğunu gördüm. Deməli, bir ana öz qızını ikinci dəfə əməliyyat olunmağa gətirib, hansı ki, Ülviyyə İlyasova onu birinci dəfə əməliyyat etdikdən sonra bədənində çirk yığılıb. Xanım pasiyentin anasını inandırmağa çalışır ki, sizin qızınızda qıl dönməsi var idi deyə belə hal baş verib. Bütün bunlara baxmayaraq, özümü işimə çox fokuslaşdırmışdım. Beləliklə, özümü müəyyən fikirlərlə aldadaraq qərarımdan dönmədim və prosedura razı oldum. 

-    İlkin prosedur necə keçdi? Bunun üçün sizdən nə qədər ödəniş tələb edildi?

-    Əvvəlcə “həkim” məndən 1800 manat istədi. Mən o qədər imkanım olmadığını dedikdən sonra qiyməti biraz aşağı salaraq 1500 manata razılaşdı və qan təhlilləri istədi. 3 günə dediyi təhlillərin nəticəsini göndərdim və mənə əməliyyat günü təyin etdi. Əməliyyat otağı sanki mətbəxə oxşayırdı. Allah göstərməsin prosedur zamanı təzyiqində problem olsa və s. sənə kömək edəcək heç bir şey yoxdur. Mənə keyidici verməyə hazırlaşdıqları vaxt soruşdum ki, bəs axı siz sosial şəbəkədə paylaşdığınız videolarda xəstələr ayıq vəziyyətdə olarkən bu prosedurları edirsiniz. Bildirdi ki, ağrıya dözə bilməyəcəyin üçün keyidici vuracağıq. Mən ayılanda üstündən neçə saat keçmişdi deyə bilmərəm. Dedilər ki, evə gedə bilərəm. Şoka düşdüm. Çünki klinikada qalacağımı düşünürdüm. Lakin mənə orada qalmağa yer olmadığını bildirdilər. Evə getdikdən 2 saat sonra vəziyyətim dəyişdi. Hallüsinasiyalar görürdüm, elə bilirdim evdə boynunda zınqırov olan inəklər gəzir. Həmçinin, məndən qan gedirdi, qızdırmam da düşmürdü. Əməliyyat edən xanıma zəng elədim və vəziyyətim barədə məlumat verdim. Mənə qorxmamalı olduğumu, bütün xəstələrin bu halı yaşadıqlarını dedi və xeyli ağır dərmanlar, antibiotiklər yazdı. Sistemləri edəndə yaxşı olurdum, dayandıran kimi halım pisləşirdi. Bu dəfə həmin klinikaya getdim. Ülviyyə məni görəndə qorxdu. Çünki 65 kq çəki ilə əməliyyata girən mən 4-5 gündə 85 kq-a çatmışdım. O mənə dedi ki, səni yarmalıyam. Güc-bəla ilə yarmamağa razı saldım. Yenidən antibiotiklərin istifadəsinə davam elədim. Amma elə bir günüm yoxdur ki, qızdırmam olmasın. Günü-gündən də şişirdim. İki həftə sonra yenə onunla əlaqə saxladım, bu dəfə məni Yasamalda AS-EL klinikasına çağırdı. Gördü ki, vəziyyətim daha da pisləşib, məni yardı. Aldatdı ki, bədənimə guya su toplanıb, hər gün məni sıxması üçün klinikaya gedib-gəlməliyəm. 

-    Heç nədənsə şübhələnmədiniz?  

-    Xanım insanı o qədər gözəl ovsunlayır ki, heç nədən şübhələnmirsən. Amma rəfiqəm mənə dedi ki, başqa bir həkimə yoxlanım, görək bu nə məsələdir. Yoxlanmağa getdiyim cərrah mənə dedi ki, sizin bədəninizdən axan su yox, çirkdir. Sən demə, əməliyyat zamanı mənə infeksiya keçirib. O cərrah məsuliyyəti üzərinə götürməmək üçün məni qəbul etmədi. Dedi ki, antibiotikləri 3 gün dayandırsam, zəhərlənmə qanıma keçəcək. 

-    Bunu bildikdən sonra nə etdiniz?

-    Ülviyyə İlyasovanın yanına getdim və onu prokurorluğa şikayət edəcəyimi dedim. Yalvardı, and-aman etdi ki, həm əməliyyatın, həm də ondan sonra çəkdiyim xərclərin hamısını geri ödəyəcək, həmçinin yenidən sağlamlığıma qovuşmaq üçün cərrah tapacaq, o vaxta kimi də əvvəlki çəkimə qayıtmaq üçün hər gün bədənimi sıxacaq. Fikirləşdim ki, “həkim” bunu bilərəkdən etməyib, o cümlədən, pulumu da özümə qaytaracaq. Bir neçə gün klinikaya gedib-gəldim. Bir gün gedəndə gördüm ki, klinikada sakitçilikdir. Dedilər ki, Ülviyyə xanımın bacısı dünyasını dəyişib və işdə olmayacaq. Bu müddət ərzində mən həm qızdırma, həm qaşınma, həm də şişkinlik içindəydim. Sonra başqa bir cərrah tapdım. Ülviyyə də dedi ki, pulu mənlikdir. Cərrah dedi ki, təcili əməliyyat olunmalısan. 2 ay sonra həkimin dediyinə görə, 3 saat 40 dəqiqəlik əməliyyat keçirdim. Bir gün sonra öyrəndim ki, Ülviyyə İlyasovanın diplomu yox imiş, ümumiyyətlə, 9-cu sinifdən sonra məktəbdən çıxıb və hətta əməliyyat etdiyi eltisi elə masada vəfat edib. Şok üstünə şok yaşayırdım. Əməliyyatın üçüncü həftəsi yenə halım pisləşdi. Yenidən həkimin yanına getdim və iynə vasitəsilə bədənimdən çirk çıxartmağa başladı. Səbəbini soruşanda bunun normal olduğunu dedi. 7 ay həmin həkimin yanına ayaq döydüm. Bütün iş təkliflərini əlimdən buraxırdım. Hər problemimə bir bəhanə gətirirdi. Artıq dözmədim, klinikanın direktoru ilə görüşdüm və çəkdiyim xərcləri geri ödəmələrini tələb etdim ki, başqa bir yerdə əməliyyat olunum. 

-    İkinci dəfə başınıza belə bir hadisə gəldikdən sonra da şikayət etmədiniz?

-    Bir neçə vaxtdan sonra Ülviyyənin köməkçisinə zəng etdim və onlardan geri alacağım pulumla maraqlanım. Köməkçisi mənə onun tutulduğunu dedi. Sonra bir tanışım Ülviyyə İlyasovanın başqa bir klinikada işə başladığını dedi. Dəqiqləşdirmək üçün həmin klinikaya getdim və Ülviyyənin əməliyyatda olduğunu dedilər. Köməkçisinə dedim ki, ona zəng etsin. Aldım telefonu əlindən və səsimi eşidən kimi üstə çıxmağa çalışdı. Dedi ki, mən məsələni kökündən həll etmişəm, heç kim mənə heç nə edə bilməz. Bu söhbətdən sonra bir neçə dəfə hüquq mühafizə orqanlarına şikayət etdim. Lakin onlar hər dəfəsində işimə xitam verdilər. Bu xanımın tibb üzrə heç bir diplomunun olmadığını, saxtakarlıqla məşğul olduğunu dedikdə isə mənə qanunda boşluqlar olduğunu bildirirlər. Necə olursa, məsələ bircə bu Ülviyyə xanım olanda qanunda boşluqlar yaranır və cəza tətbiq etmirlər. Elə bilirlər ki, biz çörəyi qulağımıza yeyirik. Mən bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında işə xitam verilməsinin səbəbini anlaya bilmirəm. 

-    Ülviyyə İlyasovanın bu saxtakarlığının başqa qurbanlarını tanıyırsınız?

-    Bəli. Vəfa adlı bir xanım var, hansı ki o da güc strukturlarına şikayət ərizəsi verib. Lakin hələ izahat üçün çağırılmayıb. Bundan başqa, biraz əvvəl də qeyd etdiyim kimi Ülviyyə İlyasovanın öz eltisi də onun qurbanı olub. Mən həmin mərhumun anası ilə əlaqə saxlayıram. Onun da işini gah təxirə salırlar, gah “həkim səhlənkarlığı” adlandırırlar. Sadəcə mənim anlamadığım odur ki, bu şəxsin həkim olmadığını necə qulaq ardına vura bilirlər. 

-    Belə başa düşürəm ki, siz nəinki fiziki və maddi, o cümlədən, kifayət qədər mənəvi zərər də görmüsünüz. Düzdü, digər məsələlərdə işinizə xitam verilir, bəs həmin xanıma qarşı mənəvi təzminat açmağı düşünmüsünüzmü?

-    Əlbəttə ki. Bilirsiniz necəyəm? Elə bil bütün dünya bir yanadır, mən bir yana. Bilirəm ki, doğru deyil, lakin bəzən özümdən asılı olmur. Yaşadıqlarımı düşündükcə nəfəs ala bilmirəm, boğuluram. Məsələ ilə bağlı çox yerə müraciət etdim. Mənə psixoloji dəstək təklif etdilər. Onların sayəsində Psixi Sağlamlıq Mərkəzinin baş həkimi mənimlə əlaqə saxladı, seanslarımız oldu. Həkim bildirdi ki, məndə heç bir psixi pozğunluq və ya dəlilik yoxdur, amma güclü psixoloji travma almışam. Bu da çox normaldır, çünki kimin üstündə bu qədər eksperiment aparılsa, belə vəziyyətə düşə bilər. Sakitləşdiricilər yazdı, hələ də onları qəbul edirəm. 

Mənəvi təzminata gəldikdə isə onu deyim ki, bizim ölkədə kiməsə bu sözü deyəndə adama gülürlər. Maddi təzminatı isə əlimdə rəsmi şəkildə çek olmadığı üçün tələb edə bilmirəm. Bundan əlavə, mənim digər işlərimə baxmırlar, qaldı ki mənəvi zərərlə bağlı müraciətimə.

-    Qeyd etdiniz ki, sizə çek verməyiblər. Bəs siz tələb etməmişdiniz?

-    Adamın üstündə Allah var, mən xüsusi olaraq çeki tələb etmədim. Amma əməliyyat üçün uzananda məndən ödənişi istədilər. Mən pulu ona uzadanda götürmədi, şkafın üstünə qoymağımı istədi. Mən də gözümün qabağında saymasını xahiş etdim və soruşdum ki, bəs çek vermirsiniz? Cavabında mənə dedi ki, çek nəyinizə lazımdır, onsuzda bizdə ƏDV yoxdur.

-    Hazırda sağlıq vəziyyətiniz necədir?

-    Şükür indi vəziyyətim yaxşıdır. Özümü yaxşı hiss edirəm. Yenə də reabilistasiyam davam edir. Eyni zamanda, psixoloji travma ilə əlaqədar dərmanları qəbul edirəm. 

-    Bu yaşadıqlarınızdan dolayı peşmançılıq yaşamısınız?

-    Təbii ki, indiki ağlım olsaydı, ilk dəfə o klinikaya gedəndə qarşılaşdığım söz-söhbəti, yolu çətinliklə tapmağımı və s. nəzərə alıb geri qayıdardım. Bəzən Allah bizə işarələr göndərir, amma biz onları görməzlikdən gəlirik. Ülviyyə İlyasovanın əməliyyat zamanı bədənimə infeksiya keçirdiyini öyrənəndən sonra klinikaya gedəndə orada oturub əməliyyat sırasını gözləyən bir xanım var idi, hansı ki, tək qız övladını gətirmişdi. Mən onlara başıma gələnləri danışdım və təcili şəkildə oradan getmələrini tövsiyə etdim. Çünki mənim yaşadıqlarımın başqalarının başına gəlməsini istəmirəm. Bütün bunları danışmaqda digər bir məqsədim də odur ki, insanlar bundan dərs götürsün və belə qərarlar verərkən çox diqqətli olsunlar. Çünki belə saxtakarlar öz həyatlarına davam edir, olan zərərçəkənə olur.

Foto - Rüfət Mustafayev © APA GROUP

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Yanvar 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see475

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see380

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see374

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see333

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see316

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see287

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see287

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see198

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see133

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri