Icma.az
close
up
RU
Emin Ağalarovun sədr olduğu təşkilat haqda maraqlı faktlar Rusiya ilə Azərbaycan arasında...

Emin Ağalarovun sədr olduğu təşkilat haqda maraqlı faktlar Rusiya ilə Azərbaycan arasında...

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tanınmış iş adamı Emin Ağalarovun yeni vəzifəyə təyin olunması ictimaiyyətdə maraqla qarşılanıb. Belə ki, bir neçə gün əvvəl o, Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinə yeni sədr təyin olunub. 2018-ci ildən isə Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri vəzifəsini tanınmış iş adamı Səməd Qurbanov icra edirdi.

Azərbaycan-Rusiya İşgüzar Şurası haqda nə bilirik?

Hikmət Babaoğlu

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, Azərbaycan və Rusiya arasında təkcə dövlət strukturları vasitəsilə ilə münasibətlər tənzimlənmir, həm də ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün müxtəlif şura vasitəsilə ticarət, iqtisadi əlaqələr möhkəmləndirilir:

“İki ölkə arasında tarixə dayanan dərin iqtisadi münasibətlər var. Bu tarixin yenidən canlanmasını motivasiya edən səbəblərdən biri qarşılıqlı iqtisadi ticari əlaqələrin möhkəmlənməsi üçün hər iki tərəfin zəruri ehtiyacının olduğunu göstərə bilərik. Azərbaycanda istehsal olunan kənd təsərrüfatı mallarından tutmuş digər sənaye mallarına qədər Rusiya bazarında ehtiyac var. Azərbaycanda da Rusiya iqtisadi münasibətlərinin nəticəsi olaraq istehsal olunmuş çoxsaylı və çoxşaxəli məhsulların istehlakına zəruri tələbat var. 2016-cı ildə bu məqsədlə Azərbaycan-Rusiya İşgüzar Şurası yaradıldı. Bu Şura sənaye, maşınqayırma, kənd təsərrüfatından tutmuş iqtisadi münasibətlərin bütün sferalarını əhatə edən məsələlərin tənzimlənməsi ilə məşğuldur. Çünki iki ölkədə də bu münasibətlərdə iştirak edən biznes qurumlarının fəaliyyətinin koordinasiya olunması, ehtiyacların öyrənilməsi və mümkün daha asan səmərəli yollarla əməkdaşlığım həyata keçirilməsi üçün nəzərdə tutulub. Rusiya-Azərbaycan İşgüzar Şurası dövlət qurumları ilə sıx bağlıdır. Azərbaycanda İqtisadiyyat Nazirliyi, Rusiyada İqtisadi İnkişaf Nazirliyidir”.

Natiq Cəfərli

REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanda ticarət tərəfdaşlığımız yüksək olan ölkələrlə iqtisadi şuralar fəaliyyət göstərir:

“Bu şuralar iqtisadi məsələlərin tənzimlənməsində biznes və dövlət orqanları arasında vasitəçi rolunu oynayır. Əsas məqsəd isə hər iki tərəfin iş adamlarının problemləri yaranarkən dövlət orqanları ilə müzakirələr aparıb problemləri həll etməkdir. Məntiqlə bu, QHT kimi bir şeydir. Dövlət qurumu deyil, qərarvermə səlahiyyəti yoxdur. Amma hər iki tərəfin dövlət və hökumət orqanları ilə iş adamları arasında yaranan problemlərin həllində danışıqlar apara biləcək qurum rolunu oynayır. Emin Ağalarovun Rusiyadakı biznesini, Azərbaycanda da son zamanlarda böyük yatırımlar həyata keçirdiyini nəzərə alsaq onun İşgüzar Şuranın İdarə Heyətinə yeni sədr təyin edilməsi iki ölkə arasında olan iqtisadi münasibətlərdə yarana biləcək iqtisadi problemlərin həllində operativ rol oynamaq üçündür”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Dekabr 2024 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri