Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

Xarici ticarət: ixrac və idxal azalır

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Ermənistan Ağdamda törətdiyi əməllərlə urbisidin mütəşəkkil sistemini ortaya qoyub ŞƏRH

Ermənistan Ağdamda törətdiyi əməllərlə urbisidin mütəşəkkil sistemini ortaya qoyub ŞƏRH

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 26 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin Qarabağa səfəri və həmin səfərlər zamanı etdiyi hər bir çıxış proqram xarakteri daşıyır. Lakin etiraf etməli və qürurla vurğulamalıyıq ki, dövlətimizin başçısının Ağdamdakı son çıxışı üç əsas meyar üzrə fərqli, xüsusi və son dərəcə əhəmiyyətlidir.

Birincisi, Prezident İlham Əliyev hadisələrin kontekstini olduqca dəqiq və düzgün şəkildə təsvir etdi. İkincisi, faktların illüstrativ, əyani və əsaslandırılmış təhlilini ortaya qoydu. Üçüncüsü və bəlkə də, ən önəmlisi, güc balansı və güc ölçülərinin təhlili üzərində son dərəcə prinsipial mövqe sərgilədi.

Bu baxımdan dövlətimizin başçısı bildirdi ki, Ermənistanın 5–6 milyard dollarlıq silah-sursatı ya məhv edilib, ya da qənimət kimi götürülüb. Eyni zamanda, Ermənistana havadarlıq edən qüvvələr də Ermənistan dövləti kimi ciddi və strateji səhvə yol verdilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

Onun sözlərinə görə, Ermənistanın Ağdam və bütövlükdə Qarabağla bağlı düşüncəsi ondan ibarət idi ki, Azərbaycan üçün Qarabağın sonunu gətirsinlər. Lakin bu düşüncə onlara hərtərəfli və ağır şəkildə baha başa gəlib:“Əslində, Ermənistan törətdiyi urbisidlə, yol verdiyi kobud səhvlərlə tarixi reallığı saxtalaşdırmaq məqsədi daşıyan bir ideologiyanın qurbanına çevrildi. Bununla belə, məkirli siyasətindən əl çəkməyən Ermənistan Ağdamda törətdiyi əməllərlə urbisidin mütəşəkkil və sistemli modelini ortaya qoydu. Ağdam şəhəri bu məkirli planın əsas hədəfinə çevrildi. Strateji yollar, körpülər, elektrik yarımstansiyaları, su və kanalizasiya şəbəkələri kimi həyati əhəmiyyətli infrastruktur obyektləri qəsdən məhv edildi. Lakin Ermənistanın məhvetmə siyasəti təkcə mühüm infrastruktur obyektləri ilə məhdudlaşmırdı. Əsas məqsəd Azərbaycanın tarixi izini bu torpaqlardan silmək, milli kimliyimizi məhv etmək, sərvətlərimizi isə maksimum dərəcədə talan etmək idi. Bu prosesdə Ermənistana dünyanın aparıcı dövlətlərinə məxsus nüfuzlu şirkətlər yaxından kömək göstərirdi. Ermənistanın qanunsuz əməllərinə göz yumulur, qeyri-qanuni yollarla talan edilən Azərbaycan sərvətləri isə leqallaşdırılırdı. Bu ssenari və ümumilikdə bütün planlar Ermənistan üçün dərin hüzn və tam fiasko ilə yekunlaşdı. Ermənistan tarixi və dini abidələri, xəstəxanaları, muzeyləri, yaşayış binalarını sistemli şəkildə məhv edir, etnik, sosial, sinfi və siyasi xətləri düşmənçilik ideologiyası adı altında birləşdirərək mənfur əməllər törədirdi. Bu prosesi dözülməz həddə çatdırmaq məqsədilə hərbi strategiyanın tərkib hissəsi kimi konkret hədəflər müəyyənləşdirilmişdi — keçilməz sədlər qurmaq. Lakin Azərbaycan Ordusu sözün bütün mənalarında həmin sədləri aşdı. Şəhərin dəyişdirilmiş fiziki, mədəni, tarixi, sosial və mənəvi mənzərəsi, onun boz və xarabalığa çevrilmiş siması Ermənistanın və ona havadarlıq edən qüvvələrin əsl niyyətini anlamaq baxımından mühüm əhəmiyyət kəsb edir".

Bu gün artıq tamamilə fərqli bir reallığın formalaşdığını deyən deputat bildirib ki, Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və sürətlə bərpa edilir. Ağdamın simvolları olan Çay evi və Çörək muzeyi yenidən dirçəldilir. Ağdam Cümə məscidindən, Qiyaslı məscidindən xalqımızın nəfəsi, azan səsi yenidən yüksəlir. Bütün bu amillər və hadisələrin mövcud inkişaf ssenarisi nəzərə alındıqda, dekabrın 24-də Ağdamda ikinci yaşayış kompleksinin açılışı zamanı dövlətimizin başçısının səsləndirdiyi fikirlər xüsusi və əhatəli təhlil tələb edir. “Prezident İlham Əliyev illərdir səsləndirdiyi haqlı mövqeləri, Azərbaycana qarşı aparılan qərəzli siyasəti, digər münaqişələrdən fərqli olaraq Qarabağa nümayiş etdirilən ikili standartları bu dəfə daha qətiyyətli və açıq şəkildə tənqid etdi. Azərbaycan xalqının və dövlətinin sarsılmaz iradəsini bir daha ortaya qoyaraq bəyan etdi ki, bu gün nə dostumuzu, nə də düşmənimizi tanımamağımız mümkündür. Prezident İlham Əliyev təkcə Ermənistanın deyil, ona havadarlıq edən qüvvələrin də əsl simasını açdı. Tarixə dönüb baxmaqla və tarixi yenidən dəyərləndirməklə həm Azərbaycan xalqını ideoloji baxımdan daha möhkəm olmağa çağırdı, həm də Ermənistanın və onun himayədarlarının gerçək niyyətlərini açıq şəkildə ortaya qoydu. Otuz illik işğal dövründə Azərbaycan təkcə Ermənistanla mübarizə aparmadı. Biz masa arxasında Ermənistanı və ATƏT-in Minsk qrupunu ayrı-ayrılıqda deyil, birgə şəkildə və Azərbaycana qarşı gördük. Azərbaycan torpaqlarının talan edilməsi və məhv olunması Ermənistanın sistemli və mütəşəkkil fəaliyyətinin ayrılmaz hissəsi idi. Məqsəd aydın idi — Azərbaycan xalqının tarixi-mədəni irsinin tamamilə silinməsi, torpaqlarımızın yeraltı və yerüstü sərvətlərinin talan edilməsi və eyni zamanda, bu ərazilərin yaşanmaz hala gətirilməsi. Ermənistan çox yaxşı bilirdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq və bir gün azərbaycanlılar öz doğma yurd-yuvalarına mütləq qayıdacaqlar. Əgər bunun əksi olsaydı, Ermənistan Qarabağda daş üstə daş qoyardı. Lakin əksinə, mövcud olan bütün tikililəri sökdü, taladı və məhv etdi. Azərbaycan xalqının hissiyyatı kobud şəkildə təhqir olundu. Məscidlərimizə, qəbiristanlıqlarımıza, dini və mədəni abidələrimizə qarşı vandallıq aktları törədildi, onlar sistemli şəkildə dağıdıldı. Qurulu evlərimiz söküldü, daşları bir-bir Ermənistan ərazisinə və üçüncü ölkələrə daşındı. Bu, son dərəcə qeyri-insani davranış idi və insan sivilizasiyasının prinsiplərinə tamamilə zidd idi. Bütün bunlar Ermənistanın və ona havadarlıq edən qüvvələrin əsl simasını açıq şəkildə ortaya qoydu. Meşələrimiz, qızıl və digər mineral yataqlarımız talan edildi, Azərbaycanın maddi və təbii sərvətləri Qarabağdan hissə-hissə çıxarıldı. Böyük dövlətlər və onların iri biznes şəbəkələri bu prosesdə Ermənistana dəstək verdilər. Bununla yanaşı, ermənilər bölgədən çıxarkən torpaqlarımıza minalar basdırdılar və nəticədə onlarla Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində həyatını itirdi”, - deyə o diqqətə çatdırıb.

Azər Badamov vurğulayıb ki, bu gün Ağdama həyat qayıdır: “Prezident İlham Əliyevin sözü ilə əməli tam vəhdət təşkil edir. Dövlətimizin başçısı Prezident kimi fəaliyyətə başladığı ilk gündən, birinci andiçmə mərasimində verdiyi vədlərə bu gün də sadiq qalaraq Azərbaycan xalqı üçün yeni uğur hekayələri yazmaqda davam edir. Qarabağ və Şərqi Zəngəzurun bərpa prosesinə şəxsən rəhbərlik edən və ciddi nəzarət göstərən dövlətimizin başçısı bölgənin müasir standartlara uyğun inkişafı üçün bütün imkanlardan istifadə edir. İnsanlarımızın öz yurd-yuvalarına rahat şəkildə qayıtması və orada layiqli həyat şəraiti ilə təmin olunması əsas prioritetlərdəndir. Dövlətimizin atdığı addımlar əhalinin dayanıqlı məskunlaşmasına, Qarabağ və Şərqi Zəngəzurun sürətli inkişafına və dünya iqtisadiyyatına inteqrasiyasına xidmət edir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Dekabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see334

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see198

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see197

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see174

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see168

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see167

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see164

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see156

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see154

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see151

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see149

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see148

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see146

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see142

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see139

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see139

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see138

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see137

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see137

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri