Emin Ağalarovdan Əminənin uğuruna şərh: Qardaşlarına artıq evdə qorxmalı olduğumuz biri var dedim
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Bu Əminənin qatıldığı ilk beynəlxalq yarış idi və o, birinci yeri tutdu. Atası olaraq, mən onunla fəxr edirəm".
İdman.biz xəbər verir ki, bunu kunq-fu üzrə dünya çempionatında qızıl medal qazanmış Əminə Əliyevanın atası, Xalq artisti Emin Ağalarov bildirib.
O, qızının bu nailiyyətini olduqca xoş və gözlənilməz adlandırıb: "Əminə olduqca intensiv şəkildə yarışlara hazırlaşırdı. Gündə 2 dəfə mənim nəzarətim altında "SeaBreeze"də məşq edirdi. Onun çox yaxşı məşqçilər komandası var. Amma düzünü desəm, çox xoş və gözlənilməz oldu. Çünki ilk dəfə idi beynəlxalq yarışlara qatılırdı. Bütün seçimləri və toplanışları keçdi, uğurla çıxış etdi və mütləq birinciliyi əldə etdi. Bu mənim üçün böyük fəxrdir".
Emin Ağalarov Əminənin bütün yarışlarını izlədiyini və gözlərinə inana bilmədiyini deyib. "Evdəki böyük qardaşlarına artıq evdə qorxmalı olduğumuz biri var dedim", - deyə Xalq artisti zarafat edib.
O, bildirib ki, əgər qızı məşqləri davam etdirmək qərarı verərsə, valideynləri onu dəstəkləyəcəklər.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 20 May 2025 00:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















